Maryan Vasilyoviç Şved (ukr. Мар’ян Васильович Швед; 16 iyul 1997[1][2]) — İspaniya təmsilçilərindən olan Sevilya Atletiko klubunda yarımmüdafiənin sol cinahında çıxış edən peşəkar Ukrayna futbolçusudur.
Maryan Şved | |||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||
Tam adı | Maryan Vasilyoviç Şved | ||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||
Doğum yeri | Mikolaiv, Ukrayna | ||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||
Boyu | 171 | ||||||||||||||||||||||||||||||
Çəkisi | 63 kq | ||||||||||||||||||||||||||||||
Mövqeyi | Yarımmüdafiəçi | ||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||
Klub | Sevilya B | ||||||||||||||||||||||||||||||
Nömrəsi | 22 | ||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Şved Lvov Oblastın Mikolaiv şəhərində anadan olmuşdur.[3] Şved Karpati Lvov gənclər akademiyasının yetirməsidir. O, yeddi yaşında olarkən bu akademiyaya qəbul edilmişdir. Onun ilk məşqçisi Vasil Leskiv olmuşdur.[4]
Şved Karpati klubu ilə debütünü 1 mart 2015-ci ildə Ukrayna Premyer Liqasında Metallurq Donetsk klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Kiyevin Obolon Arenada keçirilən görüşdə Karpati rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. O, ilk qollarını 26 aprel 2015-ci ildə Olimpik Donetsk klubuna qarşı oyunda vurmuş və komandası rəqibinə 4-1 hesabı ilə qalib gəlmişdir.[5]
5 avqust 2015-ci ildə 18 yaşı olarkən Şved İspaniya təmsilçisi olan Sevilya klubu ilə beş illik müqavilə imzalamışdır. Amma Şved klubun reserv komandası olan Sevilya Atletiko klubuna göndərilmişdir.[6] Şved həmyerlisi Yevgen Konoplyanka kluba gəldikdən sonra Əndəlus təmsilçisi olan Valensiya klubu ilə müqavilə imzalamaqdan imtina etmişdir.[7]
Şved gənclər yığması ilə UEFA Gənclər Liqasında altı oyuna çıxmışdır. 30 sentyabr 2015-ci ildə Şved qrup mərhələsində Yuventus klubuna qarşı oyunda bir qolla yadda qalmışdır.[8]
Şved Sevilya Atletiko klubu ilə debütünü 4 oktyabr 2015-ci ildə Marbella klubuna qarşı oyunda etmişdir. O, sona on bir dəqiqə qalmış Xose Amonu əvəz etmiş və komandası rəqib ilə 1-1 hesabı ilə bərabərə qalmışdır.[9]
Şved Ukraynanın U-16 və U-19 millilərində çıxış etmişdir.[10]
Şved Vasil Şvedin böyük oğludur. Vasil Şved bir müddət Karpati klubunda hücumçu kimi çıxış etmişdir.