Castin A. Makkarti (19 oktyabr 1945[1], Çikaqo, İllinoys) — amerikan demoqraf, tarixçi, Kentukki, Luisvilldəki Luisvill Universitetində tarix üzrə professor. O, Türkiyənin Boğaziçi Universitetinin fəxri doktoru, Türkologiya İnistitutunun və Avrasiya Araşdırmalar Mərkəzinin üzvüdür. Onun tarixdə əsas ixtisaslaşması son Osmanlı dövrüdür.[2][3][4][5]
Castin Makkarti | |
---|---|
Doğum tarixi | 19 oktyabr 1945[1] (78 yaş) |
Doğum yeri | |
İş yerləri |
|
Təhsili |
Makkartinin bəzi işləri bəzi alimlər tərəfindən sərt tənqidə məruz qalmış və türkləri müdafiə etməkdə ittiham edilmişdir.[6][7][8][9]
Makkarti 1967–1969-cu illərdə Türkiyədə Sülh Korpusunda xidmət etmiş, bu müddətdə Yaxın Şərq Tekniki Universitetində və Ankara Universitetində dərs demişdir.[10] O, 1978-ci ildə doktarantura dərəcəsini Los-Ancelosda yerləşən Kaliforniya Universitetindən almışdır..[11] O, sonradan Boğaziçi Universitetinin fəxri doktoru olmuşdur. Makkarti həmçinin, Türk Araşdırmaları İnistitutunun idarə heyətinin üzvüdür.
Makkartinin araşdırmaları Osmanlı imperiyasının çökdüyü və nəticədə parçalandığı dövrü araşdırır. Makkarti geriləyən Osmanlı İmperiyasının ortodoksal Qərb tarixlərinin qərəzli olduğuna inanır, çünki qərəzli müşahidəçilərin ifadələrinə əsaslanırlar: xristian missionerlər və Birinci Dünya müharibəsində osmanlılarla müharibədə olan (xristian) millətlərin rəsmilərinə.[12][13] Osmanlı türkcəsini oxuya bilən Makkarti yerli əhalinin etnik kompozisiyasının dəyişikliklərinə fokuslanmışdır. Makkartinin elmi tənqidçiləri də onun müsəlman mülki itkilər və qaçqın sayıları (XIX və XX əsrin əvvəlləri) barədə araşdırmalarının daha əvvəllər xristian qərbdə gözardı edilən səyərli baxış tərzi gətirdiyini qəbul edir: milyonlarca müsəlman və yəhudi bu illərdə acı çəkmiş və ölmüşdür. Donald Bleçer Makkartinin türkpərəst olmasını bildiyinə baxmayaraq, yenə də qeyd edir ki, "Ölüm və Sürgün" kitabı qərbin bütün qurbanların xristian və bütün qatillərin müsəlman olması modelinə meydan oxuyan "əhəmiyyətli islahedici"dir.
Makkartinin hazırkı konsentrasiyası I Dünya Müharibəsində şərqdə Osmanlının məğlubiyyətinə səbəb olan amillər üzərində qurulub. Ona görə, hadisələrin dönüm nöqtəsi Sarıqamış döyüşü və onun "erməni üsyanı" adlandırdığı Vandakı hadisələrdir. Norman Stoun Makkartinin Osmanlı türkləri əsərini öyərək "iqtisadi baxımdan daralmayan, cəsur elmi cəhddir" demişdi. Oxşar olaraq, "Osmanlı xalqları" və "İmperiyanın sonu" da "The History Teacher" tərəfindən tövsiyə edilmişdir.
Makkarti XIX əsrin əvvəlindən 1922-ci ilə qədər bəzi missionerlər tərəfindən yayılan türklük əleyhinə önyarğılara fokuslanaraq, xüsusilə Amerikada ("Amerikada türk" əsəri ilə) Osmanlı türklərinin imici üzərində çalışmışdır.
