Rasim Məhəmməd oğlu Əliquliyev (20 yanvar 1958, Bərdə rayonu) — texnika elmləri doktoru, professor, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru.
- Rasim Məhəmməd oğlu Əliquliyev 20 yanvar 1958-ci ildə Azərbaycan Respublikası Bərdə rayonunda anadan olmuşdur.
- 1979-cu ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) "Elektron hesablayıcı maşınları" ixtisası üzrə bitirmişdir.
- 1983–1986-cı illərdə Azərbaycan Elmlər Akademiyasının (AEA) Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) "avtomatlaşdırılmış idarəetmə sistemləri" ixtisası üzrə aspiranturada təhsil almışdır.
- 1979–1986-cı illərdə AEA Kibernetika İnstitutunda mühəndis, böyük mühəndis, komsomol katibi vəzifələrində çalışmışdır.
- 1986-cı ildə AEA Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) Şöbəsinə köçürülmüşdür.
- 1986–1997-ci illərdə AEA AİS Şöbəsində (1997-ci ildə AİS Şöbəsinin bazasında İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi – İTEM təşkil olunmuşdur) böyük mühəndis, aparıcı mühəndis, "Respublika hesablama mərkəzləri və verilənlərin ötürülməsi şəbəkəsi" layihəsinin baş mühəndisi, 1997-ci ildən İTEM-in baş mühəndisi-direktor müavini vəzifələrində işləmişdir.
- 2002-ci ildən İnformasiya Texnologiyaları İnstitutunun (institut 2002-ci ildə İTEM-in bazasında yaradılmışdır) direktorudur.
- 2013–2019-cu illərdə AMEA-nın akademik-katibi işləmişdir.
- 2019-cu ildə AMEA-nın vitse-prezidenti seçilmişdir.[2]
- 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur[3].
Ailəlidir: 1 qızı və 1 oğlu var.
- 2007-ci ildə "İnformatika" ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.
- 2014-cü ildə "İnformatika" ixtisası üzrə AMEA-nın həqiqi üzvü (akademik) seçilmişdir.
- Rəhbərliyi altında 4 elmlər doktoru, 34 fəlsəfə doktoru hazırlanmışdır. Hazırda 11 elmlər doktoru, 5 fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların elmi məsləhətçisi və rəhbəridir.
- 2021–2024-cü[4],[5],[6], [7] illərdə ABŞ-nin Stenford Universiteti və Niderlandın "Elsevier" nəşriyyatı tərəfindən hazırlanmış dünyanın ən nüfuzlu 2% alimlərinin reytinq qiymətləndirmə siyahısına seçilib.
- Jurnalların redaksiya heyətində üzvlük:
– Applied and Computational Mathematics[8]
– CAAI Transactions on Intelligence Technology[9]
– Телекоммуникации[10]
– Безопасность цифровых технологий[11]
– Problems of Information Technology[12]
– Problems of Information Society[13]
- İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən dissertasiya şurasının sədridir.
- Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Fizika-riyaziyyat və Texnika Elmləri üzrə Problem Şurasının sədridir.
- Avropa Milli Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) Baş Assambleyasında Azərbaycanın nümayəndəsidir.
- Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı (EaPConnect) proqramının EU4Digital layihəsində Azərbaycanın nümayəndəsidir.
- Horizon Europe GN5–1 layihəsində Azərbaycanın nümayəndəsidir.
- Azərbaycan Respublikasının İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının üzvüdür.
- Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin üzvüdür.
- Qərbi Azərbaycan İcması Müşahidə Şurasının üzvüdür.
- Yeni Azərbaycan Partiyasının üzvüdür.