Massimiliano Fuksas

Massimiliano Fuksasİtaliyalı memar.

Massimiliano Fuksas
Massimiliano Fuksas
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Roma
Vətəndaşlığı İtaliya İtaliya
Təhsili
Həyat yoldaşı
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Roma, Paris, Şençjen
Memarlıq üslubu Postmodern memarlığı
Əsas tikililəri FieraMilano
fuksas.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1944-cü ildə Romada doğulub. O, 1969-ci ildə Romada yerləşən Roma Sapienza Universitetini bitirib və burada özünün ilk ofisini açıb. Həmin universitetdə təlimatçı və araşdırmaçı kimi çalışan Fuksas çox universitetdə qonaq professor olaraq dərslər verib. 1994-1997 -ci illər arasında BerlinSalzburgda şəhər planlama komissiyalarında məsləhətçi memar olaraq çalışıb. 1989-da Paris ofisini açıb. Peşəkar və şəxsi həyatını Paris və Roma arasında keçirən memar 1993-cü ildə Vyana ofisini qurmuşdur.

Berlinin şəhər inkişaf etdirmə və ətraf qoruma administrativ məclisi üzvlüyü və Salzburg Bələdiyyəsi idarə heyəti üzvlüyü vəzifəsində çalışmışdır. 1998-ci ilin iyulunda Buenos Aires Memarlıq Bienalində Vitruvio Internacional Trayectoria və 1999-cu ildə "Grand Prix d'Architecture Française" mükafatına layiq görülüb.

  • Konsert Salonu, Zenith, Strazburg (2003)
  • Alver Mərkəzi, Erlangen, Almaniya (2002)
  • "Aquadeus" Su parkı, Salzburg, Avstriya (2002)
  • Europark, Salzburg (2001-2003)
  • Ferrari S.p.a.ın Yeni Mərkəz Ofisi, Maranello, İtaliya (2001-2003)
  • Emporio Gerbinin Showroom, Kafeterya və Restaurantı üçün Yeni Anlayış Dizaynı, Hong Kong, China (2001-2002)
  • Sahil Şeridi Tənzimləmə və İnkişaf etdirmə Proyekti, Honk Kong West, Çin (2001)
  • Queensland Müasir Sənətlər Qalereyası, Brisbane, Avstraliya (2001)
  • Yeni İtalyan Kosmos Mərkəzi- ASI, Roma, İtaliya (2000-2004)
  • Alver və Əyləncə Mərkəzi, Berna, İşviçre (2000)
  • Simon Perez və Yasser Ərafatın vəzifələndirməsiylə, Jaffada Barış Mərkəzi, (1998-2003)
  • İqamətgah və Ofis Binası Dizaynı, Asterfleet, Hamburg (1998-2002)
  • Liman və Şəhərçilik Tənzimləməsi, Castellammare de Stabia, İtaliya (1998)
  • Wienerberger Firmasının Mərkəz Bürosu üçün iki göydələn dizaynı, Viana, Avstriya (1995-2001)
  • Maximilien Perret Yüksək Məktəbi dizaynı, Paris (1994)
  • Roissy Charles də Gaulle Aerodrom şəhərçilik planlaması, Paris (1993-2001)
  • Nagasaki Limanı modernizasyonu, Yaponiya (1993)
  • "Centre Ville" Universiteti, Brest, Fransa (1992-94)
  • Clichy-sur-Seinedə sahil renovasyonu, Paris (1992)
  • Lu Jiazui Beynəlxalq Ticarət Mərkəzi Şəhər Planlaması, Pudong, Şangay, Çin (1991)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Union List of Artist Names (ing.). 2011.