Markem dağı[1] (ing. Mount Markham) — Antarktida ərazisində yerləşən Transantarktika dağlarının Kraliça Elizavet silsiləsində yerləşən ən hündür zirvə. Onun hündürlüyü 4350 metr təşkil edir.
Markem dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Transantarktika dağları |
Dağ silsiləsi | Antarktika Andı[d] |
Mütləq hündürlüyü | 4350 m |
Nisbi hündürlüyü | 2.103 m |
Yerləşməsi | |
82°51′00″ c. e. 161°21′00″ ş. u.HGYO | |
Ölkə | Antarktida |
|
Dağ Şərqi Antarktidanın Şelkton sahili ərazisində yerləşir. Təqribi olaraq Kerkpatrik dağından 175 km şimal-qərbdə, Elizabet dağından isə 148 km şimal-qərbdə yerləşir.
Markem dağı öz növbəsində uzanan dağ massividir[2]. Dağın üç zirvəsi mövcuddur[3]. Ən yüksək pik 4351 netrdir.
Dağ massivi Britaniya Antarktida ekspedisiyası zamanı kəşf edilmişdir. Eksoedisiyaya rəhbərlik Robert Skott etmişdir. Dağ Kral Coğrafiya cəmiyyətinin prezidenti Klement Markemin şərəfinə adlandırılmışdır.