Marum

Qaraqınıq (lat. Origanum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.

Qaraqınıq
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qaraqınıq dalamazkimilər fəsiləsinə, qaraqınıq cinsinə aiddir. Qaraqınıq bitkisinə xalq arasında qara yarpız və ya kəkotu da deyirlər. Onun boyu 90 sm hündürlüyə qədər qalxa bilir. Qaraqınıq möhkəm kök və budaq sisteminə malikdir. Onun ətri kəklikotunun ətrinə çox bənzəyir. Qaraqınıq otunun gövdəsi düz, yarpaqları kiçik, tünd yaşıl rəngdə, yumurta formasında və yumşaq olur. Qaraqınıq otunun çiçəkləri xırda, qoxulu, bənövşəyi-qırmızı və ya bənövşəyi-çəhrayı rəngdə olur. Onun çiçəkləri budaqların uc hissəsində bitir. qaraqınıq toxumları dörd ədəd olmaqla, qəhvəyi olur və kasacıqda yerləşir. Çiçəklər iyul-avqust aylarında açır, avqust-sentyabr aylarında isə toxumlar əmələ gəlir. Qaraqınıq toxum və vegetasiya yolu ilə çoxalır. Qaraqınıq MDB ölkələrində, Qafqazda, Qərbi və Şərqi Sibirdə,Orta Asiya ölkələrində və Qazağıstanda daha geniş yayılıb. Qaraqınıq kütləvi şəkildə, quru torpaqlarda, meşəlik və düzənlik ərazilərdə bitir. Qaraqınıq az kalorilidir. Ondan dəmlənmiş çayın 100 qramında 27 kKal var. O dietik qida sayılır. 100 qram qaraqınığın tərkibində olan qida dəyəri:

  • Zülallar - 1,5 qr
  • Yağlar - 0
  • Karbohidratlar - 5 qr
  • Su - 90 qr
  • Kalori - 27 kKal.

Qaraqınığın tərkibində 1% efir yağları, fenol, timol və onların izomer birləşmələri, trisiklik seskviterpen, tanin maddələr, piqmentlər, askorbin turşusu və s. var. Qaraqınığın çiçəklərində 166 mq%, yarpaqlarında 565 mq%, saplaqlarında isə 58 mq% askorbin turşusu var. Qaraqınıq güclü antioksidant təsirə malikdir. Qaraqınıq orqanizmə sakitləşdirici təsir göstərir. Qaraqınıq dəmləməsi mərkəzi sinir sisteminə sakitləşdirici təsir göstərir, mədə-bağırsaq sisteminin işini normallaşdırır, bağırsaqların peristaltikasını yaxşılaşdırır, ödqovucu, iltihab əleyhinə və sidikqovucu təsir göstərir. Qaraqınıqdan hazırlanan preparatları nevrozlar, isteriyalar, yuxusuzluq, epilepsiya, hipertoniya, atereskleroz, klimakterik şikayətlər, mədə-bağırsaq spazmları, xroniki qastritlər, mədə və onikibarmağın yara xəstəliyi, qaraciyər, öd kisəsi xəstəlikləri zamanı təyin edirlər.

Qaraqınığın faydaları

[redaktə | mənbəni redaktə et]

Qaraqınıq otu Avropa ölkələrində ədviyyat kimi tanınır və çox geniş istifadə olunur. Avropada bu ot "oreqano" adlandırılır.

Qaraqınıq otunun bir çox faydalı və müalicəvi xüsusiyyətləri var. Onlardan ən əsası güclü antibakterial xüsusiyyətidir. Sübut olunub ki, oreqanonun tərkibində olan karvakrol maddəsi bir çox mikrob və göbələkləri məhv edir.

Elmi araşdırmalar göstərib ki, qaraqınıq otunun antibakteriaa xüsusiyyətləri hətta bəzi antibiotiklərindən də üstündür. Oreqano hətta ən davamlı mikrob sayılan qızılı stafilokokk məhv edə bilir.

Qaraqınıq otu tibdə qədim zamanlardan istifadə olunur. Bu otun dəmləmələri və efir yağını müxtəlif iltihablar və infeksiyaların müalicəsində (ağız boşluğu, boğaz, böyrək, qadın cinsiyyət orqanlarının iltihabları və s.) öz effektliyini sübut edib.

Öskürək və zökəm zamanı bu otun dəmləməsi ilə inhalyasiyalar edin. Həmçinin dəmləməni öskürək və bronxit zamanı daxilə də qəbul etmək olar.

Oreqano immun sistemi üçün də çox faydalıdır. Soyuq fəsillərdə oreqano ilə çay yaxşı profilaktik təsir edir, soyuqdəymə və qripp infeksiyalarının riskini artırır.

Qaraqınıq otu qədimdən qadın otu kimi tanınır və müxtəlif qadın xəstəlikləri zamanı istifadə olunurdu. Belə ki, qədim təbiblər bu otu dölsalma (abort) üçün çox geniş istifadə edirdilər. Oreqano qadın cinsiyyət sisteminə olduqca müsbət təsir edir, menstrual dövrünün tənzimlənməsinə kömək edir, menstrual ağrıları azaldır, klimaks zamanı qadının vəziyyətini yaxşılaşdırır.

Qaraqınıq otu güclü xərçəng əleyhinə xüsusiyyətlərlə tanınır. Araşdırmalar göstərib ki, otun tərkibində olan bəzi bioloji aktiv maddələr xərçəng hüceyrələrin çoxalmasını ləngidir, onların məhv olmasını sürətləndirir.

Oreqano mədə-bağırsaq sisteminə antiseptik təsir edir, mikrobları və qurdları öldürür, həzm proseslərinə müsbət təsir edir.

