Salernitana FK (Unione Sportiva Salernitana 1919) — Salerno, Kampania şəhərində yerləşən İtaliya futbol klubudur. Klub ilk dəfə 1919-cu ildə yaradılıb və tarixi ərzində üç dəfə, ən son 2011-ci ildə yenidən qurulub. Hazırkı klub keçmiş "Salernitana Calcio 1919"un varisidir və 2011–12 mövsümündə D Seriyasından yenidən başladı. Salernitana 23 mövsümlük fasilədən sonra 2021-ci ildə B Seriyasını ikinci yeri tutaraq A Seriyasına qayıtdı.
Salernitana 1919 FK | ||||
---|---|---|---|---|
| ||||
Ölkə | ||||
Yaranma tarixi | 1919, 1927, 2005, 2011 | |||
Liqa | İtaliya B Seriyası, İtaliya A Seriyası | |||
2022–23 | 15 | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Salernoda yerləşən klub ilk olaraq 1919-cu ildə "Unione Sportiva Salernitana" adı ilə yaradılmışdır. Klub 1920-ci illərdə "Audax Salerno" klubu ilə birləşmədən sonra bir müddət "Società Sportiva Salernitanaudax" kimi tanınır. 1978-ci ildə klub "Salernitana Sport" adlandırıldı. Klub tarixinin çox hissəsini İtaliya futbolunun "B Seriyası" və "C Seriyası" səviyyələrində keçirib.
Salernitana ev oyunlarını "Stadio Arechi" stadionunda keçirir. İlk illərində Salernitana regional İtaliya Futbol Çempionatında yarışdı. 1920-ci illərdə dörd mövsüm bu səviyyədə oynadılar. O vaxtdan sonra klub üç dəfə İtaliya futbolunun yüksək liqasına yüksəlir. Bu A Seriyasının 1947–48, 1998–99 və 2021–22 mövsümlərində baş verir.2005-ci ildə klub müflis oldu, lakin Antonio Lombardi tərəfindən adını Salernitana Sport -dan Salernitana Calcio 1919-a dəyişdirərək yenidən fəaliyyətə başladı.
21 iyul 2011-ci ildə, "Salernitana" klubunun peşəkar statusunun alınmasından sonra, Salerno şəhərinin meri Vinçenzo De Luka, "NOIF"in 52-ci maddəsinə uyğun olaraq, Latsio klubunun sahibi və sədri Klaudio Lotitonun qaynı Marko Mezzaromaya yeni titul verdi. Yeni klub "Salerno Calcio" adı altında D Seriyasında mübarizəyə başlayır.[1][2]
2011–12 mövsümündə "Salernitana" D Seriyasının G qrupunun qalibi olduqdan sonra dərhal "Lega Pro Seconda Divisione"yə yüksəldi. 12 iyul 2012-ci ildə klubun adı dəyişdirilərək "US Salernitana 1919" oldu.[3] 2012–13 mövsümunu "Lega Pro Seconda Divisione"də keçirən klub, Girone B-də birinci oldu və "Lega Pro Prima Divisione"yə yüksəldi. Bu, komandanın ardıcıl ikinci yüksəlişi idi. Nəhayət, Salernitana "Lega Pro"nun C qrupunun qalibi olur və 2014–15 mövsümündə B Seriyasına qayıdır.
B seriyasında bir neçə mövsüm keçirdikdən sonra Salernitana, "B Seriyası"nın 2020–21 mövsümünün sonunda baş məşqçi Fabrizio Kastorinin rəhbərliyi altında çempion Empolidən sonra 2-ci yeri tutur A Seriyasına yüksəldi. Son oyun günündə "Peskara" üzərində 3–0 hesablı qələbə ilə yüksəliş təmin edildi. "Salernitana"nın A Seriyasına qayıtması, İtaliya futbol qanunlarının eyni sahibin iki klubunun eyni liqada oynamasına icazə verməməsi səbəbindən Lotito və Mezzaromanın klubu satmasını tələb etdi.[4] 7 iyul 2021-ci ildə FIGC Federal Şurası Salernitananın kluba nəzarəti ələ keçirmək üçün etimadını təsdiqlədi və bununlada klub son 23 ildə ilk dəfə A Seriyasına rəsmi olaraq iştirak hüququ qazanır.[5]
"Salernitana"nın yüksək liqaya qayıtdıqdan sonra ilk oyunu 22 avqust 2021-ci ildə Bolonyaya qarşı 3–2 hesablı məğlubiyyət olur.[6] Mövsümə zəif başlayandan sonra, ilk altı matçdan cəmi bir xal qazanan klub, A Seriyasının yeddinci turunda Cenoa ilə oyunda Milan Duriçin qolu sayəsində 1–0 hesabı ilə qalib gələrək ilk qələbəsini qazandı.[7]
Oktyabr ayında Salernitana idarə heyəti, Speziyaya 2–1 hesabı ilə uduzduqları səkkiz liqa oyunundan dörd xalla klubu cədvəlin sonunda qərarlaşdıqlarından sonra Kastorini qovdu. Onu Stefano Kolantuono əvəzləyir.[8] 22 may 2022-ci ildə Salernitana cəmi 31 xal toplayır və bu xal onlara aşağı liqaya düşməmək üçun kifayət edir. Salernitana son 15 oyundan 18 xal toplayaraq böyük xilası bacardı.[9]
Salernitana əvvəlcə İtaliyada biancocelesti kimi tanınan açıq mavi və ağ zolaqlı köynəklər geyinirdi.[10] Köynəkdəki mavi dənizi təmsil etmək üçün seçilib, çünki Salerno Salerno körfəzinin düz yanında yerləşir və liman şəhəri kimi qədim ənənələrə malikdir. 1940-cı illərdə klub nar rəngli köynəklərə keçdi və bu, onlara vətənlərində granata ləqəbini qazandırdı.
2011–12 mövsümündə onların forma rəngləri FC Barcelona-nı xatırladan zolaqlı mavi və tünd qırmızı idi. Salernonun himayədarı olan Müqəddəs Metyu simvolu da yenidən işlənmiş dəstin bir hissəsi idi.[11]
Klubun adını US Salernitana 1919 adlandırdıqdan sonra onların ev rəngləri yenidən ənənəvi nar rəngi oldu.[12]
100-cü ildönümü loqosu 24 iyun 2019-cu ildə elan edildi və 2019–20 mövsümü dəstlərində göründü.[13]
|
|