Mehdiquluxan Erivanski

Mehdi Məhəmməd oğlu İrəvanski və ya Mehdiquluxan Məhəmməd oğlu Erivanski (1898, İrəvan1965, Bakı) — Azərbaycan tarixçisi, professor.

Mehdi İrəvanski
Mehdi Məmməd oğlu İrəvanski
Doğum tarixi 1898
Doğum yeri
Vəfat tarixi 1965
Vəfat yeri
Həyat yoldaşı Kübra xanım Bağırbəyova
Uşağı Tamella xanım
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı professor
İş yeri Azərbaycan Dövlət Universiteti

1898-ci ildə anadan olmuşdur. 1918-ci ildə İrəvan klassik gimnaziyasını bitirərək həmin ildə erməni-daşnak rejiminin yerli Azərbaycan türklərinə qarşı soyqırım siyasəti ilə əlaqədar ailəsi ilə birlikdə Naxçıvana köçmüşdür. 1922-ci ildə Moskva Şərqşünaslıq İnstitutunun yaxın Şərq fakültəsinin Türk bölməsinə qəbul olmuşdur. 1925-ci ildə iqtisadiyyat və diplomatiya ixtisasları üzrə təhsilini başa vurmuş, yüksək təhsil göstəriciləri və elmi-tədqiqat qabiliyyətinə görə Diplomatik münasibətlər kafedrasında saxlanılmışdır. 1933-cü ilə qədər Arxiv idarəsində şöbə müdiri vəzifəsində çalışmışdır. Eyni zamanda Bakı Dövlət Universitetində prof. E.İ.Baybakovun rəhbərlik etdiyi Ümumi tarix kafedrasında elmi işlə məşğul olmuşdur. 1933-cü ildən pedaqoji fəaliyyətə başlayaraq bir müddət Azərbaycan Pedaqoji İnstitutunda işləmiş, 1934-cü ildən ömrünün sonuna qədər həyatını BDU ilə bağlamışdır. 1938-ci ildə namizədlik, 1958-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1938-ci ildə Tarix fakültəsinin Qədim dünya tarixi kafedrasının müdiri vəzifəsinə təyin edilmiş və 1955-ci ilə qədər bu vəzifədə çalışmışdır.

  • Kübra xanım Bağırbəyova evlənmişdir
  • Qızı Tamella xanım Şamil Mahmudbəyov ilə evlənmişdir.