Qaraqınıq otu ürək-damar və sinir sistemləri üçün də faydalıdır - sakitləşdirir, ürək ritmini tənzimləyir, təzyiqi normallaşdırır.

Oreqanonu müxtəlf salatlar, suplar, pizza və s. kimi qidalara əlavə etmək, adi göyərti kimi yemək olar.

Xalq təbabətində istifadəsi

[redaktə | mənbəni redaktə et]

Xalq təbabətində qaraqınıq otundan raxit, qızılca, qaşınma, yaralanma və digər müxtəlif dəri xəstəlikləri zamanı vannalar, kompreslər tətbiq edilir.

Soyuqlama və baş ağrıları zamanı qaraqınıq çiçəklərini iyləmək xəstəliyin əlamətlərini azaldır.

Qaraqınıq dəmlənmiş su ilə saçları yuduqda saçlar kəpəkdən xilas olur və tökülmənin qarşısı alınır.

Qaraqınıq otundan şampunların, sabunların hazırlanmasında geniş istifadə edilir.

Qaraqınıq bal verən bitkidir. O dekorativ bitki sayılır və ətrindən bir çox parfümeriya vasitələrinin hazırlanmasında istifadə edilir.

Bolqarıstanda qaraqınıq bitkisinin, çiçəklənən zaman torpaqda qalan hissəsini yığıb, fitoterapiyada istifadə edirlər. Qaraqınıq kökü mədə-bağırsaq spazmlarında, əsəbləşmə zamanı, aybaşı ağrılarında, cinsi oyanmaları sakitləşdirmək, sarılıq və qaraciyər xəstəlikləri zamanı istifadə edilir. Ondan tünd və isti dəmlənmiş çay orqanizmə tərlədici təsir göstərir. Qaraqınıq dəmləməsi ilə vanna etdikdə ekzema, dəri yaraları qısa müddətdə sağalır. Bunun üçün 100 qram quru qaraqınıq otunu 2 litr suda qaynadıb vannadakı suya əlavə eləmək lazımdır.

Bronxitlər, pnevmoniyalar, bronxhektaziyalar, bronxial astmalar zamanı qaraqınıq dəmləməsi tərlədici, bəlğəmgətirici, öskürəkkəsici təsir göstərir. Bunun üçün 2 xörək qaşığı xırdalanmış qaraqınıq otunu 2 stəkan qaynar suda dəmləyib, 3 hissəyə bölərək yeməkdən əvvəl gündə 3 dəfə içmək lazımdır.

Epilepsiya xəstəliyi zamanı 3 il müddətinə fasilələrlə qaraqınıq dəmləməsi içmək məsləhət görülür. Bu zaman 2 xörək qaşığı qaraqınıq otunu yarım stəkan qaynar suda 2-3 saat dəmləyib içmək lazımdır.

Qaraqınıq otunun zərərli xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Hamiləlik zamanı qaraqınıq dəmləməsi içmək məsləhət görülmür. O uşaqlıq duvarında spazmların əmələ gəlməsinə səbəb ola bilir. Bu isə uşaqsalmaya səbəb ola bilər. Həddindən çox qaraqınıq dəmləməsi içmək kişilərdə cinsi zəifliyin meydana çıxnasına səbəb ola bilir. Mədə turşuluğunun çox olduğu zamanlarda və mədə-bağırsaq yaraları zamanı qaraqınıq dəmləməsi xəstəliklərin əlamətlərini artıra bilir. Yüksək təzyiqdən əziyyət çəkənlərə qaraqınıq yağı qəbul eləmək və ya iyləmək məsləhət görülmür.

Təbabətdə istifadəsi

[redaktə | mənbəni redaktə et]
  • Adi qaraqınıq revmatizmi zamanı oynaqların şişkinliklərində, podaqrada, amonoreyyada, ekzema, dəri səpkiləri və müxtəlif yaralanmalarda istifadə edilir.
  • Soyuqdəyməd, vərəm, mədə-bağırsaq və tənəffüs orqanlarının xəstəliklərində də təyin edilir.
  • Yüngül yuxugətirici xassəyə malik olduğundan pisixi fəaliyyət pozğunluqlarında işlədilir.
  • Bitkinin dəmləməsindən dəri xəstəliklərində vanna kompres, islatma kimi istifadə edilir.
  • Adi qaraqınığın efir yağından parfümeriyada, sabun və ətirlərin tərkibinə daxil edilir. Qərbi Avropada xüsusən, İtaliya, İspaniya, Amerika və Meksikada ədviyyat kimi əvəzedilməz hesab olunur.
  • Özünəməxsus iyinə görə dünyada "Oreqano" adı ilə tanınır. Rusiyada mayaotu ilə birlikdə ev şəraitində pivə hazırlanmasında, salat, sup, farş, sous, kolbasa və digər ərzaq məmulatların hazırlanmasında və uzun müddət saxlanılmasında istifadə edilir.
  • Çiçəklənmə fazasında tibbi məqsədlə bu bitkinin çiçəkləri və 20 sm uzunluğunda gövdəsi toplanılır. Çardaq və ya quruducu şkafda 40oC temperaturda qurudulur. Xammalın saxlanma müddəti 2 ildir.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Amaracus Hill
  • Beltokon Raf.
  • Dictamnus Zinn
  • Dictamnus Mill.
  • Hofmannia Heist. ex Fabr.
  • Majorana Mill.
  • × Majoranamaracus Rech.f.
  • Marum Mill.
  • Onites Raf.
  • × Origanomajorana Domin
  • Oroga Raf.
  • Schizocalyx Scheele
  • Zatarendia Raf.