Kabardinka— Krasnodar diyarında kənd (əvvələr şəhər tipli qəsəbə).
Kabrdinka | |
---|---|
rus. Кабардинка | |
44°38′55″ şm. e. 37°55′55″ ş. u. | |
Ölkə | Rusiya |
Region | Krasnodar diyarı |
Rayon | Gelencik |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1836 |
Mərkəzin hündürlüyü | 28 m |
Saat qurşağı | UTC+3 |
Əhalisi | |
Əhalisi | 7.550 nəfər (2010) |
Milli tərkibi | ruslar, yunanlar, ukraynalılar |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 86141 |
Poçt indeksi | 353480 |
Vikianbarda əlaqəli mediafayllar |
Kənd "Gelencik kurort şəhəri" rayonunun bir hissəsidir. Kabarda kənd dairəsinin inzibati mərkəzi.
Kabardinka Novorossiysk şəhəri ilə üzbəüz və Gelencikdən 12 kilometr şimal-qərbdə, Çemes buxtasının sahilində yerləşir. Cənub-qərbdən yaşayış məntəqəsini dənizin küləklərindən və tufanlarından Doob burnu, Tuapxat silsiləsi, şimal-şərqdən isə Markotx silsiləsi qoruyur.
Kəndin ərazisində Markotski silsiləsindən axan bir neçə dərin, lakin qısa çay var. Çaylar Qara dənizə tökülür. Onlardan ən böyüyü Doob və Nakopsdur.
Günəşli günlərin sayına və dumanın olmamasına görə Kabardinka Krımın cənub sahilinə bənzəyir. Orta illik temperatur + 12,3 °C-dir. İstirahət mövsümü maydan noyabr ayına qədər davam edir, bu zaman hava quru və isti olur.
Kabardinkanın indi yerləşdiyi yer haqqında ilk qeydlər e.ə. 5–7-ci əsrlərə aiddir. Bunu 1960–1970-ci illərdə burada aşkar edilmiş arxeoloji tapıntılar sübut edir. Bunlar amfora parçaları və qədim yunan tacirlərinin şərab daşıdıqları müxtəlif qablar idi. Qədim yunan müstəmləkəçiləri bütün Qara dəniz sahillərini intensiv şəkildə mənimsəmiş, müstəmləkə şəhərləri və yaşayış məntəqələri tikmişlər. Kabardinka da istisna deyildi. Burada iki kiçik qədim yaşayış məskəninin izləri tapılıb.
Qafqaz müharibəsi zamanı ruslar dağlılara qarşı Qara dəniz sahilində istehkamlar inşa edirdi. Kabardin istehkamı 1836-cı ildə tikilmişdir. İlk öncə onu Aleksandriyski adladırıldı[1]. Bu ad sonradan imperator I Nikolay tərəfindən dəyişdirildi və Kabardinka adlandırıldı.
Sovet İttifaqının dağılmasından sonra ölkədə fərqli bir sistem yarandı. Bu Kabardinkaya da təsir etdi: yarımçıq tikililər, keçmiş uşaq sağlamlıq kurortlarının boş və ya yarı boş əraziləri, tərk edilmiş magistral yol. Son 10–15 ildə isə Kabardinkada yeni həyat başlayıb.
Hazırda Kabardinkada 40-a yaxın sağlamlıq mərkəzi qonaqları qəbul etməyə hazırdır. Onların arasında ən böyüyü beşulduzlu "Nadejda" otelidir. Sanatoriyalar, istirahət mərkəzləri və sağlamlıq mərkəzlərinin əksəriyyəti uşaq və yeniyetmələri qəbul edir, bu da Kabardinkanın "uşaq respublikası" kimi nüfuzunu təsdiqləyir.[2]
Kabardinkanın əhalisi 7550 nəfərdir (2010).
.