Mehmet Nazim Bəy

Mehmet Nazim Bəy (türk. Mehmet Nâzım Bey) (1886, Kayseri, Osmanlı İmperiyası - 1921, Afyonqarahisar, Türkiyə) — Türk əsgəri.

Mehmet Nazim Bəy
türk. Mehmet Nâzım Bey
Mehmet Nazim Bəy
Mehmet Nazim Bəy
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Kayseri, Osmanlı İmperiyası
Vəfat tarixi
Vəfat yeri Afyonqarahisar, Türkiyə
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]
Hərbi fəaliyyəti
Xidmət illəri 1899-1921
Rütbəsi Polkovnik
Döyüşlər Balkan müharibələri
Birinci Dünya müharibəsi
Türkiyə İstiqlaliyyət müharibəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1886-cı ildə Türkiyənin Kayseri şəhərində anadan olmuşdur. Atasının adı Cəmal Bəy idi. Beşiktaş Hərbi Məktəbini Və Çəngəlköy Hərbi Liseyini bitirdi. 1907-ci ildə Hərbi Məktəbdən leytenant rütbəsi ilə məzun oldu. 1910-cu ildə Osmanlı Hərbi Kollecini kapitab rütbəsi ilə bitirdi. 1915-ci ildə 6-cı Korpusun heyətində iştirak etmişdir. Eyni ildə 16-cı firqə heyətinin, daha sonra isə 19-cu firqə heyətinin rəhbəri vəzifəsinə təyin edildi. 1917-ci ildə Rumıniyada alman marşal Avqust von Makenzenin qərargahında xidmət etmişdir.

Hərbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1917-1918-ci illərdə Osmanlı Rumeli Silahlı Qüvvələrinin komandanlığına təyin edildi. 1919-cu ildə ingilislərin onu həbs etmək niyyətlərində olduğunu öyrənəndə Kuva-yi Milliyeyə qoşulmaq üçün İstanbulu tərk edərək Anadoluya getdi.

1919-1920-ci illərdə 7-ci süvari alayına komandirlik etdi. Birinci İnönü döyüşündə komandirlik etdiyi 4-cü Piyada firqəsi yunanlar ilə vuruşdu və döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə polkovnik rütbəsinə yüksəldi. İkinci İnönü döyüşünə qoşuldu.

Kütahya-Əskişəhər döyüşlərində Yumruçal yamacında yanğın xəttinə doğru irəliləyərkən yunan topçu dəstəsinin açdığı atəş nəticəsində yaralandı. 15 iyul 1921-ci ildə vəfat etdi.

Nəşi Ankaraya gətirildi və Ankara Şəhidlər Xiyabanında dəfn edildi. Ölümündən bir gün sonra Türkiyə Böyük Millət Məclisi tərəfindən polkovnik rütbəsi ilə təltif edilərək “Şəhid Polkovik Nazim Bəy” (türk. Şehit Miralay Nazım Bey) adıyla anıldı.[1]

  1. "*ŞEHİT YARBAY NÂZIM BEY: VATANINDAN BAŞKA SEVGİLİ BİLMEDİ". cihandura.com. 2021-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.
  • T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 234.