Antioxiyalı Henri

Henri de Puatye və ya Antioxiyalı Henri (fr. Henri de Poitiers; 1210iyun 1276, Sur) — 1263-cü ildən 1264-cü ilə qədər Yerusəlim krallığını idarə edən səlibçi əsilli zadəgan. O, qardaşı oğlu II Kiprli Hüqo adına regensiya tətbiq edən həyat yoldaşı İzabella de Luzinyan tərəfindən bayli təyin edilmişdir. O, oğlu III Kiprli Hüqonun həm Kipr, həm də Yerusəlim kralı olmasından sonra gəmi qəzasında ölmüşdür.

Henri de Puatye
fr. Henri de Poitiers
Doğum tarixi 1210
Vəfat tarixi iyun 1276
Vəfat yeri
Vəfat səbəbi boğulma
Həyat yoldaşı
Atası IV Bohemond (Antioxiya knyazı)

Henri və İzabellanın oğlu Hüqo İzabellanın ölümündən sonra Yerusəlimdə regensiya tətbiq etmək üçün seçilmişdir. Kipr və Yerusəlimin gənc kralları sırasıyla 1267 və 1268-ci illərdə vəfat edən zaman Hüqo hər iki taxta çıxmışdır.[1] Henri 27 iyun 1276-cı ildə onu Əkkadan Kiprə aparan taridin bir qayaya dəyməsi nəticəsində gəmi qəzasında vəfat etmişdir.[2] Onun nəşi Kiprin Nikosiya şəhərindəki bir kilsədə dəfn edilmişdir.[3]

  1. Edbury, 1994. səh. 89-90
  2. Lock, 2016. səh. 360
  3. Burgtorf, 2008. səh. 130
  • Baldwin, Philip Bruce. Pope Gregory X and the Crusades. Boydell & Brewer Ltd. 2014. ISBN 1843839164.
  • Edbury, Peter W. The Kingdom of Cyprus and the Crusades. Cambridge University Press. 1994. ISBN 978-0-521-45837-5.
  • Lock, Peter, redaktorMarino Sanudo Torsello, The Book of the Secrets of the Faithful of the Cross: Liber Secretorum Fidelium Crucis. Routledge. 2016. ISBN 1317100603.
  • Runciman, Steven. A History of the Crusades, Volume III: The Kingdom of Acre and the Later Crusades. Cambridge University Press. 1989. ISBN 0-521-06163-6.
  • Burgtorf, Jochen. The Central Convent of Hospitallers and Templars: History, Organization, and Personnel (1099/1120-1310). Brill. 2008. ISBN 9004166602.