Mavi qonaqotu

Mavi qonaqotu (lat. Passiflora caerulea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü.

Mavi qonaqotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Vətəni Cənubi Braziliya və Argentinadır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Həmişəyaşıl liandır. Düzənliklərdə və dağlarda dəniz səviyyəsindən 1200 m-ə qədər hündürlükdə bitir. Bu bitkinin cavan yarpaqları qırmızı, yaşlı yarpaqları isə tünd yaşıl, uzunsov formalı, 5-7 hissəyə dərin bölünmüş, diametri 20 sm-ə qədərdir. Çiçəkləri iri, mavi rəngli, təkdir, diametri 7-9 sm, zərif ətri feyxoanın çiçəklərinin ətrinə bənzəyir. Erkəkcikləri və dişiciyi əhatə edən rəngli saplaqlardan ibarət «tac» bitkiyə əsas dekorativ effekt verir. Əsasən yaz-payız dövründə çicəkləyir. Meyvəsi qışda yetişir. Meyvələri uzunluğu 6 sm-ə qədər olan yumurtaşəkilli giləmeyvədir, yetişdikdə sarımtıl-narıncı rəngli, dadsız, içərisində çoxsaylı toxumları olur.

-4-6oC - dək soyuqlara dözür. Turşulu, zəif turşulu torpaqlarda əkilməsi məqsədyönlüdür. Havanın temperaturunun kəskin dəyişməsindən yarpaqlarını tökə bilər. Yarpaqların saplaqlarında və yarpaq ayalarının kənarlarında qarışqaları cəlb edən xüsusi nektar vəzicikləri vardır və təbiətdə bitkiləri zərərvericilərdən mühafizə edir. Tor gənəsi ilə tez-tez zədələnə bilər.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Abşeronda yaşıllaşdırmada rast gəlinir.

Şaquli yaşıllaşdırmada dekorativ bitki kimi istifadə olunur.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Granadilla caerulea (L.) Medik.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Passiflora caerulea var. alba Robinson
  • Passiflora caerulea var. angustifolia G.Don
  • Passiflora caerulea var. glauca Mast.
  • Passiflora caerulea var. glaucophylla G.Don
  • Passiflora caerulea var. grandiflora L.H.Bailey
  • Passiflora caerulea var. imbricata Mast.
  • Passiflora caerulea var. regnellii Mast.
  • Passiflora chinensis Mast.
  • Passiflora granadilla Gaterau
  • Passiflora hartwiesiana Mast.
  • Passiflora loureiroi G.Don
  • Passiflora mayana H.J.Veitch ex Voigt
  • Passiflora selloi Dehnh.
  • Passiflora stenophylla Hoffmanns.
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 959.