Mehmet İsgəndər Paşa (Orijinal adı: Antoni Aleksander Ilinski) (türk. Mehmet İskender Paşa) (1814 – 1861) — Polşa əsilli Osmanlı generalı. Polşada müstəqillik hərəkatının fəalı və üsyançı, o, Avstriya-Rusiya ittifaqına qarşı Polşa və Macarıstandakı müstəqillik mübarizəsində iştirak etmişdi. 1844-cü ildə İslamı qəbul etdi və Sultan I Əbdülməcidin hakimiyyəti illərində (1839–1861) Bosniya və Herseqovina, Dunay çayı bölgəsi, Krım, Zaqafqaziya və Bağdadda Osmanlı ordusunun müxtəlif vəzifələrində xidmət etmişdir. 1855-ci ildə Krım müharibəsi zamanı General (türk. Paşa) rütbəsinə yüksəldi.
Mehmet İsgəndər Paşa | |
---|---|
türk. Mehmet İskender Paşa | |
| |
Şəxsi məlumatlar | |
Ləqəbi | "Ebû'n-nar" |
Doğum tarixi | |
Doğum yeri | Jilina, Macarıstan krallığı |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Osmanlı İmperiyası |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1844-1861 |
Rütbəsi | General-mayor |
Döyüşlər | 1848-ci il inqilabı, Krım müharibəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Antoni Aleksander İlinski 1814-cü ildə Macarıstan krallığının Jilina şəhərində anadan olmuşdur. 1830-cu ildə Noyabr iğtişaşları zamanı gənc zabit kimi Litva legionunda iştirak etdi. Şahzadə Adam Eji Çartorskiyin başçılıq etdiyi Polşalı sürgün hərəkatının fəal üzvü idi. Cozef Bemin (sonralar Murad Paşa adlandırıldı) komandirliyi altında Portuqaliya legionunda, İspaniya, Çin, Hindistan və Fransa legionunda xidmət göstərdi.
1844-cü ildə İstanbulda Mixayl Çaykovskinin (daha sonralar Mehmet Sadiq Paşa kimi tanınırdı) rəhbərliyi altında "Şərq Agentliyi" adı altında xidmət göstərərkən rusların ittihamı ilə həbs edildi. Ruslar onları özlərinə təslim etmək üçün təzyiq göstərirdilər. Xilas olmaq üçün həbsxanada olarkən dinini dəyişdi və özünü Mehmet İsgəndər adlandırdı. Baş məmur rütbəsi ilə orduya qoşuldu. Ömər Paşanın rəhbərlik etdiyi Rumeli ordusuna qoşuldu.
1854-cü ildə Krım müharibəsində iştirak etdi. Döyüşdə göstərdiyi qəhrəmanlıqlara və müvəffəqiyyətlərə görə polkovnik rütbəsinə yüksəldi. Növbəti gün Evpatoriya döyüşündə göstərdiyi qəhrəmanlıqlara görə general-mayor rütbəsinə yüksəldi və paşa oldu.
1857-ci ildə Bağdad valisi və general komandanlığına təyin edilən Ömər Paşa ilə birlikdə Bağdada getdi. Nəcd və Bəsrədə tayfaların işğal edilməsinə qarşı üsyanlarının yatırılması üçün həyata keçirilən hərbi hərəkata rəhbərlik etdi. Burada "Ebû'n-nar" (azərb. Atəş saçan) ləqəbi ilə tanınırdı.
Mehmet İsgəndər Paşa 1861-ci ildə İstanbul şəhərində vəfat etmişdir.