Market adamı

Market adamı (コンビニ人間, Kombini ninqen?)Yaponiya yazıçısı Sayaka Murata tərəfindən 2016-cı ildə nəşr olunmuş roman. Müəllifin sayca 10-cu romanıdır.[1]

Market adamı
yap. コンビニ人間
Orijinalın dili yapon dili
Ölkə
Orijinalın nəşr ili 2016

Murata bu əsərinə görə Yaponiyada Akutaqava mükafatına layiq görülmüşdür.[2] Romanın Yaponiyada 1,5 milyondan çox nüsxəsi satılmış və 30-dan çox dilə tərcümə olunmuşdur.[3]

Romanın baş qəhrəmanı Keyko Furukura adlı qadındır. O, çox gənckən bir mağazada işləməyə başlayır. Furukura 36 yaşına çatmasına baxmayaraq, hələ də mağazadakı işləməyə davam edir və bakirədir, evlənməkdə maraqlı deyil. Buna görə də bacısı da daxil olmaqla bir çox şəxs onun anormal olduğunu düşünür və Furukura cəmiyyətin təzyiqləri ilə üzləşməli olur.[2]

Sayaka Murata roman yazmaqdan əlavə Tokioda bir mağazada kassir kimi işlədiyi üçün əldə etdiyi təcrübələr əsasında romanı yazmışdır.[2] Buna görə baş qəhrəmanla müəllif arasında bir çox oxşarlıq mövcuddur.[2] Lakin Murata Keykonun o olmadığını, ondan fərqli olaraq Keykonun güclü iradəyə malik olduğunu və insanların nə düşündüyünü vecinə almadığını bildirmişdir:[2] "O, mənim üçün qəhrəmandır".[2] Roman Yaponiyadakı müasir problemlərə toxunur: uyğunlaşma təzyiqi, işçi azlığı, evliliklərin azalması, evli olmayan cütlüklərin çoxalması.

Romanın baş qəhrəmanı Banana Yoşimoto, AmeliHan Qan kimi qadınlarla müqayisə olunur.[4]

Roman Sayaka Muratanın 10-cu romanı olsa da, ingilistürk dillərinə tərcümə edilən ilk əsəridir.[1] Türk dilinə ilk dəfə 2020-ci ildə Hüseyn Can Erkin tərəfindən "Kasiyer" (azərb. Kassir‎) adı altında tərcümə olunub.[1] Azərbaycan dilinə tərcümə olunmayıb.

  1. 1 2 3 "Kasiyer – Sayaka Murata: Normal Olmak Ütopik mi?". Kayıp Rıhtım (türkcə). 25 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2022.
  2. 1 2 3 4 5 6 McNeill, David. "Sayaka Murata: 'I acted how I thought a cute woman should act - it was horrible". Guardian (ingiliscə). 9 oktyabr 2020. 5 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2022.
  3. "Granta buys new Sayaka Murata novel". The Bookseller. 27 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2022.
  4. "Convenience Store Woman". Grove Atlantic (ingiliscə). 7 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2022.