Materik buzlaşması (rus. материковое оледенение, ing. continental glaciation) — buzlağın proqressiv inkişafının son mərhələsinə uyğun gələn buzlaşma. Materik buzlaşmasında materik buzlaq formaları üstünlük təşkil edir: materik buzlağı, yüksəklik buzlağı, buzlaq örtüyü və başqaları ilə yanaşı, həmçinin dağlıq və dağətəyi buzlaqlar kimi aralıq tipli buzlaq formaları da mövcuddur (karlar və başqaları). Dördüncü dövrdə materik buzlaş-ması Avropanın, Asiya və Amerikanın şimal hissəsini tutmuşdur. /Kontinental buzlaşmanın sin/.[1]
Geologiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |