Masutatsu Oyama

Masutatsu Ōyama (yap. 大山倍達, kor. 최영의, 崔永宜) — Kyokuşinkay karatenin əsasını qoyan məşhur karate ustasıdır. Kyokuşin karate məktəbinə maraq məhz əfsanəvi usta Masutatsu Oyamanın adı ilə baglıdır.

Masutatsu Oyama
大山倍達
Doğum tarixi
Doğum yeri Cənubi Koreya Cənubi Koreya
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri Yaponiya Yaponiya
Vəfat səbəbi ağciyər xərçəngi
Vətəndaşlığı Yaponiya Yaponiya
Fəaliyyəti karateçi, yazıçı
mas-oyama.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1923-cü ildə Cənubi Koreyanın Qunsan əyalətində anadan olan Masutatsu Oyama karateçilərin yeni nəslinə aiddir. Mənşəcə koreyalı olub, etnik azlığa mənsub idi. Məşhur olduğu Masutatsu Oyamanın imzası – gənclik arzusunu təcəssüm etdirir (Hərfi mənada öz nailiyyətlərini yüksək dağ kimi toplamaq). Orta məktəbi Seulda bitirmiş və Aviasiya məktəbində təhsil almaqdan ötrü 1938-ci ildə Yaponiyaya köçmüşdür. Bir çox ləqəbləri ilə tanınmışdır. Gənclik illərində cüdo və boksla məşğul olmuşdur. Sonralar Şotakan, Qodzyu-ryu, müasir aykidonun bünövrəsi olan Dayto-ryu kimi karate məktəblərin aparıcı ustalarından dərs almışdır. Qısa müddət ərzində böyük istedad, inadkarlıq, güclü iradə sayəsində Yaponiyanın qabaqcıl döyüşçüləri sırasına qatılır. 17 yaşında 2-ci dan (dərəcə) qara kəmər, 22 yaşında isə 4-cü dan dərəcəsini alır.

İkinci dünya müharibəsindən sonra Oyama Minobe dağındakı buddist məbədində yerləşir və bütün gününü gücləndirirlmiş məşqlərə sərf edir. Ustanın həyatının bu dövrü əfsanələrlə əhatə olunub. Müharibədən sonra 1947-ci ildə Kiotoda keçirilən karate üzrə I Yaponiya Çempionatının qalibi olur. 1948-ci ildə yenidən dağlara çəkilərək bir il yarım ərzində insanlarla ünsiyyətsiz, vəhşi heyvanlarla vuruşaraq, ciddi fiziki və psixoloji hazırlıqla məşğul olur.

1949-cu ildə sivilizasiyaya döndükdə karatenin populyarlaşması məqsədilə, kifayət qədər güclü rəqiblər olmaması üzündən vəhşi öküzlərlə döyüşmək qərarına gəlir. Buynuzunun diametri dörd düyməyə çatan öküzlə silahsız döyüşə girir. Döyüş zamanı o, öküzün bir buynuzunu dibindən qopararaq öldürür. Bu zəfər bütün dünyanı heyran edir, amma Oyamadan ötrü belə həyəcanlı yarışlar yolunun ancaq başlanğıcı idi. Belə yarışların üçündə öküzü ani olaraq oldürür, 48-nin isə buynuzunu sındırır.

Bu döyüşlərdən biri haqqında sənədli film də çəkilmişdir. Hələ heç kim onun kimi 30 dam örtüyü kirəmitini bir zərbədə sındırmaq, butulkanın boğazını əllə bir zərbədə kəsmək, 15 kq-lıq çay daşını dizinin üstünə qoyub əllə qırmaq və sairə bir çox rekordlarını əldə edə bilməmişdir. Yapon karatesini nümayiş etdirmək məqsədilə 1952-ci ildə Amerikaya gedir. Amerikada olan müddətdə 200-dən çox görüşlərdə yüz minlərlə tamaşaçı qarşısında karatenin gücünün heyran ediləcək dərəcədə nə qədər yüksək olduğunu nümayiş etdirir.

O, həmçinin Amerikanın ən görkəmli boksçuları və güləşçiləri ilə döyüşlərdə də yeni qələbə rekordları qazanır. Jurnalistlər onu "İlahi-əl" adlandırırdılar. Vətənə qayıdan Oyama 1954-cü ildə ilk dəfə əfsanəvi zalını "Oyama doco"nu açır. Tezliklə bura real döyüş incəsənətinə yiyələnmək istəyənlərin məktəbinə çevrilir. Bu, məktəbi bütün cərəyanlar və kempo üslublarına qarşı qoyur. O, silahlı və silahsız döyüş növlərinin hamısını araşdıraraq öz sistemi üçün vacib elementləri seçir. Bütün elementlər, birlikdə məktəbin tələblərinə cavab verməlidir: Güc, dözüm, effektivlik.

