Matsuo Başo (1644[2][3][…] – 28 noyabr 1694[4][5]) yapon şairi. Daha çox yazdığı hokkularla məşhurdur. Zen Buddizmin təsirinə məruz qalan şair, sonralar uzun müddətli səyahətə çıxmış və bu səfərlərini təsvir edən şeir kitabını yazmışdı.
Matsuo Başo | |
---|---|
yap. 松尾芭蕉[1] | |
Doğum tarixi | 1644[2][3][…] |
Vəfat tarixi | 28 noyabr 1694[4][5] |
Fəaliyyəti | şair, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
O, təbiətin hər xırda varlığından, nişanəsindən ilham alırdı. O, təxəllüsü “Basyo” sözünü də həyətində əkdiyi banan ağacının ana dilində olan adından götürmüşdü. Buludların parıltısı, bambukun titrəməsi, sərçələrin cikkiltisi, küçədən keçən adamların sifəti – bütün gündəlik xırda şeylərdən o, həzz almaq imkanı tapa bilirdi. Lakin, əhəmiyyətsiz şeyləri sevmək üçün xırda məsələrə görə də iztirab çəkməlisən. Onun zahirən bəlkə də primitiv görünən məşhur bir hokkusunda deyilir:
Köhnə nohur!
Qurbağa tullanan,
Suyun səsi.
Biz dinləyərkən bəlkə də çox primitivdir bizim üçün, lakin bu hokkuda dərin məna, təbiətin gözəlliyi, şairin könlünün və ətraf dünyanın sakitliyi və harmoniyası çox qısa şəkildə əks olunmuşdur. Bağdakı köhnə gölməçəyə hoppanan qurbağa yüzillik kədəri dağıtdı. Yazıçı Ryunosuke Akutaqava Basyonun bu kiçik şeirinin fəlsəfi məzmununu çox ustalıqla açıb təhlil edir. Axı nəzərə almaq lazımdır ki, köhnə gölməçədən tullanan qurbağanın özü də yüzillik kədərə malikdir. Deməli, istənilən baxışda Basyonun özünün də həyatı həm də iztirablar həyatı idi. Gülümsəyərək həzz almaq üçün gülümsəyərək də iztirab keçirmək lazımdır.
Ədəbiyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |