Markotx silsiləsi

Markotx silsiləsi (adıq Мэркӏотх) — Böyük Qafqazın şimal-qərb hissəsində, Baş Qafqaz silsiləsinə paralel və cənubda yerləşən dağ silsiləsi. Qara dənizə nisbətən Markotx silsiləsi ikinci silsilədir. Bibirinci isə Tuapxat silsiləsi ona paralel uzanır. Kabardinka-Gelenjik marşrutu iki silsilənin arasındakı çökəklikdən keçir. Silsilə Krasnodar diyarının qərbində yerləşir.

Markotx
adıq Мэркӏотх
Ümumi məlumatlar
Mütləq hündürlüyü 762 m
Əsas silsiləsi Baş Qafqaz
Yerləşməsi
44°41′57″ şm. e. 37°55′20″ ş. u.
Ölkə  Rusiya
Markotx xəritədə
Markotx
Markotx
Markotx xəritədə
Markotx
Markotx

Qara dəniz sahili boyu 90 km uzanır[1]. Martkotxun şimal hissəsi Novorossiyskiyə doğru tədricən yüksəlir, sonra Abrau yarımadasına paralel olaraq şimal-qərbdən cənub-şərqə doğru 43 km uzanır. Silsilə Krasnodar diyarının Novorossiysk və Gelenjik şəhərlərinə tabe olan ərazilərdə yerləşir. Maksimum hündürlüyü 762 metrdir. Gelenjik şəhəri yaxınlığındakı Ploskaya dağı. Aderba çayına doğru dik yamacla düşür.

Novorossiysk ərazisində Markotx silsiləsinin ən yüksək nöqtəsi Saxarnaya dağıdır (558 m)[2]. Novorossiysk şəhərinin bələdiyyəsi inzibati ərazi vahidi daxilində silsilənin ən yüksək nöqtəsi Markotx dağıdır (696 m). Silsilədə təbiət abidəsi — Şesxarisky ardıc meşəsi var.[3]

Silsiləsi müəyyən formada Rusiyanın Qara dəniz sahillərinə soyuq şimal hava kütlələrinin daxil olmasının qarşısını alır. Lakin rütubətli Qara dəniz havasının keçməsinə mane olacaq qədər yüksək deyil. Buna görə də silsilənin Qara dəniz sahillərində quru Aralıq dənizi iqlimi, şimal yamaclarında isə mülayim iqlim hökm sürür. Soyuq hava kütlələri bəzən silsilənin üstündən keçir, soyuq küləklər sahilə düşür (bora).[4]

Markotx silsiləsi əsasən təbaşir dövrünün çöküntü süxurlarından ibarətdir: qumdaşları, əhəng daşları, gillər. Lakin silsilənin əsasını sement hazırlamaq üçün istifadə olunan mergel təşkil edir.[1]

Krım yaylıları kimi Markotx silsiləsinin üstü nisbətən düz və ağacsızdır. Zirvəsi, eləcə də silsilənin yamacları boyunca torpaq yollar var.[5] Gelenjik şəhərindən silsilənin zirvəsinə 2 kanat yolu çəkilib[4]. Dağ silsiləsi yerli rekreasiya və turizmi üçün əhəmiyyətlidir.

"Markotx" silsiləsinin adı adıge mənşəlidir və "böyürtkən yerləri", "giləmeyvə yerləri" mənasını verir. İndiyə qədər silsilənin yamaclarında çoxlu tikanlı böyürtkən kolları bitir.[1]

  1. 1 2 3 "Маркотхский хребет (Варада) | Виртуальный экскурсовод". 2018-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-12.
  2. "ГБУК КК "Новороссийский исторический музей-заповедник" - Географическое положение, территория и границы Новороссийского района". 2018-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-12.
  3. Лист карты L-37-XXVI Новороссийск. Масштаб: 1 : 200 000.
  4. 1 2 "Персональный сайт - Маркотхский хребет". 2014-06-12 tarixində arxivləşdirilib.
  5. "18–26.05.2013 "МТБ тур по Черноморскому побережью" / FREERIDA.RU / Twentysix". 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-27.