Matteuccia struthiopteris

Matteuccia struthiopteris (lat. Matteuccia struthiopteris) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin onocleaceae fəsiləsinin matteuccia cinsinə aid bitki növü.

Matteuccia struthiopteris
Elmi təsnifat
Aləm:
Sinif:
Yarımsinif:
Yarımdəstə:
Fəsilə:
Növ:
Matteuccia struthiopteris
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 40-130 sm olan, yeraltı zoğları yaxşı inkişaf etmiş iri bitkidir. Artıb törəyən yarpaqları artmayanlardan qısadır, novşəkilli qalın saplaqlıdır, lələkvari, xətvari sıx seqmentlidir,qonurdur. Artmayan yarpaqları yaşıldır, ayası enli, ikiqat-lələkvari-bölünmüşdür; birinci sıranın seqmentləri xətvari-neştərvaridir, sivriləşmişdir, ikinci sıranın seqmentləri oturaqdır, tamkənarlıdır, çəpinə əyilmişdir və 30 cütə yaxındır. Saplağı şırımlı-qanadlıdır. Sorusları dəyirmidir. Çoxillikdir. Avqust-sentyabr aylarında sporlayır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

BQ qərb, BQ şərq, Lənk. oval. Ovalıqdan, yüksək dağ qurşağına qədər.

Yaşayış mühüti

[redaktə | mənbəni redaktə et]

Rütubətli qaranlıq meşələrdə rasr gəlinir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Kökümsovları xalq təbabətində qurdqovucu vasitə kimi istifadə olunur.