Mavi xətt (Livan)

Mavi xətt Livan–İsrail sərhədini əhatə edir. Uzadılma Livan–Colan yüksəklikləri sərhədini əhatə edir.

Mavi xəttLivanı İsraildənColan təpələridən ayıran demarkasiya xətti. İsrailin Livandan tam çəkilib-çıxmadığını müəyyən etmək məqsədilə 7 iyun 2000-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən nəşr edilmişdir. Bu, "müvəqqəti", həmçinin və "sərhəd yox, geri çəkilmə xətti" kimi təsvir edilmişdir.[1] Bu, İsrail, Livan və "Hizbullah" arasında davam edən sərhəd münaqişəsinin mövzusudur.

İsrail hökuməti 2018-ci ilin sentyabr ayına qədər öz icmalarını "Hizbullah" yaraqlılarının reydlərindən qorumaq üçün demarkasiya xəttinin İsrail tərəfində 11 kilometrlik beton İsrail–Livan səddini tamamlamışdır.[2] Səddin uzunluğu 130 kilometr (81 mil) idi və 2020-ci ilə qədər tamamlanacağı gözlənilirdi. Layihənin 450 milyon dollara başa gələcəyi gözlənilirdi. Səddin əksəriyyəti polad, sensorlar və müşahidə kameraları ilə örtülmüş beton divardır. Xüsusilə çətin yerlərdə beton əvəzinə polad hasardan istifadə edilmişdir.[3]

  1. "It's time to talk about the Blue Line: Constructive re-engagement is key to stability". UNIFIL (ingilis). 2021-03-05. 2023-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-10.
  2. Ahronheim, Anna. "IDF: No Hezbollah militant will return alive from infiltration attempt". Jerusalem Post. 2018-09-06. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-01.
  3. Zion, Ilan Ben. "Israeli wall rising near border with Lebanon stokes tensions". Associated Press. 2018-09-06. 2023-02-07 tarixində arxivləşdirilib.