Meşari (alb. Meshari) - alban dilində çap edilmiş ilk kitab. Hal-hazırda tək bir nüsxəsi mövcuddur. Kitab 188 səhifədən ibarət olmuşdur və yazılar səhifələrdə iki sütunla yazılmışdır.
Kitab təxminən 1555-ci ildə Venesiyada katolik yepiskopu Gön Buzuku tərəfindən nəşr edilmişdir. Meshari 1740-cı ildə Skopyedə aşkar edildi, bir müddət sonra isə onun haqqında məlumatlar itdi. 1910-cu ildə kitabın bir nüsxəsi Katolik Yepiskopu Luzi Skiroi tərəfindən yenidən aşkar edildi. 1930-cu ildə kitabın fotonüsxəsi, 1968-ci ildə isə elm adamlarının rəyləri ilə kitab yeni formada nəşr olundu. Hal-hazırda orijinal kitab Vatikan Kitabxanasındadır. Vatikan nüsxəsində kitabın titul vərəqi və ilk 16 səhifəsi yoxdur[1].
Kitab katolik liturgiyasının əsas hissələrinin alban dilinə tərcüməsidir. Buna görə də kitabın albanca adı, latın dilində dini kitab olan Missalın adından götürülmüşdür. Kitabda həmçinin əsas Katolik bayramlarının, duaların, müqəddəslərin litanyasının, Bibliyanın kitablarının və kateqexizmin siyahısı yer alıb. Kitabın hər biri iki sütuna bölünmüş 188 səhifədən ibarətdir.
Kitab latınca, dəyişdirilmiş kiril hərfindən (Ћ) də istifadə edilməklə alban dilinin şimal ləhcəsində yazılmışdır[2].
2005-ci ildə Makedoniyada Meşarinin 450 illik yubileyi ilə əlaqədar poçt markası buraxılmışdır.