Marko di Vayo

Marko di Vayoİtaliya futbolçusu.

Marko di Vayo
it. Marco Di Vaio
Ümumi məlumatlar
Tam adı Marko di Vayo
Doğum tarixi (47 yaş)
Doğum yeri Roma, İtaliya
Vətəndaşlığı İtaliya İtaliya
Boyu 179 sm
Çəkisi 78 kq
Mövqeyi hücumçu
Klub haqqında məlumat
Klub Kanada Monreal İmpakt
Nömrəsi 9
Karyerası
Gənclik karyerası
1991—1994 İtaliya Latsio
Klub karyerası[* 1]
1994—1995 İtaliya Latsio 8 (3)
1995—1996 İtaliya Hellas Verona 7 (1)
1996—1997 İtaliya Bari 27 (3)
1997—1999 İtaliya Salernitana 1919 67 (33)
1999—2002 İtaliya Parma 83 (41)
2002—2004 İtaliya Yuventus 55 (18)
2004—2006 İspaniya Valensiya 35 (11)
2006—2007 Fransa Monako 29 (8)
2007—2008 İtaliya Cenoa 44 (12)
2008—2012 İtaliya Bolonya 1909 143 (65)
2012—h.h. Kanada Monreal İmpakt 49 (25)
Milli yığma[* 2]
1993—1994 İtaliya İtaliya (18 yaşlılar) 3 (0)
2001—2004 İtaliya İtaliya 14 (2)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 20 oktyabr 2013 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Marko 1976-cı il iyulun 15-də Roma şəhərində Cino və Rozella di Vayolar ailəsində dünyaya gəlib. O, heç vaxt yumşaq xarakteri, savadı və sakitliyi ilə seçilməyib. Bununla belə, o, ali təhsilli mühasib ola bilib. Marko həmişə işə ciddi yanaşması ilə diqqəti cəlb edib. Əgər di Vayolar ailəsinin gerbi olsaydı, orada mütləq bu sözlər yazılmalı idi – "heç vaxt dayanma". Marko futbola gəldiyi ilk vaxtlarda sürəti ilə seçilirdi. Eyni zamanda o, hiyləgər forvardlardan idi. Məhəllə futbolundan o, "Latsio"nun uşaq məktəbinə düşür. Bu da təəccüblü deyil. Axı, Markonun atası Cino əsl "Latsio"lu idi və sevimli komandasının bütün oyunlarını izləyirdi. O, oğlunu da eyni ruhda tərbiyə edirdi. Əvvəlcə Marko məşhur qalmaqalçılar Bruno Cordan, Paolo di Kanionun dövrünü görüb. Düzdür, Marko heç vaxt özünə kumir axtarmayıb. Onun otağının divarlarında heç vaxt ulduz oyunçuların şəkilləri də olmayıb. Əvəzində onun evində çoxsaylı italyan və xarici filmlərin diskləri var.

"Latsio"nun oyunlarından sonra o, dostu Alessandro ilə müxtəlif oyunlar oynayırdı. Bundan bezəndə isə idman verilişlərini izləyirdi. Yeri gəlmişkən, Alessandro hər hansı bir insan deyil, məhz İtaliya futbolunun ən güclü oyunçularından biri Alessandro Nestadır. Onlar bir yerdə uşaq futbolunda oynayıblar. Eyni zamanda əsas komandada debütləri də eyni vaxta düşüb. 1993-cü ildə 17 yaşı olarkən Dino Zoff tərəfindən əsas heyətə cəlb ediliblər. Markonun ilk oyunu isə 1993-cü ilin 29 sentyabrında UEFA kuboku çərçivəsində Plovdiv "Lokomotiv"i ilə görüşdə qeydə alındı. Daha sonra İtaliya kubokunda "Avellino" ilə oyunda da çıxış etdi.

