Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Mehmet Rüfət Börəkçi (türk. Mehmet Rifat Börekçi; 29 noyabr 1860, Ankara – 5 mart 1941, Ankara) — Türk din adamı, siyasətçi, Dəyanət işləri üzrə rəhbər (1924–1941).
Mehmet Rüfət Börəkçi | |
---|---|
osman. محمد رفعت افندى türk. Mehmet Rifat Börekçi | |
| |
23 aprel 1920 – 27 oktyabr 1920 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 noyabr 1860 |
Doğum yeri | |
Vəfat tarixi | 5 mart 1941 (80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, üləma |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Ankaranın görkəmli şəxsiyyəti kimi Türkiyə İstiqlaliyyət müharibəsinə və Mustafa Kamal Atatürkə dəstəyini əsirgəməyən Türkiyə Çümhuriyyətnin ilk Dənanət işləri üzrə başçısıdır. Müəyyən dövrlərdə millət vəkili də olmuşdur. 23 aprel — 27 oktyabr 1920)
1860-cı ildə Ankaranın Beynam bölgəsində anadan olub. Atası Börekçizade Əli Kazım Əfəndi Ankara alimlərindən biridir. İlk və orta təhsilini Ankarada başa vurduqdan sonra ali təhsil almaq üçün İstanbula getmiş, burada Beyazit mədrəsəsinin professorlarından Atıf Əfəndinin mühazirələrinə qatılmış və dini ali elmləri öyrənərək diplomla təltif edilmişdir.
İlk vəzifəsinə Ankaradakı Fazliye Mədrəsəsində müəllim kimi başladı. 10 oktyabr 1898-ci ildə Ankara Apelyasiya Məhkəməsinin üzvü, 25 noyabr 1908-ci ildə Ankara müftisi təyin edildi. 1911-ci ildə bir müddət Sivrihisar ilçesinin icra başçısı vəzifəsini icra etdi.