Mark Annius Verus Sezar

Mark Anni Ver Sezar(may 16210 sentyabr 169, Roma) (162 və ya 163–169) - Roma imperatoru Mark Avreli və imperatriça  Anniya Qaleriya Faustinanın 13 uşağından 12-cisi.

Mark Annius Verus Sezar
Şəxsi məlumatlar
Doğum tarixi may 162
Vəfat tarixi 10 sentyabr 169 (7 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Atası Mark Avreli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mark Anni Ver 162-ci və ya 163-cü illərin axırlarında[1] Mark Avreli və Anniya Qaleria Faustinanın oğlu olaraq doğuldu . Atası Mark Avrelinin adı olduğu üçün ona Mark Anni Ver adı verildi. [2]

12 oktyabr 166-cı ildə romalıların Lusi Verin  Partiya müharibəsindəki  zəfərini  qeyd etdikləri bir ziyafətdə qardaşı Kommod ilə birlikdə Roma İmperatorluğunun ortaq varisləri olaraq sezar oldular. O zaman Anni üç, Kommod beş yaşında idi .[3][1] Bu qədər gənc yaşda ilk dəfə belə açıq bir miras bəyanı edilmişdi.[3]

Varislərin getdikcə artdığı vaxtda vəzifələrdə təlim aldığı ənənəvi  cursus honorumdan əhəmiyyətli bir yayınmanı göstərirdi. Bu sistemdə varislər vəliəhdliyə bağlı olaraq taxta çıxır, imperator olmaq mövzusunda dərslər alırdılar.[3] Anni qulağının altında olan bir şişin  çıxarıldığı əməliyyatın yaratdığı fəsadlar səbəbindən 10 sentyabr 169-cu ildə yeddi yaşında öldü.[1][2][4] Ölümü Kommodu tək varis olaraq buraxdı .[3] Atası Mark Avreli dövlət işlərinə davam edərkən beş gün müddətində bu itginin yasını tutdu. [2] Avreli Yupiter Oksimus Maksimusun oyunları davam etdiyi üçün yas tutmağı ilə oyunları yarıda kəsməməyinin lazım olduğunu müdafiə etdi . Yas tutmağın əskikliyindən , yəqin ki duyğuların təhlükələrini öyrədən  Stoaçılıq fəlsəfəsindən və sevdiklərinin itgisindən hiss olunan kədərin təbii olmadığını görən Romalıların qəddar mədəniyyətindən təsirlənmişdi.[5]  Avreli Anninin şərəfinə heykəllərin düzəldilməsini ve oyunlar əsnasında onun qızıldan düzəldilmiş büstünün daşınmağını əmr etdi.[5]  Avrelinin göstərişi ilə Anninin adı 12 keşişdən təşkil olunan  Salii tərəfindən oxunan ritual mahnıları  Karmen Saliaredə də keçirildi.[1][5]

  • Adams, Geoff W. . Lanham, Md.: Lexington Books. 2013a. ISBN 9780739176382.
  • Adams, Geoff W. . Boca Raton: Universal-Publishers. 2013b. ISBN 9781612337227.
  • Birley, Anthony. . Londra: Routledge. 1993. OCLC 957321189.
  • Klonnek, Martin. (Almanca). Berlin epubli GmbH. 2014. ISBN 9783737507028.
  • McLynn, Frank. . New York: Da Capo Press. 2009. ISBN 9780786745807.
  • Stephens, William O. . New York: Continuum International Publications Group. 2012. ISBN 9781441108104.