Mattias Şvayqhöfer (alm. Matthias Schweighöfer; doğ. 11 mart 1981) — Almaniyalı kino aktyor və rejissor.
Mattias Şvayqhöfer | |
---|---|
alm. Matthias Schweighöfer | |
| |
Doğum tarixi | |
Doğum yeri | Anklam, Meklenburq-Ön Pomeraniya, Almaniya |
Vətəndaşlığı | Almaniya |
Partnyoru |
|
Fəaliyyəti |
Aktyor rejissor ssenari müəllifi |
Fəaliyyət illəri | 1998— Bu günə kimi |
Təhsili |
|
IMDb | ID0777788 |
Vikianbarda əlaqəli mediafayllar |
Mattias keçmiş ADR-in Anklam şəhərində anadan olmuşdu[1]. O aktyor cütlüyü olan Mixael və Gitta Şvayqhöferin oğludur. Artıq yeniyetməlik yaşında Mattias ciddi şəkildə teatrla maraqlanır; onun arzularından biri də səhnə təcrübəsi toplamaq idi. Xemnitz şəhərində yerləşən Dr.-Wilhelm-André Gimnaziyasından "yetkinlik attestatı" aldıqdan sonra, Mattias "Ernst Buş" adına teatr və mədəniyyət universitetinə qəbul olur, lakin bir ildən sonra Mattias orada təhsilini dayandırır.
1997-ci ildə, Mattias rejissor Andreas Drezenin Raus aus der Haut telefilmində rol alır. Debüt rol ona 2001-ci ildə ekranlaşdırılmış Herz im Kopf filmi gətirdi. 2003-cü ildə Mattias Nora Çirnerlə birgə Solo albom filmində baş rola çəkilir, bu rol ona Almaniyada məşhurluq gətirir. O vaxtdan Şvayqhöfer bir çox alman və beynəlxalq film istehsal edən şirkətlərlə çalışırdı, eləcə də Almaniya teatrlarında yaxşı nüfuza malik idi. O həmçinin ən istedadlı gənc aktyor qismində Qızıl Kamera və Bembi mükafatlarına layiq görülmüşdü.
2009-cu ildə o Yoko Vinterşaydt, moda dizayneri Kilian Kerner və musiqi prodüseri Sebastian Radlmeierlə birgə German Garment adlı Moda leyblını yaratmışdı[2]. 2010-cu ildən Şvayqhöfer artıq həm də rejissor kimi çalışır. Onun rejissor qismində ilk işi komediya janrında çəkilmiş What a Man filmi ilə başlayır; o burada həmçinin həmmüəllif, baş rolların ifaçısı və film şirkəti sayılan Pantaleon Films'də birgə istehsal üzrə əməkdaşı qismində çıxış etmişdi[3]. 2011-ci ilin avqust ayında film Almaniya kinoteatrlarında nümayiş olunur. Ümumilikdə Almaniyada filmi 1,8 milyon insan seyr etmişdi. 2013-cü ilin yanvar ayının 10-da Mattiasın rejissorluğu və baş rolu ilə Ayrılmağa kömək edərik adlı ikinci bədii filmi nümayiş olunur. Film yenə də Pantaleon Films şirkəti tərəfindən ekranlaşdırılır[4].
Mattias 2000-ci ildə Berlin şəhərinə köçür, lakin artıq 2009-cu ildə o sevgilisi ilə birgə Brandenburqda yerləşən "Firzaythof" (alm. Vierseithof) fermasında məskunlaşır[5]. Özəl müsahibələrdə o daha çox Berlin dialektində danışmağı üstün tutur[5][6][7]. Mattias 2004-cü ildən 2012-ci ilə qədər rejissor assistenti Anjelika Şrom ilə əlaqədə olub və bu birgə həyatdan cütlüyün bir qızı da var[8]. 2013-cü ilin oktyabr ayında ZDF-Show kanalında yayımlanan "Wetten, dass..?" proqramında Mattias yenidən ata olacağını bildirir. 2012-ci ildən Mattiasın mum fiquru Berlində yerləşən Madam Tüsso muzeyində rəsmən eksponatlar içərisinə daxil olur[9].
İl | Ad | Rol | |
---|---|---|---|
2001 | Herz im Kopf | Dirk | |
2002 | Nachts im Park | Tom | |
2002 | FearDotCom | ||
2002 | Dostlar, rəfiqələr | Gregor | |
2003 | Solo albom | Ben | |
2003 | 99-cu ilin məktəbi, şagirdlər dünən və onların həyatı bu gün | Felix | |
2004 | Kammerflimmer | Paul Crash Partenheimer | |
2004 | Gold – The Tulse Luper Suitcases | ||
2005 | 16. Kombat | Daniel | |
2005 | Mavigözlü Polli | Ronald "Ronny" Helske | |
2007 | Vəhşi həyat | Rainer Langhans | |
2007 | Fata Morgana | Daniel | |
2007 | Qulaqsız dovşan | Moritz | |
2008 | Qırmızı baron | Manfred von Richthofen | |
2008 | Valkiriya əməliyyatı | Franz Herber | |
2008 | Memar | Jan Winter | |
2009 | Gecə qatarı | Frankie | |
2009 | İkiqulaqlı cücə | Moritz | |
2009 | 12 metrə başsız | Gödeke Michels | |
2009 | Must Love Death | ||
2010 | Dostluq! | Tom | |
2010 | 3faltig | Christl | |
2011 | What a Man | Alex | |
2011 | Aşiq qadın | Aleksander Honk | |
2012 | Rus diskotekası | Wladimir | |
2013 | Ayrılmağa kömək edərik | Paul Voigt | |
2013 | Kokowääh 2 | Matthias Schweighöfer | |
2013 | Frau Ella | Sascha |
Bayerischer Filmpreis
de:Berliner Bär (B.Z.-Kulturpreis)
Baden-Baden Beynəlalq Film Festivalı
Goldene Henne
New Faces Award
Hessischer Fernsehpreis
Video Champion