Mehman Baxışov (general)

Baxışov Mehman Abbas oğlu (28 iyul 1959, Altıağac, Xızı rayonu) — Müdafiə Sənayesi nazirinin müavini General-mayor (2013).

Mehman Baxışov
bayraq
Müdafiə Sənayesi nazinin müavini
bayraq2
7 iyul 2020 – hal-hazırda
Şəxsi məlumatlar
Doğum tarixi 28 iyul 1959(1959-07-28) (65 yaş)
Doğum yeri
Rütbəsi
General-mayor

Təltifləri "Hərbi xidmətlərə görə" medalı"Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mehman Baxışov 1959-cu il iyul ayının 28-də Abşeron rayonunun Altıağac kəndində anadan olmuşdur. 1966-cı ildə Abşeron rayonu Altı-Ağac orta kənd məktəbinin rus sektorunun 1-ci sinfinə getmişdir, 1974-cü ilə qədər həmin məktəbdə təhsil almışdır, 1974-cü ildən 1976-cı ilə qədər təhsilini C. Naxçıvanski adına Hərbi Liseydə davam etdirmişdir, 1976-cı ildə Xəzər Ali Hərbi Dənizçilik Məktəbinə daxil olmuş və 1981-ci ildə həmin məktəbi hərbi mühəndis-texnoloq ixtisası üzrə bitirmişdir.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

1974-cü ildə C. Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş, 1976-cı ildə həmin liseyi bitirmişdir.

1976-cı ildə Xəzər Ali Hərbi Dənizçilik Məktəbinə daxil olmuş və 1981-ci ildə həmin məktəbin hərbi mühəndis-texnoloq fakültəsini bitirmişdir.

1981-ci ilin iyul ayından 1985-ci ilin avqust ayınadək SSRİ Hərbi Dəniz Donanmasının Mərkəzi Kimya Anbarında Saxlama şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir

1985-ci ilin avqust ayından SSRİ Müdafiə Nazirliyinin Hərbi Nümayəndəliyində aparıcı mühəndis vəzifəsində xidmət etmişdir.

1990-cı ilin noyabr ayından SSRİ Müdafiə Nazirliyinin Baş Hərbi Nümayəndəliyinin rəisi vəzifəsində xidmət etmişdir.

1990–1991-ci illərdə Marşal Timoşenko adına Ali Hərbi Akademiyasının "SSRİ Müdafiə Nazirliyinin Hərbi nümayəndələr" ixtisası üzrə Rəhbər Mühəndislər Heyəti fakültəsini bitirmişdir.

1992-ci ilin aprel ayından Azərbaycan Respublikası Müdafiə Nazirliyində Silah və Hərbi Texnika İdarəsində qərargah rəisinin müavini vəzifəsində xidmət etmişdir.

1992–1993-cü illərdə Qarabağda gedən döyüşlərdə iştirak etmiş, çətin döyüş tapşırıqlarını yerinə yetirmişdir. Qarabağ veteranıdır.

1992-ci ilin may ayından 1994-cü ilin yanvar ayınadək Müdafiə Sənayesi İdarəsində Baş hərbi nümayəndəliklər şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir.

1994-cü ilin yanvar ayından 2019-cu ilin oktyabr ayınadək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Müdafiə Sənayesi İdarəsinin rəisi vəzifəsində xidmət etmişdir.

2001–2002-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını "Strateji Tədqiqatlar və Dövlət Müdafəsini İdarəetmə Akademik" kursları;

2019-cu ilin noyabr ayından Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin (hərbi-texniki əməkdaşlıq üzrə) müşaviri vəzifəsində xidmət etmişdir.

2020-ci il iyul ayının 7-də Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Müdafiə Sənayesi nazinin müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2008-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2013-cü Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilib.

Hərbi rütbələri

[redaktə | mənbəni redaktə et]
s/n Rütbə Kim tərəfindən verilib Əmrlərin tarixi
1 Leytenant SSRİ Müdafiə naziri 26.06.1981
2 Baş leytenant SSRİ Hərbi Donanma komandanı 12.09.1983
3 Kapitan-leytenant (kapitan) SSRİ Hərbi Donanma komandanı 23.08.1986
4 3-cü dərəcəli kapitan(mayor) SSRİ Hərbi Donanma komandanı 17.07.1989
5 2-ci dərəcəli kapitan (polkovnik-leytenant) Azərbaycan Respublikasının Müdafiə naziri 13.02.1992
6 1-ci dərəcəli kapitan (polkovnik) Azərbaycan Respublikasının Müdafiə naziri 26.02.1996
7 General-mayor Azərbaycan Respublikasının Prezidenti 25.06.2013
s/s Təltiflərin adı Kim tərəfindən verilib Əmrin tarixi
1 "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı SSRİ Müdafiə naziri 11.01.1988
2 "SSRİ Silahlı Qüvvələrinin 70 illik yubiley" medalı SSRİ Ali Sovetin Rəyasət heyəti 28.01.1988
3 "SSRİ Silahlı Qüvvələrində qüsursuz xidmətlərə görə" 2-ci dərəcəli medalı SSRİ Müdafiə naziri 29.12.1991
4 "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı Azərbaycan Respublikasının Müdafiə naziri 26.06.2003
5 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001) yubiley" medalı Azərbaycan Respublikasının Müdafiə naziri 26.06.2003
6 "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı Azərbaycan Respublikasının Müdafiə naziri 22.06.2004
7 "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı Azərbaycan Respublikasının Müdafiə naziri 25.06.2007
8 "Hərbi xidmətlərə görə" medalı Azərbaycan Respublikasının Prezidenti 25.06.2008
9 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008) yubiley" medalı Azərbaycan Respublikasının Müdafiə naziri 26.06.2008
10 "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı Azərbaycan Respublikasının Müdafiə naziri 23.06.2012
11 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013) yubiley" medalı Azərbaycan Respublikasının Müdafiə naziri 24.06.2013
12 "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı Azərbaycan Respublikasının Müdafiə naziri 24.06.2014
13 "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı Azərbaycan Respublikasının Müdafiə naziri 14.12.2017
14 "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı Azərbaycan Respublikasının Müdafiə naziri 26.06.2018
15 "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı Azərbaycan Respublikasının Müdafiə naziri 26.06.2018
16 Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı Azərbaycan Respublikasının Müdafiə sənayesi naziri 02.02.2022
17 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı Azərbaycan Respublikasının Prezidenti 02.02.2024
  • "Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Mehman Abbas oğlu Baxışov". mdi.gov.az.