Lakin A seriyasında o, yalnız bir il sonra oynaya bildi. 1997-ci ilin noyabrın 20-də "Padova"ya qarşı görüşdə "Latsio"nun formasını geyindi. İlk oyundan sonra isə jurnalistlər yeni Cordanın yetişdiyini iddia etməyə başladılar. Bir il sonra baş məşqçi Zdenek Zeman ona daha çox şans verməyə başladı. O, bütün yarışlarda çıxış etdi və hamısında qol vurdu. Marko avrokuboklarda ilk qolunu "Trabzonspor"un qapısından keçirdi. Bununla belə, Marko "Latsio"nun əsas heyətində möhkəmlənə bilmədi. Axı, Cüzeppe Sinyori, Alan Bokşiç və Pyerluici Kaziragi kimi dahilərlə rəqabət aparmaq çətin idi. Marko isə indi də o vaxt baş verənlərdən təəssüflənmir: "Mən "Latsio"ya illərimi vermişəm. Onların ürəyimdə öz yeri var. Ən əsası orada əsl dost – Alessandro Nestanı tapmışam". Bundan sonra "Verona" və "Bari"də keçirdiyi uğursuz mövsümləri isə di Vayo xatırlamağı xoşlamır. 1997-ci ildə isə o, B seriyasında yarışan "Salernitana"ya keçir. 21 yaşlı forvard klubda çıxış etdiyi ilk mövsümdə 21 qol vurur və birinci dəstədə bombardir olur. Məhz di Vayonun da köməkliyi sayəsində "Salernitana" A seriyasına yüksəlir. A seriyasında Marko 12 qol vursa da, "Salernitana" elitada qala bilmir. Di Vayo isə klubu tərk edib "Parma"ya keçir. Burada bir-birindən gözəl mövsümlər keçirən hücumçu üçün pik nöqtəsi 2001–2002-ci il mövsümü olur. İtaliya kubokunu başı üzərinə qaldıran Marko 20 qolla A seriyasının ikinci bombardiri kimi tarixə düşür. Bu isə "Yuventus"un diqqətini çəkir və tezliklə Turin təmsilçisi onu heyətinə qatır. İtaliya yığmasının hücumçusu üçün "Yuventus" karyerası uğursuz alınır. Trezeqe və del Pyero ilə rəqabət apara bilməyən di Vayo İtaliya çempionu olmasına baxmayaraq, komandada qalmır. 2004-cü ildə Kladuio Ranyerinin rəhbərlik etdiyi "Valensiya"dan təklif alan Marko İspaniyaya köçür. Bu keçid "Yuventus"a 11 milyon avro qazandırır. İlk görüşündə UEFA Superkubokunda "Portu"ya qol vuran di Vayo bu uğuru davam etdirə bilmədi. "Yarasalar" mövsümü 6-cı pillədə başa çatdırdı və UEFA Kubokunda mübarizəni dayandırdıqdan sonra Ranyeri istefaya getdi. Klyuvert və Vilyanın kölgəsində qalan Marko "Monako"ya keçdi. Di Vayo o günləri belə xatırlayır: "2006-cı ilin ilk ayları əla başlamışdı. Baxmayaraq ki, həmin vaxt səhhətimlə bağlı problemim var idi". Fransa çempionatında o, çox qala bilmədi. 2006-cı ildə onun və həyat yoldaşı Malesanın qızı dünyaya gəlir. Məhz bu amil Markonun yenidən İtaliyaya qayıtmasına təkan verir. "Cenoa"dan gələn 2,5 milyon avro dəyərində olan ikiillik müqavilə təklifi hücumçunun qayıdışını sürətləndirir. İlk mövsümdə 21 oyuna 9 qol vuran forvardın komandası A seriyasına vəsiqə qazanır. Lakin elitada yenə də Markonun problemləri başlanır. 2008-ci ildə o, məcbur olub "Bolonya"ya keçir. Bu keçid isə əlbəttə ki, klubun xeyrinə olur. Misal üçün martın 8-də "Sampdoriya"nın qapısına 3 qol vuran hücumçu bu qolları anasına həsr edir: "Düşünürəm ki, qadınlar gününə bu, gözəl hədiyyədir. üstəlik, bu gün həm də anamın ad günüdür".

Mayın 17-də "Leççe" ilə görüşdə isə o, A seriyasında 100-cü qolunu vurur. "Bolonya" 17-ci yeri tutaraq A seriyasında qalmağı özünə təmin edəndən sonra forvard komanda ilə ikillik müqavilə imzalayıb.