Mehman Şakir oğlu Şükürov (4 sentyabr 1965) — Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi
Mehman Şükürov | |
---|---|
Mehman Şakir oğlu Şükürov | |
Doğum tarixi | |
Doğum yeri | Ağsu |
Atası | Şakir Şükürov |
Fəaliyyəti | rəis |
Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Mükafatları | Əməkdar Mədəniyyət İşçisi |
• 25 fevral 1965-ci ildə Ağsu rayonunun I Qaraqaşlı kəndində anadan olmuşdur.
• 1987–1991-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin "mədəni-maarif" fakültəsində təhsilini başa vuraraq 1990–1993-cü illərdə S. Vurğun adına Mədəniyyət sarayında xalq teatrının rejissoru, 1993–1997-ci illərdə sözügedən sarayın direktoru, 1997–2014-cü illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru vəzifəsində çalışmışdır.
• Sumqayıt Dövlət Musiqili Dram Teatrında işlədiyi müddət ərzində teatrın kollektivi onun rəhbərliyi ilə Hindistan, Türkiyə, Ukrayna, Türkmənistan, Rusiya və Gürcüstanda beynəlxalq teatr festivallarında uğurla çıxış edərək müxtəlif diplomlara layiq görülmüşdür.
• Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülmüşdür.
• 2015-ci il iyun ayının 11-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktor müavini vəzifəsində çalışmışdır.
• 2015-ci il 18 noyabr tarixdən Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.