Makkartı 1915–1923-cü illər dövründəki qırğınlar zamanı bir milyon erməninin ölməsi ilə razılaşır, lakin o, eyni zamanda iddia edir ki, həmin dövrdə regionda müsəlmanlara qarşı "erməni üsyançıların və yaraqlıların əli" ilə edilmiş qırğınlar zamanı milyonlarla müsəlman da həyatını itirmişdir. O, iddia edir ki, I Dünya müharibəsi zamanı baş verən ölümlərin səbəbi türklər, kürdlər və ermənilər arasında baş verən icmalar arası toqquşmanın, aclığın və xəstəliyin nəticəsidir və Osmanlı imperiyasının soyqırım həyata keçirmək niyyəti və ya siyasəti olmamışdır. Makkarti Osmanlının kitab, məqalə, konfrans və reportajlar vasitəsiylə rəsmi dövlət soyqırımı siyasətinə heç vaxt sahib olmadığı yönündəki çalışmalarının və analizlərinin nəticələrini yayımlama məsələsində aktiv olmuşdur.[14] Bu onu tarixçilərin və təşkilatçıların tənqidinin hədəfinə çevirmişdir. O, 2006-cı ildə PBS tərəfindən keçirilən Erməni soyqırımı barədə mübahisəli debatda iştirak edən 4 tarixçidən biridir.[15] Aviel Roşvald bu hadisələrin Makkarti versiyasını "türkpərəst" olaraq ifadə etmişdi.[16]
Maykl M. Gunter Castin Makkartini müsəlmanlar və azlıqlar adından xüsusi qeyd edir:
Onun işi açıq-aşkar bu mövzuda ən yaxşı olanı və ciddi, tərəfsiz alimin diqqətinə layiqdir. Onun erməni itkiləri barədə dediyi rəqəm (600.000) yəqinki əlimizdə olan ən dəqiq rəqəmdir.[17] |
Castin Makkarti Anadolu əhalisinin, xüsusən ermənilərin demoqrafiyası barədə apardığı işlər həmçinin, Collège de Francenin Osmanlı tarixi üzrə professoru Gilles Veynşteyn tərəfindən də tövsiyə edilmişdir. Həm Gunter, həm də Veinşteyn erməni soyqırımı ilə bağlı inkarçı mövqe tutmaqda ittiham olunurlar.[18]
Makkartinin işləri mübahisəlidir. Amerikan Tarix İcmalında Makkartinin "Ölüm və sürgün: Osmanlı müsəlmanlarının etnik təmizlənməsi (1821–1922)" (1996) barədə yazılmışdır:
İşlərindəki hadisələrin spesifik təfsirlərə sahib arqumentlər müzakirə edilə bilər, lakin statistiki məlumatlar ümumilikdə keçərlidir. Makkarti Osmanlı İmperiyasının son dövrünü araşdıran Avropa tarixşünaslığını daha obyektiv tarazlığa gətirmək üçün faktiki material təmin etməyə müvəffəq olmuşdur.[19] |
Beynəlxalq Orta Şərq Araşdırmaları Jurnalı eyni kitab barədə deyirdi:
Müəllifin bütün digər əsərləri kimi, bu əsəri də yalan olduğunu sübut etmə, razılaşmama, əks arqument gətirmə, müxtəlif şərhlər və ehtimal ki, qarşılıqlı ittihamlar üçün dayaq olacaq mövqe sərgiləyir. Buna baxmayaraq, Castin Makkartinin gözəl demoqrafik işi daha yaxşı balansın əldə edilməsinə və onun atəşin formada arzuladığı kimi regionun və xalqların başa düşülməsinə nail olmağa kömək olur.[20] |
Makkartinin işi kitab rəyçiləri və bir sıra soyqırım alimlərinin tənqidinə məruz qalmışdır. İsrail tarixçisi Yair Auronun sözlərinə görə, Makkarti, "Lyuisin Princetonda varisi olan Heath Loury ilə birlikdə, erməni Soyqırımını inkar edənlərin siyahısına başçılıq edir".[21][22][23]