Yarımsərtqanadlılar (lat. Hemiptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Növ sayına görə həşəratlar sinfinin ən böyük dəstələrindəndir. Yer kürəsinin hər yerində yayılmış 25000—30000, o cümlədən Azərbaycanda 900 növü məlumdur.
Yarımsərtqanadlılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Ranqsız: Dəstəüstü: Dəstə: Yarımsərtqanadlılar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Taxtabitilərin formaları bəzən yastılaşmış, bəzən isə silindirşəkilli qısa və ya çox uzun olur. Bədən rəngi müxtəlifdir. Qonur, sarı, yaşıl, qara, qırmızı rəngli növləri var. Dəstəyə daxil olan növlərin bədəninin uzunluğu 0,7-120 mm-dir. Növlərin başı sərbəst və zəif hərəkətlidir. Başın zirvə hissəsi iki uzununa tikişlə üzlüyə və onun böyründə yerləşən yanaqlara və ya almacıq lövhələrinə bölünür. Ağız orqanları dəlici-sorucu, xortumcuğu sərbəst olub, demək olar ki, həmişə başın qabaq hissəsinə bitişmişdir. Bığcıqları 4 və ya 5, bəzən 3 buğumludur. Qanadları 2 cütdür. Ön qanadlarının yarısı zarlı, yarısı isə nisbətən sərt (adı da buradandır), arxa qanadları zarlıdır. Yarımsərtqanadlıların, bir qayda olaraq, qoxu vəziləri olur. Bunların xaricə açılan dəliyi yaşlı fərdlərdə döşün alt hissəsində, sürfələrdə isə qarnın üzərində yerləşir. Bu vəzilərin buraxdığı xoşagəlməz qoxu ilə yarımsərtqanadlılar düşmənini qorxudur və öz növündən olan fərdləri cəlb edir. Yarımsərtqanadlıların həyat tərzi çox müxtəlifdir; əksəriyyəti quruda, müəyyən hissəsi isə suda və onun üzərində (suölçənlər), quruda olan yarımsərtqanadlılar bitkilərdə, ağac qabığı və xəzəlin altında, torpaqda, su hövzələri ətrafında və s. yerlərdə yaşayır. Əksər növləri bitkinin generativ hissəsi ilə, bir qismi xırda onurğasızlar və yosunlarla, bəziləri balıq körpələri və kürü ilə qidalanırlar. Müəyyən qismi kənd təsərrüfatı bitkilərinin zərərvericiləri olan mənənələri, gənələri, böcək sürfələrini, kəpənəklərin yumurta və tırtıllarını tələf edir, digəri insan və ev quşlarının qanını soraraq parazit həyat sürür. Bəzi növləri insan və bitkilərə xəstəlik keçirirlər. Azərbaycanda yarımsərtqanadlılardan ziyankar bağacıq və Mavr bağacığı, yonca, çəmən, çuğundur, bostan və armud taxtabitiləri və s. geniş yayılmışdır. Meşə və kənd təsərrüfatı bitkilərinə zərər vurur. Mübarizə tədbirləri kimyəvi və bioloji üsulla aparılır.