1964-cü ildə rəsmi ad alan "Kyokuşin-kaykan" məhz onların döyüşlərindən və məşqlərindən yaranan növdür. Elə həmin ildə də Kyokuşin-kaykan karate do beynəlxalq təşkilatı (İKO) təsis olunur. (Qərargah Tokiyoda olmaqla). "Kyokuşin-kaykan" 4 heroqliflə yazılır. "Kaykan" "məşvərət və mərasim məqsədilə tikilən bina" mənasını verir. 1969-cu ildən I açıq Yaponiya çempionatında mütləq çəkidə Kyokuşin karatenin idman inkişafı başlayır. 1975-ci ildən başlayaraq dörd ildən bir Dünya çempionatları keçirilir. Kyokuşin karate ilə artıq dünyanın 190 ölkəsində 15 milyondan çox insan məşğul olur. Heç bir karate məktəbinin bu sayda davamçısı yoxdur. Zaman keçdikcə Beynəlxalq Təşkilata rəhbərlik etmək mürəkkəbləşir. 1991-ci ildə Masutatsu Oyama İKO-nun yeni qanunu tətbiq edir ki, bütün ölkələrdə yapon nümayəndəliyi yaradılsın (birbaşa qərargaha tabe olmaqla), milli federasiyalar isə faktiki olaraq saya alınmasın. İKO-nun bütün üzvləri bu vəziyyətlə razı deyildilər, belə ki, bu təşkilati quruluş ölkələrinin qanunlarına zidd idi. Nəticədə 1992-ci ildə bir çox milli təşkilatların səyi ilə Oyamanın şagirdi ingilis olan Stiv Arneylin başçılığı ilə Beynəlxalq Karate Federasiyası (İFK) yaradıldı. İKO-nu bəzi səbəblərdən tərk edənlərdən fərqli olaraq, İFK yeni məktəb yaratmır və kyokuşin karatenin təbliğini davam etdirir. Masutatsu Oyama 1994-cü ilin aprelində ağ-ciyər xərçəngindən dünyasını dəyişir. Sosay Masutatsu Oyamanın 3-cü kiçik qızı Kuristina Oyama "Beynəlxalq Kyokuşinkaykan Karate Təşkilatına" rəhbərlik edir. Oyamanın ölümündən sonra yaratdığı Beynəlxalq Karate Təşkilatı bir neçə yerə parçalanmağa başlayır və hələ də davam edir.

  • Səhər – 4 — də oyanır, 10 dəqiqə qapalı gözlərlə meditasiya edir. 2 saat dağlarda qaçır.
  • Səhər – 7 — də yemək hazırlayır. 8 — də səhər yeməyi və naharı birləşdirən qəlyanaltı edir.
  • Səhər – 9 — da məşqə başlayır. 5 hərəkətdən ibarət kompleksi 10 dəfə yerinə yetirir:
  1. 20 dəfə 60 kq-lıq ağırlıq qaldırır.
  2. Barmaqlar üzərində uzanaraq 20 dəfə qolların bükülüb açılması.
  3. Ələ dayaqlanaraq 20 dəfə qolların açılıb bükülməsi.
  4. 20 dəfə dartınmaq.
  5. Qum kisəsinə (makivaraya) sagdan və soldan 20 yumruq vurmaq.

Hər kompleksdən sonra tənəffüs hərəkətləri etmək və gecikmədən digər kompleksə keçmək. Bundan sonra:

  • Saat 11-dək istirahət.
  • Səhər — 11-də katanı yerinə yetirir. Bununla yanaşı hər gün hər hansı bir katanı 100 dəfə təkrar edir.
  • Saat — 2-də 60 kq-lıq ağırlıqdan başlayaraq getdikcə yükü artırmaqla 20 dəfə qaldırır. 1000 dəfə yerdə uzanaraq qolların bükülüb açılması (jim). 200 dəfə iki barmaq, 200 dəfə üç barmaq, 200 dəfə dörd barmaq, 400 dəfə beş barmaq üzərində. Bəzən rəngarənglik üçün yumruq üzərində birdəfəyə 1000 dəfə qolların bükülüb açılmasını yerinə yetirir.
  • Saat – 3-də döyüş zərbələrini işləmək; makivara ilə hərəkət, ipə çıxmaq, qarın əzələsi üçün 200 dəfə hərəkət, daş qırmaq.
  • Saat – 5-də şam yeməyi hazırlayır.
  • Saat – 6-da meditasiya və yatmaq.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]