Maykl Gunter — Tennessi ştatının Kukvilldə yerləşən Tennessi Texnologiya Universitetində siyasi elmlər üzrə professordur.[1] Onun əsas araşdırma mövzusu Türkiyə, İraq, Suriya və İran da yaşayan kürdlərdir.
Brendan O'Liari Gunter barədə "Amerika Birləşmiş Ştatlarındakı kürd siyasi məsələləri üzrə öndə gələnlərdən" biri kimi bəhs etmiş,[2] Martin van Bruinessen isə onun haqqında "bu sahədəki ən məhsuldar şəxs " adlandırmışdır.[3] Gunter kürdlər barədə 15 kitab yazmaqla birlikdə, erməni soyqırımının olmadığı barədə 2 kitab da nəşr etdirmişdir.
O, "Yaxın Şərq", "Cənubi Asiya və Yaxın Şərq Araşdırmaları", "Beynəlxalq Türk Araşdırmaları" və s. kimi jurnallarınməşləhətçi redaktorlarndan biridir.
Bakalavr dərəcəsini 1964-cü ildə Kolumbiya Universitetindən Amerika tarixi üzrə almışdır. Həmin universitetin Beynəlxalq və İctimai Məsələlər Məktəbindən magistr dərəcəsini alan Gunter beynəlxalq münasibətlər sahəsində olan doktorluq dərəcəsini 1972-ci ildə Kent Universitetindən əldə etmişdir.[4][5]
1967-ci ildən 1971-ci ilə qədər Kent Universitetində müəllimlik etmişdir. Həmçinin, Tennesi Texnologiya Universitetində siyasi elmləri tədris etmişdir. 1972-ci ildən 1976-cı ilə qədər professor köməkçisi, 1976-cı ildən 1981-ci ilə qədər dosent, 1981-ci ildən isə professordur. 1995-1996-cı tədris ili üzrə universitetin "Kaplenor Fakültə Araşdırma Mükafatı"nı, 1999-2000 tədris ili üzrə "Görkəmli Tədris Mükafatı"nı qazanmışdır. O, Tennesi Texnologiya Universiteti tarixində hər iki mükafatı qazanan ikinci şəxsdir.[4][5]
O, həmçinin Ankaradakı Orta Şərq Texniki Universitetində beynəlxalq münasibətlər üzrə 1978-1979-cu illərdə müəllim kimi fəaliyyət göstərmişdir. Həmçinin, Şanxaydakı Şanxay Xuhui Təhsil Kollecində 2001-ci ilin yayında amerikan mədəniyyəti və ESL üzrə müəllim kimi də çalışmışdır. 2002-ci ilin payızında Fisk Universitetində qonaq professor olan Gunter 2002 və 2003-cü illərin yaylarında Vyanadakı Beynəlxalq Universitetdə qonaq professor olmuşdur. 2003-cü ildə "Seçkin Qonaq Professor Mükafatı"nı qazanmışdır.[4] O, həmçinin ABŞ Dövlət Departamentinin Xarici İşlər İnistitutunda və ABŞ Dövlət Sahə Araşdırmaları Proqramı çərçivəsində kürd dili və şərq siyasəti üzrə kurslar vermişdir. 2018-ci ildən o, Çindəki Shaanxi Normal Universitetinin Türk Araşdırmaları Mərkəzinin fəxri professorudur.
Gunter erməni soyqırımı iddialarının həqiqəti əks etdirmədiyini bildirmişdir.[6] O, bildirmişdir ki, ermənilər cəzalandırılmış və bu cəzalandırılma səbəbi özlərinin provokasiya aktları olmuşdur. Onun yazdığına görə, Osmanlı imperiyasında ermənilər əleyhində qəsdli bir soyqırım cəhdi olmamışdır, sadəcə mərkəzi hakimiyyətə qarşı üsyan qaldıran ermənilər dövlət tərəfindən cəzalandırılmışdır.
Onun kitabı olan Erməni tarixi və soyqırım məsələsi erməni əsilli tarixçi Riçard Hovannisiyan tərəfindən əsaslandırılması zəifdir iddiası ilə tənqid edilmişdir.[7]