Şinrin-yoku (森林浴?) və ya meşə vannası – meşədə vaxt keçirərək təbiətlə əlaqə qurmaqdan ibarət olan terapevtik rahatlaşma praktikası və ya prosesi. Şinrin-yoku konsepsiyası ilk dəfə Yaponiyada ortaya çıxsa da, 2010-cu illərdən etibarən ABŞ-də populyarlıq qazanmağa başlamışdır.
"Şinrin-yoku" termini ilk dəfə 1982-ci ildə Yaponiya Meşə Agentliyinin direktoru Tomohide Akiyama tərəfindən ortaya atılmışdır. O, meşə ziyarətlərini sağlamlıq ekoturizmi ilə əlaqələndirmək üçün belə bir konsepsiya yaratmaq istəmişdir.[1]
2004-cü ildə Yaponiyada Meşələrin Terapevtik Effektləri Assosiasiyası, 2007-ci ildə Yaponiya Meşə Tibbi Cəmiyyəti yaradılmışdır.[2]
Şinrin-yoku ilə məşğul olmaq ağacların və otların arasında olmaq, meşənin atmosferi ilə əlaqə qurmaq deməkdir. Şinrin-yoku ilə məşğul olarkən mobil telefon və kamera kimi elektronika cihazları qıraqda qoyulur. Praktika meşədə sakitcə gəzərək yerinə yetirilir. Şinrin-yoku zamanı beş duyğudan istifadə etmək vacibdir. Praktika zamanı bunları etmək olar:[3]
Aparılmış elmi tədqiqatlara əsasən şinrin-yoku ilə məşğul olmaq kortizol konsentrasiyasını azaldır, qan təzyiqini aşağı salır, sinir sisteminə müsbət təsir göstərir.[2]