Мednı adası — Komandor adalarının tərkibinə daxil olan sahəsinə ikinci adadır. Berinq adası ilə Admiral Kuzneçov boğazı ilə ayrılır. Berinq dənizi ərazisində yerləşir. İnzibati cəhətdən Rusiyanın Kamçatka diyarı Aleut rayonu ərazisində yerləşir.
Mednı adası | |
---|---|
rus. Остров Медный | |
Ümumi məlumatlar | |
Sahəsi | 186 km² |
Uzunluğu |
|
Eni | 7 km |
Hündür nöqtəsi | 640 m |
Əhalisi |
|
Yerləşməsi | |
54°40′00″ şm. e. 167°50′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adanın sahəsi 186 km², uzunluğu 56 km, eni 5–7 km təşkil edir. Ən hündür nöqtəsi 640 metrdir[1]. Sakit okean sahilləri az girintili-çıxıntılıdır. Berinq dənizi sahillərində isə isə çoxlu sayda buxta vardır. Buxtaları:Korabelnaya, Pesçaya və Jırovaya. Berinq dənizi istiqamətində Bıstraya (5 km) və Ozyornaya (6 km) çayları axır. Yayı mülayim və rütubətlidir. Orta illik temoeratur +2,8° S təmkil edir[2].
Ada ilk dəfə 1741-ci ildə Vitus Berinqin ekspedisiyası zamanı kəşf edilir. Taçir Afanasi Baxov və Timofey Perevalov 1748—1749 illərdə Şimali Amerikaya yolu aşkarlamaq məqsədi ilı Mednı adasında qışlamışlar. XIX əsrdə ilk dəfə olaraq Aleut adalarının Attu adasından gələn Aleutlar burada Preobrajenskoe qəsəbəsini salırlar. 1970-ci ildə əhali Berinq adasına köçürülür. 2001-ci ilə qədə adada Rusiyanın «Preobrajenskoe» adlı sərhəd zastavası fəaliyyət göstərurdi. Hazırda isə adada yaşayış yoxdur. İlin müəyyən dövrü ərzində alimlər adanı elmi məqsədlər üçün ziyarət edirlər.