Mavi mağara (qrot) (xorv. Modra špilja) — Xorvatiyanın Bişevo adasında dəniz mağarası. Mağara ekskursiya[en] mağara tipinə aiddir. Mağara Adriatik dənizində, Balun buxtasında, Bişevo adasının şərq hissəsində yerləşir. Ərazi baxımdan Xorvatiyanın Split-Dalmasiya jupaniyasına aiddir. Mağaranın populyar olmasına və Mavi mağara adlandırılmasına səbəb gün ərzində üç saat, günəşli və sakit havada mağaranın daxili tamamilə mavi parıtıya qərq olur.
Mavi mağara (qrot) | |
---|---|
xorv. Modra špilja | |
Ümumi məlumatlar | |
Dərinliyi | 3-20 m |
Amplitudası | 15 m |
Uzunluğu | 24 m |
Kəşf tarixi | 1884 |
Giriş sayı | 2 |
Yerləşməsi | |
42°58′48″ şm. e. 16°01′20″ ş. u. | |
Ölkə | Xorvatiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mavi mağaranın uzunluğu 24 metr, eni isə 10-20 metr arasında dəyişir. Dəniz səthindən mağaranın hündürlüyü 15 metrdir. Dərinlik isə 3—20 metr arasında dəyişir. Su səviyyəsindən yuxarıda olan girişin ölçüləri: 1,5 m hündürlük, 2,5 m eni. Mağara daxilində uzunluğu 5 metrə, hündürlüyü isə 1 metrə qədər olan qayıqlarla üzməyə icazə verilir. Qayıqda maksimum 10 nəfər ola bilər[1]. Bu giriş sonradan açılmışdır və mağaranın işıqlanmasında heç bir rol oynamır. Mağaraya işıq daha dərində olan və daha böyük olan təbii girişdən düşür.
Mağara və ümumən Bişevo adası əhəndaşından ibarətdir və min illər boyu dəniz dalğaları tərəfindən abraziyaya məruz qalmışdır.
Ərazidəki balıqçılar qədimdən mağara haqqında məlumatlı olsa da, daha çox populyarlığı 1884-cü ildən sonra qazandı. Məhz baron Oyqen fon Ransonet[2] mağara haqqında ətraflı məlumat vermişdir[3].
Saat 10 və 13 aralarında mağaranın təbii girişindən, sualtından mağara daxilinə günəş şüaları düşür. Nəticədə mağara daxili açıq akvamarin rəngindən tünd mavi rəngə, eləcə də gümüşü rəngə çalır[4].
Bu qeyri-adi mənzərəni seyr etmək üçün hər 10 minə yaxın turist mağaranı ziyarət edir.
Bəzən Beşevo adasının Mavi mağarasını ona çox bənzəyən Kapri adasında olan Mavi mağara ilə müqayisə edirlər[5].