Mart Nutt (21 mart 1962, Tallin – 2 iyun 2019[1]) — estoniyalı siyasətçi və tarixçi.
Mart Nutt | |
---|---|
Doğum tarixi | 21 mart 1962 |
Doğum yeri | |
Vəfat tarixi | 2 iyun 2019 (57 yaşında) |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, tarixçi |
Partiyası |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mart Nutt 1980-ci ildə Tallin Nomme gimnaziyasını bitirdikdən sonra Tartu universitetinə daxil olub. 1985-ci ildə universiteti tarix etnoqrafiya üzrə magistr dərəcəsi ilə bitirib. 1988-ci ildə doktorluq dərəcəsi alıb. 16 dekabr 2011-ci ildə Tallin Politexnik Universitetində " Eston parlamentinin hakimiyyəti, beynəlxalq münasibətlərin formalalaşdırılması və reallaşdırılması" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
1988-ci ildən 1991-ci ilə qədər Estoniya açıq səma altında muzeyinin elmi rəhbəri olub. 1991-ci ildən 1992-ci ilə qədər o Estoniya Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində fəaliyyət göstərib. 2003-cü ildən 2004-cü ilə qədər Yaan Tonisson İnstitutunda elmi rəhbər olub. 2011-ci ildə İnsan Hüquqları İnstitutunun idarə heyətinin üzvü olmuşdur.
1989-cu ildə azad gənclər təşkilatı olan "Res Publica"-nın üzvü kimi Respublikaçı Milli Koalisiyanın yaranmasında təşəbbüs göstərənlərdən biri kimi tanınmışdır. 1990-cı ildə o, Pro Patria və Res Publica müttəfiq partiyasına üzv olur. 1992-ci ildən Riygikoqu üzvü 1993-cü ildən 1999-cu ilə qədər isə Tallin şəhər şurasının üzvü olur. O, Pro Patria və Res Publica müttəfiq partiyasının idarə heyətinin, Yaan Tonisson İnstitutunun, Miqrasiya fondunun və Estoniya Müdafiə Liqasının üzvüdür.
O, 2007-ci ildən BMT-nin İnsan Hüquqları üzrə Komitəsinin, 1998-ci ildən isə Avropa Rasizm və Dözümsüzlüklə Mübarizə Komissiyasının üzvü olmuşdur. Estoniya Rəssamlıq Akademiyasının kuratoru və eston ordusunun ehtiyatda olan leytenantı olub.