Marqaret Hamilton (17 avqust 1936[2], ing. Margaret Hamilton)— Amerikalı kompüter mütəxəssisi, sistem mühəndisi, alim. O, "Apollon" və "Skylab" layihələrinin proqramlarını hazırlayan qrupa rəhbərlik etmişdir.[3]
Marqaret Hamilton | |
---|---|
ing. Margaret Hamilton | |
| |
Doğum adı | Margaret Hamilton[1] |
Doğum tarixi | 17 avqust 1936[2] (88 yaş) |
Elm sahəsi | informatika[1] |
İş yerləri | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Marqaret Hamilton 17 avqust 1936-cı ildə İndiana ştatının Paoli şəhərində anadan olmuşdur. Orta təhsilini Hankok liseyində almış, 1954-cü ildə buranı bitirərək Miçiqan Universitetinin riyaziyyat fakültəsinə daxil olmuşdur. Daha sonra Brandeis Universitetində mücərrəd riyaziyyat sahəsi üzrə magistr təhsili almaq üçün Boston şəhərinə köçmüşdür.
Marqaret Hamilton 1960-cı ildə meterologiya sahəsində hava proznozunu təyin edən cd-nin inkişaf etdirilməsi işi ilə bağlı müvəqqəti olaraq Massaçusets Texnologiya İnstitutu-da çalışmışdır. 1961–1963-cü illər ərzində o, "Linkoln lab"-da "Sage" layihəsində işləmişdir. Bu layihə Massaçusets Texnologiya İnstitutu tərəfindən yaradılan hava fəaliyyətlərini simulasiyalar vasitəsilə izləyən kompüter proqramı "Whirlwind"in davamı idi. "Sage" proyekti isə soyuq müharibə dövründə sovet hərbi təyyarələrinin hücumlarına qarşı müdafiə məqsədilə yaradılmışdı. Marqaret Hamiltonun buradakı fəaliyyəti onun nüfuzunun getdikcə artmasına və NASA-nın Apollon layihəsində işləməsinə səbəb oldu.
Hamliton, Apollon və Skylabın proqramını gücləndirən komandaya rəhbərlik etmişdir. Hamilton və qrupu, Apollonun idarə etmə modulu, aya enəcək hissəsi və Skylab üçün hazırlanmış alqoritmləri əhatə edən proqramın inkişaf etdirilməsi məsuliyyətini üzərinə götürmüşdü. Komandanın bir digər hissəsi isə, Marqaret Hamilton tərəfindən hazırlanan "Display Interface Routines" kimi səhvləri aşkar edib təmizləyən sistem proqramları üzərində işlər aparırmışdılar. Tapşırıq zamanı Apollon 11 gəmisi Aya enərkən enişə 3 dq qalmış kabinada olan kompüterlərdə həyəcan siqnalları işə düşmüşdü. Lakin Hamilton tərəfindən Apollon 11 gəmisinin uçuş sisteminə yazımış səhv təmizləmə proqramı tez bir zamanda xətanı təsbit edərək aradan qaldrmış və tapşırığın müvəffəqiyyətlə yerinə yetirilməsinə səbəb olmuşdur. Hamilton Apollon 11 tapşırığı üçün 145 min sətirlik "assembly kodu"nu hazırlamış, həm yazmış həm də yazan qrupa rəhbərlik etmişdir. Dövrün texnologiya ilə bağlı imkanlarını nəzərə aldıqda bu qədər böyük əhəmiyyətə malik kodun xətasız yazılması təqdirə layiq bir iş idi.
Hal-hazırda Marqaret Hamiltonun 88 yaşı var və təqaüddədir.