Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Mehdi Məhəmməd oğlu İrəvanski və ya Mehdiquluxan Məhəmməd oğlu Erivanski (1898, İrəvan – 1965, Bakı) — Azərbaycan tarixçisi, professor.
Mehdi İrəvanski | |
---|---|
Mehdi Məmməd oğlu İrəvanski | |
Doğum tarixi | 1898 |
Doğum yeri | |
Vəfat tarixi | 1965 |
Vəfat yeri | |
Həyat yoldaşı | Kübra xanım Bağırbəyova |
Uşağı | Tamella xanım |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Dövlət Universiteti |
1898-ci ildə anadan olmuşdur. 1918-ci ildə İrəvan klassik gimnaziyasını bitirərək həmin ildə erməni-daşnak rejiminin yerli Azərbaycan türklərinə qarşı soyqırım siyasəti ilə əlaqədar ailəsi ilə birlikdə Naxçıvana köçmüşdür. 1922-ci ildə Moskva Şərqşünaslıq İnstitutunun yaxın Şərq fakültəsinin Türk bölməsinə qəbul olmuşdur. 1925-ci ildə iqtisadiyyat və diplomatiya ixtisasları üzrə təhsilini başa vurmuş, yüksək təhsil göstəriciləri və elmi-tədqiqat qabiliyyətinə görə Diplomatik münasibətlər kafedrasında saxlanılmışdır. 1933-cü ilə qədər Arxiv idarəsində şöbə müdiri vəzifəsində çalışmışdır. Eyni zamanda Bakı Dövlət Universitetində prof. E.İ.Baybakovun rəhbərlik etdiyi Ümumi tarix kafedrasında elmi işlə məşğul olmuşdur. 1933-cü ildən pedaqoji fəaliyyətə başlayaraq bir müddət Azərbaycan Pedaqoji İnstitutunda işləmiş, 1934-cü ildən ömrünün sonuna qədər həyatını BDU ilə bağlamışdır. 1938-ci ildə namizədlik, 1958-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1938-ci ildə Tarix fakültəsinin Qədim dünya tarixi kafedrasının müdiri vəzifəsinə təyin edilmiş və 1955-ci ilə qədər bu vəzifədə çalışmışdır.