Meşə fındığı

Adi fındıq (lat. Corylus avellana) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü.

Adi fındıq
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Amerikada, Kanadada, Kiçik Asiyada, Avropada təbii halda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3-9 m-ə çatan, sıx çətirli, çox gövdəli ağac və ya koldur, çətiri yumurtavari, sıxbudaqlıdır. Gövdəsinin qabığı açıq-boz, cavan zoğları açıq-qəhvəyi rəngdədir. Tumurcuqları yumurtavari, qırmızımtıl-qonur rənglidir, kənarlarında dəyirmi pulcuqları vardır. Yarpaqları 6-12 sm uzunluqda, 5-9 sm enində, dəyirmi, yumurtavari-dəyirmi və ya oval formadadır, dib hissəsi bir qədər qeyri-bərabər ürəkvaridir, təpə hissəsi kəskin surətdə mişardişlidir, yuxarı hissəsində 5-6 iri dilimvari diş vardır, üst tərəfi tünd-yaşıl, bulanıq, alt tərəfi açıqdır; cavan yarpaqlarının üzəri seyrək tüklüdür, sonralar üst tərəfi çılpaqlaşır, alt yan damarları 8-10 cütdür. Yarpaq saplaqlarının uzunluğu 10-20 mm-dir. Çiçəkləri müxtəlifcinslidir. Erkəkcik sırğaları 2-5 sm uzunluqdadır, 3-5-i bir yerə toplanmışdır. Qozalarının uzunluğu 18 mm-ə qədərdir, kürəvi şəkildən başlayıb yanları sıxılmış şəkilədək müxtəlif formalardadır, açıq rəngdən tutmuş ta tünd-qəhvəyi rənglərə qədər dəyişir, qabığı nazikdir. Fevral-mart aylarında çiçək açır. Meyvələri avqust-sentyabr aylarında yetişir. Vegetativ yolla və ya toxumlar vasitəsilə çoxaldılır.

Kölgəyə, rütubətə davamlıdır, torpağa tələbkardır. Əhəngli torpaqları sevir, kasıb torpaqlarda bitmir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Zaqatala, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Quba, Xaçmaz, Gəncəd, Daşkəsən, Gədəbəy, Göygöl eləcə də Cənub bölgəsində orta dağ zonası meşələrində bitir.

Qozasının tərkibində 65 % yağ, 3,5 % şəkər vardır; müxtəlif şirniyyatların hazırlanmasında istifadə olunur. Qabığı möhkəmdir, müxtəlif mebellərin, səbətlərin düzəldilməsində qiymətli xammaldır. Dekorativ bitki kimi becərilir.

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 998.