Aleutlar

Aleut xalqı və ya Unangan xalqı (öz dilində olan adı: Unangax̂ tək, Unangax iki, Unangan cəm/şərqi, Unangas cəm/qərbi ) — aborigen xalqlarından olan bu xalq Aleut adaları, Komandor adaları, ABŞ (Alyaska), Rusiya (Kamçatka) ərazisində yaşayan qədim etnos. İrq və xarici görünüşə görə Eskimoslara bənzəsələrdə, bu iki xalqın dili və mədəniyyətləri ayrı-ayrıdır.

Aleutlar
Aleut adamları
Ümumi sayı
17000-dən 18000-ə
Yaşadığı ərazilər
ABŞ ABŞ
. Alyaska
17000[1]
Rusiya Rusiya
· Kamçatka
700[1]
Dili

Aleut dili
ingilis dili
rus dili

Dini

Animizm, Şamanizm və Rus Ortodoksallığı

Qohum xalqlar

İnuit, yupik, sadlermiut

Suiti ovçuları , Unalaska,1896-cı il

Aleutlar XVIII əsrə kimi Avopalı və ya digər xalqlarla heç bir əlaqə qurmamışlar. XVIII əsrdə avropalılara dünyada belə bir xalqın yaşadığı məlum deyildi. Bu dövrə qədər Aleutlar İqlo adlı buzdan hazırlanan evlərdə yaşayır və əsasən balıqçılıqla məşğul olurdular. Aleutlar əsas fəaliyyətləri balıqçılıq olduğundan, onlar günü bu gündə mahir balıq ovcuları hesab olunurlar. Əsasən balina, suiti və müxtəlif növ balıqlar ovlanmışdır. Daha sonralar Aleutlar quruda yaşayan bəzi heyvanları, maral, tülküayı ovu ilə vəziyyətlərini xeyli yaxşılaşdırmış və yeni ov etmə üsulları mənimsəmişlər. 1750-ci illərə kimi yəni ruslar adaya gələnə qədər, Aleutlar öz sakit həyatlarını yaşayırdılar. Əslində ruslarla ilk təmaslar çox uğurlu olmuşdur, Aleutlar ruslara yeni ov etmək üsullarını öyrətmiş, bunun əvəzində isə ruslar özləri ilə gətirilən bəzi ədviyatları Aleutlara vermişlər: Sea otter hunters. Hətta bəzi rus kişilərinin Aleut qadınlarala evlənməsi məlumdur. Alyaskada birinci rus qəsəbələri Qriqori İvan Şelixov irkutsk taciri tərəfindən salınmışdır. Kütləvi şəkildə ovlanma nəticəsində dəniz heyvanlarının sayı azalmışdır. Bununla ruslar yerli əhalini daha cox inçitməyə başlamış, onları ovlamaq üçün daha əlverişsiz yerlərə göndərmişlər. Xususəndə Şelikov və Galikov şirkətinin yerli xalqa qarşı olan münasibəti nəticəsində Aleutlar, üsyan etmiş və qalib qəlmişdirlər. Ancaq texniki baxımdan daha üstün olan ruslar sonda Aleutlar üzərində qələbə qazanmışlar. Bu qələbənin əldə edilməsində Rusiya imperiyası Rus Amerikasına bir başa dəstək göstərmişdir. Aleut xalqı Ruslarla yaratdığıları münasibərlər, kütləvi qrip epidemiyası, qətliyamlar səbəbindən xalqın 80% məhv olmuşdur. Bütün bunların nəticəsində Aleut xalqının sayı 90 min nəfərdən 10 minə kimi azalmışdır.

Aleut xalqının adı aleutca allíthuh sözündəndir. Alyaskanın kəşfindən sonra ruslar Aleut adaları istiqamətində irələməyə başlayırlar. Bu ərazilərə gələn rus kürk tacirləri tərəfindən yerli əhali Aleut (rus. Алеутъ) adlandırılır. Bu eyni adlı adalar qrupunun olması ilədə ələqəli olmuşdur.

