Kyokuşinkay

Kyokuşinkay (極真会?, "ali həqiqət səmiyyəti") və ya Kyokuşin (極真?, "ali həqiqət") — Masutatsu Oyama (大山 倍達 Y:yama Masutatsu) tərəfindən 1950-ci illərdə yaradılmış karate stili. Kyokuşinkay karatenin ən çətin və ən sərt növlərindən hesab olunur.

Kyokuşinkay
極真会
Kyokuşinkay heroqliflərlə
Kyokuşinkay heroqliflərlə
Tam adı Kyokuşinkay
Digər adı Kyokuşin
Ölkə Yaponiya Yaponiya
Banisi Masutatsu Oyama
Məktəbin rəhbəri Akiyosi Matsui
Xələfləri Qodzyu-ryu
Sələfləri Asihara-karate, Daydo-dzyuku (Kudo), Oyama-karate
Müasir təşkilatları IFK, IKO
Tanınmış ardıcılları Stiv Arneyl, Yon Blyuminq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stilin meydana gəlməsi

[redaktə | mənbəni redaktə et]

Kyokuşinkayın qurucusu Masutatsu Oyama Çoi Yeong-eui adıyla 1923-cü ildə Cənubi Koreyada dünyaya gəlib. Oyama Çin və Koreya Kempo stillərini məşq edirdi. 1938-ci ildə ailəsiylə birlikdə Yaponiyaya köçdülər və burada cüdo və daha sonra şotokan adını alacaq olan Okinava karatesi ilə məşğul oldu. Yapon cəmiyyətinə daha yaxşı uyğunlaşmaq üçün Masutatsu Oyama adını aldı. II Dünya müharibəsindən sonra Qocu Ryu karate stilini məşq etməyə başladı. Bu dönəmdə karatesini inkişaf etdirmək üçün üç illiyinə dağlara çıxdı. Dağdan qayıdanda artıq özünün çox fərqli yerdə olduğunu gördü. Çünki Oyama bir çox döyüş sənətinin ustaları ilə döyüşlərə çıxdı və tam üstünlüklə qələbələr qazandı. Daha sonra ABŞ-a gedərək peşəkar güləşçilərlə (smack down) və boksçularla döyüşlər keçirdi.

1953-cü ildə Oyama Doco adıyla Tokioda öz karate salonunu açtı və döyüş sənətləri göstərişləri üçün bütün dünyanı gəzməyə başladı. Ən çox maraq oyandıran göstərisi yalın əlləriylə öküzləri öldürməsi idi. Əllidən çox öküz öldürən Oyama ayı ilə də döyüş keçirmək istəsə də təbiəti qoruyan cəmiyyətlər buna izin vermir.

1964-cü ildə artıq Oyama stilinə Kyokuşinkay adını rəsmən verdi.

Texnika və Məşq

[redaktə | mənbəni redaktə et]

Kyokuşinkayda öyrətmə üç ana başlıq altında həyata keçirilir.

Texniki (Kihon)
Form (Kata)
Döyüş (Kumite)

Kyokuşinkay sistemi şotokan ve Qocu Ryu kimi ənənəvi karate stilləri üzərində qurulub ancaq boks və kik-boks kimi döyüş idmanlarından bir çox ünsürü özünə qatmışdır.

Kyokuşinkay sisteminin əsas özəlliyi ilk tam təmaslı karate stili olmasıdır. Bu səbəblə məşqçi və tələbələr özlərini tam təmaslı döyüşlərə hazırlamaq üçün güclü kumite məşqlərini keçməlidirlər. Digər karate növlərindən fərqli olaraq Kyokuşinkayda əlcəklərdən də istifadə olunmur. Buna görə əllə üzə, başa və boğaza vurulan zərbələr qadağan olunub. Qeyd edək ki, ilk dövrlərdə həmin zərbələrə də icazə verilirdi, ancaq əmələ gələn ciddi zədələr sonradan qadağaya yol açdı. Ancaq Kyokuşinkayda ayaq və diz zərbələri ilə başa, üzə və boğaza vurmağa icazə verilir. Bundan başqa Kyokuşinkayda döyüşdə rəqibi tutmağa icazə verilmir. Oyama tələbələrinin zərbəsini gücləndirmək üçün bu addımı atmışdı, yəni rəqibi tutmadan udmaq üçün bir yol qalır - o da sərt zərbə ilə məğlub etmək.

Kyokuşinkay döyüş stili olaraq şotokan kimi xətti formada deyil qocu ryu kimi dairəvi formada hərəkətlərə üstünlük verilir. Kyokuşinkayın bu özəlliyindən istifadə edərək Oyamanın tələbələri başqa özünümüdafiə karate stilləri qurdular. Mahiyyət olaraq Oyamanın döyüş sənətinin mərkəzində zərbə dayanır. Oyama inanırdı ki, bütün fəndlər hər döyüşdə işləyə bilməz, xüsusilə özündən fiziki böyük döyüşçülərin qarşısında bunu daha çox hiss edən Oyama bir zərbə ilə qələbə - içigeki məntiqinin üzərində duraraq öz əl və ayaq zərbələrini çox inkişaf etdirdi. Yaponiyada onun "tanrı əl" adını almasının səbəbi də bu idi. Oyama ağır məşqlərlə dəqiq və sərt zərbələr formalaşdırmışdı. Elə buna görədir ki, bu gün dünyanın hər hansı yerində Kyokuşinkay deyəndə ağla sərt tameişvarilər (daş, taxta və s. sındırmaq) və yarışlardakı nokautlar gəlir.

Öz texnikalarını kihonlar vasitəsi ilə inkişaf etdirən tələbələr bunu kompleks şəkildə katalarda məşq edirlər. Kyokuşinkayda müxtəlif döyüş sənətlərindən alınmış və sırf Oyamanın özünün işlədiyi katalar var. Bu stilin ən əsas kataları nəfəs, bədən (əzələ) və texnika tandemi ilə formalaşan ağır katalardır.

Oyamanın döyüş fəlsəfəsinə gəldikdə isə bir çox uzaq şərq döyüş sənətlərində olduğu kimi davadan, sərtlikdən çox uzaq fikirləri görürük. Tələbələrini küçə döyüşlərində hər zaman uzaq tutan Oyama onların daxili aləmini inkişaf etdirmələrini tələb edirdi. Bundan əlavə Oyamanın döyüş fəlsəfəsində əsasən qədim çin fəlsəfəsindən gələn düzgün nəfəs və əzələ birliyi ilə həm güclü zərbə vurmaq, həm də ən güclü zərbələrə belə davam gətirə bilmək üçün daxili qüvvənin bir nöqtədə cəmlənməsi nəzəriyyəsi əsas yer tutur.

Azərbaycanda kyokuşin

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda Kyokuşinkay ən sevilən idmanlardan biridir. İlk dəfə ölkəyə Oyamanın bir müddət tələbəsi olmuş Ələddin Mirzəyev tərəfindən gətirilən stillə ölkədə bir çoxları məşğuldu. Bir sıra məktəblər də (həm beynəlxalq əlaqəli, həm də yerli xarakterli) federasiya və təşkilat şəklində fəaliyyət göstərir.