Meklenburq-Ön Pomeraniya

Meklenburq-Ön Pomeraniya - Almaniyanın vilayətidir. Vilayətin paytaxtı Şverindir. Coğrafi amillərin təsirinə və tarixi inkişafın xüsusiyyətlərinə görə, təxminən iki milyon əhalisiylə bu federativ region müasir Almaniyanın regionlarından ən az əhalisi olanıdır. Uzun müddət bu regionun ərazisində slavyan tayfaları yaşayırdı. Vilayətin iqtisadiyyatı üçün ağır zərbə İkinci dünya müharibəsinin sonu idi, həmin vaxt bura Qırmızı Ordudan qaçan qaçqınların çoxmilyonlu axını yollandı. Almaniya Demokratik Respublikasının mövcud olduğu illərdə burada yeni sənaye müəssisələri yarandı və iş yerləri açıldı, amma Almaniyanın birləşməsindən sonra onlardan bir çoxu ekoloji mənada təhlükəli və texniki olaraq köhnəlmiş olanlar yenidən bağlandılar. Hal-hazırda vilayətdə iqtisadiyyatda və ictimai həyatda ciddi problemlər mövcuddur.

Meklenburq-Ön Pomeraniya
Mecklenburg-Vorpommern
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

53°45′ şm. e. 12°30′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Şverin
Tarixi və coğrafiyası
Yaradılıb 3 oktyabr 1990
Sahəsi 23.173,86 km²
Hündürlük
0 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.628.378 nəf. (31 dekabr 2022)[2]
Rəqəmsal identifikatorlar
ISO kodu DE-MV
Rəsmi sayt
Meklenburq-Ön Pomeraniya xəritədə
Meklenburq-Ön Pomeraniya xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vilayət Almaniyanın şimal-şərqindədir, Baltik dənizinə çıxışa malikdir. Vilayətin ərazisində çoxlu miqdarda göl var onlardan ən böyüyü Müritzdir (ərazisi 117 km²). Meklenburq-Ön Pomeraniyada Almaniyada ən böyük ada öz tabaşirli qayalarıyla məşhur olan Rügen yerləşir. Meklenburq-Ön Pomeraniyada cəmi 270 təbii və landşaft qoruq, 3 milli park yerləşir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]
Mecklenburg & Pomerania

Meklenburq-Ön Pomeraniya iqtisadiyyatının yenidən qurularaq idarə olunan planlama iqtisadiyyatından bazar iqtisadiyyatına keçidi çox yaxşı həyata keçmişdir. Burada ən əhəmiyyətli iqtisadiyyat sahələri gəmiqayırma, qida sənayesi, tikinti, avtomobil istehsalı, inşaat materialları və meşə sənayesidir. Dəniz limanları keçmişdə olduğu kimi indi də iqtisadi baxımdan böyük əhəmiyyət daşımaqdadır. Meklenburq-Ön Pomeraniya üçün əhəmiyyətli bir iqtisadiyyat sektoru da turizmdir. 200.506 əhalisi olan Rostok mühüm liman şəhəri və eyni zamanda Meklenburq-Ön Pomeraniyanın ən əhəmiyyətli iqtisadi mərkəzidir. Şəhərin 1419-cu ildə tikilən universiteti Şimali Avropanın ən qədim universitetidir.

Mezolit dövründə, e.ə 8 minillikdə bu ərazini əsasən çaylar və göllər sahillərində yaşayan qəbilələrin məskunlaşması başlayır. 3500 il e.ə. erkən daş dövründə, insanlar əkinçilik və heyvandarlığa keçir. Onlardan sonra çoxlu meqalitlər qalır. Tunc dövründə (1600 E.ə) intensiv olaraq sənətkarlıq və ticarət inkişaf etmişdir. Eyni zamanda gəmiçilik başladı. Bizim eranın əvvəlindən bu sahədə məskunlaşmış tayfaları slavyan mədəniyyəti ailələri kimi göstərilə bilər.

929-cu il. İmperator Henry Birincinin işğalçı kampaniyaları. Slavyanların tabe edilməsi.

946-cu il. Otto Böyük Havelberg yepiskopluğunu yaratmışdır. 12-ci əsrdə Saksoniya Hersoqu Henrix Löv bu ərazini ələ keçirdi və əhalisini xristianlaşdırdı. Bu dövrdə alman keşişləri, zadəganları, kəndliləri və tacirləri bura köçərək məskunlaşmağa başladılar. 12-ci əsrdən sonra bu ərazi stabil və sülh içərisində yaşayan azsaylı alman ərazilərindən biri idi. 1348-ci ildə Meklenburq Müqəddəs Roma İmperiyasına daxil olan ilk hersoqluq oldu. Pomeraniya ərazisi isə Vestfaliya sülhünə əsasən 1648-ci ildən 1815-ci ilə kimi İsveç hakimiyyəti altında oldu. Pomeraniya 1815-ci ildə Prussiya əyaləti oldu və 1945-ci ilə kimi belə qalmağa davam etdi. 1870-ci ildə Meklenburq könüllü şəkildə Alman İmperiyasına daxil olsa da, daxili muxtariyyətini saxlamağa davam edirdi.

Əhalisi 10 mindən yuxarı olan şəhərlər
30 iyun 2010-cu il halına görə
Rostok 201,6 Anklam 13,5
Şverin 95,1 Lüdviqslust 12,3
Noybrandenburq 65,2 Demmin 12,0
Ştralzund 57,6 Volqast 12,0
Qraysfald 54,2 Haqenov 11,8
Vismar 44,3 Pazevalk 11,4
Qüstrov 30,1 Bad-Doberan 11,3
Noyştreliç 21,4 Qrevesmülen 10,7
Varen 21,2 Boycenburq 10,6
Parhim 18,6 Qrimmen 10,5
Ribniç-Damqarten 16,1 Zasniç 10,4
Berqen-Na-Rüqene 14,0 İkkermünde 10,1