İrəvan qəzası İrəvən quberniyasının orta cənub hissəsində yerləşmiş və cənub-qərbdə İranla həmsərhəd olmuşdur. Relyef cəhətcə qəza şimal-şərqdə dağlıq və cənub-qərbdə ovalıq hissədən ibarət olmuşdur. Qəzanın ovalıq hissəsi Araz çayı boyunca uzanır, Şərur-Dərələyəz qəzası ilə sərhəddində ən alşaq hissəsi dəniz səviyyəsindən 2667 fut hündürlüyə malikdir. Qəzanın ən hündür nöqtəsi İrəvan şəhəri yaxınlığında olub, dəniz səviyyəsindən 3200 fut hündürlüyə malikdir. Qəza vulkanik dağ silsiləsinə malikdir. Göyçə gölü əhatəsində olan bu silsilə Aqamanqan (Ağaməngən?) (10173 fut), və Ağ-dağ kimi sönmüş vulkanlara malikdir[2].
İrəvan qəzası | |
---|---|
Ölkə | Rusiya İmperiyası |
Quberniya | İrəvan quberniyası |
Mərkəzi | İrəvan |
Yaradılıb | 1849 |
Ləğv edilib | 1930 |
Sahəsi | 23226,4[1] verst² (1897) |
Əhalisi | 829556[1] nəfər (1897) |
Xəritə | |
Rusiya İmperatorunun 9 iyun 1849-cu il fərmanı ilə İrəvan quberniyası yaradılmışdır. 1850-ci il yanvar ayının 1-dən qüvvəyə minən həmin inzibati-ərazi bölgüsünüə görə İrəvan quberniyasının tərkibində 5 qəza vardı: İrəvan qəzası, Aleksandropol qəzası, Novobəyazid qəzası, Naxçıvan qəzası və Ordubad qəzası. İrəvan qəzası 4 nahiyədən ibarət idi:
1913 cü ildə Kəndləri
||
1897-ci il əhalinin siyahıyaalmasına görə cəmi İrəvan qəzasında 150 879 nəfər, (bunlardan azərbaycanlılar (həmin dövrdə adlandırılmış azərbaycan tatarları) - 77 491 nəfər, ermənilər - 58 148 nəfər), qəza mərkəzi - İrəvan şəhərində isə 29 006 nəfər, (bunlardan azərbaycanlılar - 12 359 nəfər, ermənilər - 12 523 nəfər) əhali yaşamışdır[4]. XX əsrin əvvəllərində qəzada 127 072 nəfər əhalinin (qəza mərkəzi sayılmadan) 53,5%-i azərbaycanlılar - , 37%-i isə ermənilər, qəza mərkəzi İrəvan şəhərində isə 29 033 nəfər yaşamış əhalinin 49%-i azərbaycanlılar və 48%-i ermənilər olmuşlar[2].
1897 ci ildə qəzanın etnik tərkibi (ana dili üzrə)[5]
Qəza | ermənilər | azərbaycanlılar | kürdlər | ruslar | assuriyalılar |
---|---|---|---|---|---|
İrəvan | 38,5 % | 51,4 % | 5,4 % | 2,0 % | 1,5 % |