Master of Reality

Master of Realityİngilis heavy metal qrupu Black Sabbath-ın 1971-ci ildə çıxardığı üçüncü albomudur. Bəzən albomu ilk stauner rok albomu kimi də qiymətlənirirlər. Albom 2 milyon satandan sonra 2 platinium sertifikat almışdır.

Master of Reality
Yayımlanma tarixi 21 iyul 1971
Janr Heavy metal
Müddət 34:29
Dil ingilis dili
Leybl Vertigo Records
Prodüser Rodger Bain
Black Sabbath albomlarının xronologiyası
"Paranoid" "Master of Reality"
(1 yanvar 1971)
"Black Sabbath Vol. 4"

Bu albomda Toni Ayommi, ilk dəfə elektrogitarada de-tuning üsulundan istifadə etməyə başlamışdır. Bu yeni üsul, gitara tellərini daha elastik buraxaraq, 3 yarı-nota aşağısında çalmağı mümkün edirdi. Ayominin bunu tətbiqinin səbəbi sol əlindəki barmaqlarındakı problemdir. Albomun mahnı sözləri daha çox yalnızlıq, narkotika, müharibə və dini əhatə edir.

Albom Billboard Pop Albums sıralamasında o dövrdə 8-ci sıraya qədər yüksəlmiş, 2003-cü ildə Rolling Stone jurnalının ən yaxşı 500 albom sıralamasında isə 298-ci sıradadır.

Albomun Mahnıları[redaktə | mənbəni redaktə et]

  1. "Sweet Leaf" – 5:05
  2. "After Forever" (Iommi) – 5:27
  3. "Embryo" (Iommi) – 0:28
  4. "Children of the Grave" – 5:17
  5. "Orchid" (Iommi) – 1:30
  6. "Lord of This World" – 5:25
  7. "Solitude" – 5:02
  8. "Into the Void" – 6:12