Meduza akvariumu

Kamo Akvariumunun meduzariumu.

Meduzarium və ya meduza akvariumumeduzaların saxlanılması üçün nəzərdə tutulmuş akvarium növü.

Dünyada ən böyük meduzarium Yaponiyanın Yamaqata prefekturasının Tsuruoka şəhərindəki Kamo Akvariumunda yerləşir.[1] Burada 60-dan çox meduza növü saxlanılır və ən zəngin meduza kolleksiyasına görə Ginnesin Rekordlar Kitabına düşmüşdür.[2] Fransada yerləşən Paris Akvariumunda Avropanın ən böyük medizariumlarından biri yerləşir.[3] Honkonqda yerləşən Okean Parkındakı meduzariumda 1000-dən çox meduza sərgilənir və cənub-şərqi Asiyanın ilk meduza sərgisi burada baş tutmuşdur.[4]

ABŞ-nin ən böyük medizariumu Kaliforniya ştatındakı Monterey Körfəzi Akvariumunda yerləşir.[5] Bu medizarium bir müddət dünyanın ən böyük meduza kolleksiyasına malik idi və ABŞ-da meduzariumların populyarlaşmasının qabaqcılı olmuşdur.[5]

  1. "World's largest Jellyfish aquarium!" (ingiliscə). City of Tsuruoka. 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  2. "The Kamo Aquarium: A Yamagata Destination for Jellyfish Lovers". Nippon.com (ingiliscə). 20 may 2018. 23 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  3. "Medusarium" (fransızca). Aquarium de Paris - Cinéaqua. 2023-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  4. "Sea Jelly Spectacular" (ingiliscə). Ocean Park Hong Kong. 2022-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
  5. 1 2 "Monterey Aquarium Goes Really Deep / Vast new wing will display sea creatures never before held in captivity" (ingiliscə). San Fransisco Chronicle. 18 fevral 1996. 2022-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.