Mehmet Niyazi

Mehmet Niyazi (krımtat. Memet Niyaziy, Mehmet Niyazi; 187820 noyabr 1931, Mecidiya[d], Konstantsa) — Osmanlı İmperiyasında anadan olub, RumıniyaKrım Tatar şairi, jurnalist, məktəb müəllimi, alim və Rumın-Tatar mənşəli fəal. Krımtatar diasporu ilə doğma yurdları arasındakı əlaqələrin qorunmasında əhəmiyyətli rol oynadığı güman edilir. Daha çox Krımı (Yaşıl AdaYaşıl Vətən) təsvir edən lirik əsərləri tanınır[1].

Mehmet Niyazi
Doğum tarixi 1878
Vəfat tarixi 20 noyabr 1931(1931-11-20)
Vəfat yeri
Vəfat səbəbi vərəm
Fəaliyyəti qəzet redaktoru[d], şair, jurnalist

Aşçılar kəndində Krım tatarlarından olan köçkün müsəlman ailəsində anadan olub. Osmanlı imperiyasının təbəəsi və savadlı kəndlilər İsmayıl və Əzizənin ikinci oğlu idi. Niyazinin dünyaya gəlişi regionun Rumıniya krallığına birləşdirilməsi ilə nəticələnən 1877–1878-ci illər rus-türk müharibəsi dövrünə təsadüf etmişdir. Uşaqlıqda o tatar ədəbiyyatı və folkloru ilə tanış olmuş, Osmanlı dilini isə atasından öyrənmişdir. Məktəbi doğma kəndində bitirmişdir. Güman ki, o ilk ədəbi əsərlərini yeniyetmə illərində yaratmışdır. Həmin əsərlərdə Osmanlı leksikasının elementləri sezilməkdədir.

1889-cu ildə ailə Rumıniyanı tərk edərək Osmanlının paytaxtı İstanbula köçür. Burada Mehmet adi məktəbdə təhsil alır. Sonrakı illərdə Namiq Kamal və Abdulla Həmidin əsərlərindən təsirlənmişdir. O eyni zamanda fransız, ərəb və fars dillərini də öyrənir. 1898–1899-cu illərdə Rusiya Krımında məskunlaşmağa və məktəb müəllimi kimi karyera qurmağa çalışır. Amma hər iki xahişi hökumət tərəfindən rədd edilir.

1904-cü ildə atasının ölümündən sonra Niyazi Rumıniyaya geri qayıdaraq Konstansa tatar cəmiyyətinə qoşulur. Rumın ordusunun zabiti və Birinci Dünya müharibəsinin qəhrəmanı Kazım Abdulakimin bacısı Sefike Abdulakimlə evlənir. Onların dörd qız və iki oğlu övladı olmuşdur (uşaqlardan ikisi yeniyetmə yaşlarında vəfat etmişlər).

Niyazi 1906-cı ildə yerli tatar məktəbində müəllim təyin edilir, Osmanlı tarixini, Osmanlı dilini, poeziya və nəsri, fars ədəbiyyatı və kəlamları tədris edir. 1910–1914-cü illər aralığında bu tədris müəssisəsinin direktoru kimi çalışmışdır, 1916-cı ildən sonra isə Məcidiyyə şəhərinə köçür. Bu zaman yerli islam seminariyasının direktoru təyin olunur. 1909-cu ildə İstanbulda "Kader" nəşrlər evində nəşr edilən "Dobruca" jurnalının redaktoru olur. Orada öz qısa həcmli əsərlərini dərcc etməyə başlayır.

1918-ci ildə Kurultay Krım Xalq Respublikasını tanıdığını elan etdikdə Niyazi Simferopola köçür. Burada o, krım-tatar aktivistlərinə qoşulur, "Hak ses" qəzetini nəşr edir və bir müddət Krım təhsil nazirliyində çalışır. Qızıl Ordu Krıma daxil olduğu zaman o Rumıniyada gizlənir. Həmin vaxtdan Mehmet Niyazi ədəbi fəaliyyətə qədəm basır, onun ədəbi karyerasının ən məhsuldar dövrü başlayır. O, öz əsəlrərini krım-tatar dilində dərc etdirir (ərəb əlifbasında). İcma lideri olaraq krım qaçqınlarının İkinci Polşa Respunlikasının prometeizm siyasətindən ilham almağa çalışan yeni dalğasına təsir göstərir

Mehmet Niyazi arvadı Sefikenin ölümündən bir müddət sonra vərəmdən vəfat etmişdir. Yazıçı Məcidiyyədə dəfn edilmiş, mərasimdə xeyli sayda oxucusu iştirak etmişdir. Onun baş daşında krım möhürü təsvir edilib.

  1. Brian Glyn Williams, The Crimean Tatars, Brill Publishers, Leiden, 2001, p.283–286