Rus dilində Aleut adının mənşəyi haqqında bir neçə fikir vardır:

  • Bu adın Rusiyanın şimalında yaşayan Çukçaların dilindən olan "daimi sahil sakini"[2] sözündən yarandığı ehtimal olunur.
  • Çukca dilində Eskimoslara xitabən işlədilən A´lvayê´lilit '(yad dildə danışanlar') [3] sözü olmuşdur.
  • G. Menovşçikov kimi bəzi alimlərin fikirincə Aleut sözü Unanganca allíthuh (cəmiyyət) sözündən yaranmışdır.[4]
border=none Əsas məqalə: Aleut dili

Aleut dili və ya Unangan dili (öz adı Unangam Tunuu), Amerika Birləşmiş Ştatlarında Alyaska ştatının Aleut adaları ilə Pribilof adalarındaRusiya Federasiyasının Kamçatka diyarına bağlı Komandor adalarında Aleut xalqı (Unangan xalqı) tərəfindən danışılan və Eskimos-Aleut dil ailəsinin tək başına iki qolundan birini oluşturan dil.

Alyaskada 19801992-ci illərdə, Eskimo-Aleut dillərində dannışa bilən əhali [5]

Ayaska etnik sayı anadilində danışa bilənlərin sayı % danışa bilənlərin orta yaş həddi
1980 . . . .
Sibir Yupikləri 1.100 1.050 95 Orta nəslin çoxu və uşaqların hamısı
Yupikler 17.000 14.000 80 Orta nəslin çoxu və uşaqların bir qismi
İnyupikler 12.000 5.000 40 Orta nəslin çoxu və uşaqların bir qismi
Supikler 3.000 1.000 33 Orta nəslin çoxu və uşaqların bir qismi
Aleutlar 2.200 700 35 Orta nəslin çoxu və uşaqların bir qismi
1992 . . . .
Sibir Yupikləri 1.100 1.050 95 Orta nəslin hamısı və uşaqların böyük bir qismi
Yupiklər 18.000 12.000 67 Orta nəslin hamısı və uşaqların kiçik bir qismi
İnyupiklər 13.000 4.000 31 Orta nəslin çoxu və uşaqların bir qismi
Supiklər 3.100 600 19 Orta nəslin çoxu və uşaqların bir qismi
Aleutlar 2.100 400 19 Orta nəslin çoxu və uşaqların bir qismi

Rusiya Federasiyasında Komandor adalarında yaşayan, yerli aleut əhalisinin sayı:[4]

  • 1901 - 502 nəfər
  • 1902 - 523 nəfər
  • 1903 - 509 nəfər
  • 1904 - 512 nəfər
  • 1905 - 514 nəfər
  • 1906 - 499 nəfər
  • 1913 - 516 nəfər
  • 1917 - 449 nəfər
  • 1921 - 377 nəfər
  • 1922 - 381 nəfər
  • 1923 - 364 nəfər
  • 1927 - 345 nəfər
  • 1935 - 367 nəfər

Aleutları yaşadığı ərazi Amerika Birləşmiş Ştatlarıı hesab olunur. Ona görədə Aleutlar ABŞ təhsil sistemi üzrə təhsil alırlar.Hal-hazırda Alyaskada 4 Aleut yarım məktəbi fəaliyyət göstərir. Şagirdlərə həm ana dilləri olan Unanganca həm də dövlət dilləri olan ingilis dili tədris olunur.

  • Aleut Region məkətbi
  • Pribilof məktəbi
  • Aleut adları Şərqi-Şəhərcik məktəbi
  • UnAlyaska şəhər məktəbi

1987-1988-ci illərdə Alyaskada məktəblərdə dərs alan Aleutlu uşaqlar:[6]

Yarım məktəb Anadilində danışa bilən uşaqlar Danışa bilməyən uşaqlar Cəmi şagird sayı
Aleut ərazisi 2 16 18
Ankoric 1 29 30
Bristol körfəzi . 1 1
Kenai . 1 1
Pribilof adası . 70 70
Tanana . 18 18
Cəmi 3 135 139
  1. 1 2 "Arxivlənmiş surət". 2022-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-02.
  2. Who are the Alutiiq[ölü keçid]
  3. "Eskimo of Canada". 2008-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-02.
  4. 1 2 "The Aleuts". 2011-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-02.
  5. Panu Hallamaa (1997), Unangam Tunuu and Sugtestun: A Struggle for Continued Life Arxivləşdirilib 2012-11-14 at the Wayback Machine,
  6. "Bilingual/Bicultural Education Programs". 2016-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-02.