Martın Matveyeviç Terexovski (rus. Марты́н Матве́евич Терехо́вский; 1740[1], Qadyaç[d] – iyun 1796[1], Sankt-Peterburq) — XVIII əsrin görkəmli rus həkimi, bioloqu, tibb elmləri doktoru, professor.
Martın Terexovski | |
---|---|
rus. Марты́н Матве́евич Терехо́вский | |
Doğum tarixi | 1740[1] |
Doğum yeri | |
Vəfat tarixi | iyun 1796[1] |
Vəfat yeri | |
Elm sahələri | təbiətşünaslıq, botanika, anatomiya |
Elmi dərəcələri |
|
Elmi adı |
|
İş yerləri |
|
Təhsili |
|
Martın Terexovski 1740-cı ildə Poltava yaxınlığındakı Qaydaç şəhərində anadan olub. 1763-cü ildə Kiyev Akademiyasını bitirdikdən sonra Peterburq baş quru hərbi qospitalına daxil olmuş, 1765-ci ildə buranı bitirdikdən sonra həkim təyin olunub. Botanika elminə olan böyük həvəsinə görə onu Peterburqdakı Apteklər adasındakı Botanika bağına işə götürürlər. 1770-ci ilə qədər Martın burada işləyir, sonra öz hesabına tibb təhsilini artırmaq üçün xaricə getməyə icazə alır. Strasburqda dörd il yarım necə yaşadığı və təhsil aldığı məlum deyildi. bir çox məlumatlara əsasən güman etmək olar ki, Martın Terexovski burada çətin bir vəziyyətdə yaşamışdır[2].
Terexovski Strasburq Universietini bitirir və 1775-ci ildə "İnfuzorların təbiəti və əmələ gəlməsi haqqındakı məsələnin eksperimental tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. 1777-ci ildə Kronşteyn Qospital Məktəbinə müəllim təyin edilir. 1779-cu ildə isə Peterburq Qospital Məktəbinə işə göndərilir.
1787-ci ildən başlayaraq Martın Terexovski Peterburq Baş Quru Hərbi Qospitalında kimya fənni üzrə də mühazirələr oxumağa başlamışdır.
Martın Terexovski 1796-cı ildə 56 yaşında dünyasını dəyişmişdir.