Altıağac – Azərbaycanın Xızı rayonunda qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Altıağac kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Altıağac kənd Soveti ləğv edilərək, Altıağac şəhər tipli qəsəbəsi mərkəz olmaqla Altıağac qəsəbə Soveti yaradılmışdır.[2]
Altıağac | |
---|---|
40°51′29″ şm. e. 48°56′10″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.080 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xızı rayonunun tanınmış turizm məkanlarından olan Altıağac, rayon mərkəzindən 12–14 km aralıdadır. Orta əsrlərdə, Şirvanşahlar dövləti dövründə Şamaxıdan Qubaya gedən yol buradan salınmışdı. Altıağac yolçuların və dəvə karvanlarının düşərgə salıb dincəldikləri yer idi. Vaxtilə Şamaxını Dərbəndlə birləşdirən qədim karvan yolu da buradan keçirdi.
Ağac vaxtilə çox işlədilən qədim uzunluq ölçü vahidi olub. Bir ağac təxminən 6–7 km-ə bərabər götürülüb. "Altıağac" (6 ağac) sözünün də bu ölçü vahidi ilə bağlı olduğu güman edilir. Şamaxıdan Altıağaca qədər olan məsafə 6–7 ağaca, yəni təxminən 45–50 km-ə bərabərdir.[3] Arxeoloji qazıntılar zamanı məlum olmuşdur ki, tunc dövründən burada insanlar yaşayır. qəsəbənin şimal şərqində XII əsrdə tikilmiş qalanın qalıqları mövcutdur
Qəsəbədə Altıağac qəsəbə məscidi dini icması fəaliyyət göstərir[4].
Xızı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |