Klassik Xalq Cəbhəsi Partiyası

Klassik Xalq Cəbhəsi Partiyası və ya qısaca KXCPAzərbaycan Xalq Cəbhəsi Partiyasının "klassiklər" qanadı ilə rəsmi dövlət qeydiyyatı olmayan Vahid Azərbaycan Uğrunda İstiqlal Cəbhəsi Partiyasının 26 mart 2006-cı ildə keçirilən qurultayda birləşərək fəaliyyətə başlamış siyasi partiya.

Klassik Xalq Cəbhəsi Partiyası
KXCP
Loqonun şəkli
Sədri Mirmahmud Mirəlioğlu
Qurucu Mirmahmud Mirəlioğlu
Baş katib Gülağa Adıgözəlli
Sədr müavinləri Elşən Həşimov
Quruluş tarixi 26 mart 2006
Qeydiyyat tarixi 31 yanvar 2007
Birləşən Vahid Azərbaycan Uğrunda İstiqlal Cəbhəsi Partiyası[a] (2006)
Sələfi Azərbaycan Xalq Cəbhəsi Partiyası
Baş qərargah Bakı ş., Nərimanov r., A.Neymətulla küç. 18
İdeologiya Elçibəyçilik
Üzvlüyü Demokratiya Uğrunda İttifaq (2005-2011)
Demokratik Seçki Mərkəzi (2007-2008)
İctimai Palata (2010-2013)
Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı (2012)
Demokratik Qüvvələrin Milli Şurası (2013-2014)
Azadlıq-2015 Seçki Bloku (2015)
"Azadlıq" Müxalifətin Siyasi Əməkdaşlıq Mərkəzi (2015-2016)
Azərbaycan Xalq Hərəkatı (2018)
Üzv sayı 5 mindən çox[2] (2023)
Milli Məclisdə
0 / 125
Ali Məclisdə
0 / 45
Bələdiyyə sədrləri
0 / 1.605
Bələdiyyə üzvləri
0 / 15.156
Saytı kxcp.org

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Klassik Xalq Cəbhəsi Partiyasının üzvlərinin 70%-i kişi, 30%-i isə qadın olmuşdur.[3]

Parçalanma və birləşmə cəhdi

[redaktə | mənbəni redaktə et]

4 iyun Gəncə qiyamının ardınca Azərbaycan Xalq Cəbhəsi sədri, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy paytaxtı tərk edərək doğulduğu Kələki kəndinə getmişdir. Çevrilişin lideri Surət Hüseynov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev ilə ittifaq yaratmışdır. Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir.[4] 21 iyun 1993-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə müraciət edərək onu öz işinə geri çağırmışdır.[5]24 iyun 1993-cü ildə isə Əbülfəz Elçibəy fəaliyyətini icra edə bilmədiyi üçün prezidentin səlahiyyətləri müvəqqəti olaraq Heydər Əliyevə ötürülmüşdür.[6] Heydər Əliyev 30 iyul 1993-cü ildə qiyamçı Surət Hüseynovu Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin etmişdir.[7][8][9] Heydər Əliyev daha sonra növbədənkənar prezident seçkiləri təyin etmişdir. 3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində 3 namizəd arasından Heydər Əliyev 98,6% səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.[7][8]

Baş verən bu hadisələr Azərbaycan Xalq Cəbhəsi daxilində də gərginliklərə və qruplaşmalara səbəb olmuşdur. Belə ki, təşkilat daxilində Yurd İctimai Birliyi bazasından gələn qrup birgə fəaliyyət göstərməyə başlamışdır. Kütləvi informasiya vasitələrində "yurdçular" olaraq tanınan bu qrup daha sonralar "islahatçılar" olaraq adlandırılmağa başlandı. Bu qrupun təmsilçiləri o dövrdə parlament jurnalisti olan, daha sonra isə AXC sədrinin birinci müavini olan Əli Kərimli, AXC Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli, AXC-nin sədr müavinləri Asim MollazadəCəmil Həsənli, Rəyasət Heyəti üzvü Qüdrət Həsənquliyev kimi şəxslər idi. Digər bir qrup olan "klassiklər"də isə AXC-nin sədr müavini Mirmahmud Mirəlioğlu, daha sonralar yaradılan AXCP Gənclər Komitəsinin ilk sədri Oqtay Güləliyev, baş nazirin sabiq müavini Kamil Vəli Nərimanoğlu, sabiq nazir İsa Bağırov, müğənni Flora Kərimova, hüquq müdafiəçisi Novella Cəfəroğlu kimi şəxslər təmsil olunmuşdur.[10][11] "İslahatçılar" əsasən liberal (liberalizm tərəfdarı), "Klassiklər" isə xalqçı (radikal) qanad kimi tanınırdılar. Güney Azərbaycan məsələsinə münasibətdə də qanadlar arasında kəskin fikir ayrılığı özünü göstərirdi.[12]

Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyət müddəti tamamlandıqdan sonra həm yeni və ilk dəfə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu ilə bağlı referendum, həm də Azərbaycan Respublikasının Milli Məclisinin təsis edilərək bu quruma millət vəkillərinin seçilməsi üçün parlament seçkiləri keçirilməsi qərarlaşdırıldı. 125 deputatdan 100-nün majoritar, 25-nin isə ümumrespublika üzrə vahid proporsional sistemlə seçildiyi 1995-ci parlament seçkilərində rəsmi şəkildə siyasi partiyaların iştirakına icazə verilsə də, ictimai təşkilatların iştirakı qanunda yerini tapmadı. Bu səbəbdəb "yurdçular" Azərbaycan Xalq Cəbhəsinin partiyalaşması üçün fəaliyyətə keçdilər. Nəticədə 25 may 1995-ci ildə qurultay çağırıldı. Azərbaycan Xalq Cəbhəsi bu qurultayda partiyalaşaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasına çevrildi.[11] 1 sentyabr 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındı.[13] Bundan sonra isə Əli Kərimlinin liderlik etdiyi "islahatçılar" və Mirmahmud Mirəlioğlununliderlik etdiyi "klassiklər" arasında mübarizə daha da şiddətlənməyə başlamışdır. Belə ki, həmin il keçirilən seçkilərdə proporsional siyahıda 1-ci sıraya sədrin birinci müavini, "islahatçı"ların lideri Əli Kərimli, 2-ci sıraya sədrin təşkilatı məsələlər üzrə müavini, "klassiklər"in lideri Mirmahmud Mirəlioğlu, 3-cü sıraya isə Ali Məclis sədri, "islahatçı" Qulamhüseyn Əlibəylinin adı yazılmışdır.[14] Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahılar üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur.[15]

Əbülfəz Elçibəy 1997-ci ildə Kələkidən Bakıya qayıtmış və siyasi fəaliyyətinə davam etmişdir.[16]Elçibəyin qayıdışından sonra partiya daxilində çəkişmələr şiddətlənmişdir. Belə ki, "klassiklər" "islahatçılar"ın lideri, sədrin birinci müavini Əli Kərimliyi Elçibəyin fəaliyyətini məhdudlaşdırmaqla və səlahiyyətlərindən sui-istifadə etməklə günahlandırırdı. Partiya daxilində uzun müddət çəkişmələr, problemlər və münaqişələr davam etdi. 2000-ci il parlament seçkiləri ərəfəsində proporsional siyahının tərtibi səbəbi ilə bu problemlər pik həddə çatmışdır. O ərəfədə Əbülfəz Elçibəyə prostat xərçəngidiaqnozu qoyulmuş və o, 2000-ci ilin avqustunda müalicə almaq üçün Ankara şəhərinə getmişdir.[17] 19 iyun 2000-ci ildə "klassiklər" partiyanın bir sıra rayon təşkilatlarının iştirakı ilə müşavirə çağırdı. Bu isə artıq problemlərin həllinin mümkün olmadığını göstərirdi. "İslahatçılar" qanadının mənsubu olsa da, Qüdrət Həsənquliyev bu müşavirədə iştirak etmiş və üzvləri parçalanmağa mane olmağa səsləmişdir. Əbülfəz Elçibəy 22 iyul 2000-ci ildə Ankarada öldü.[18][19][17] Bundan sonra partiya de-fakto iki qanada parçalanmışdır.

Azərbaycan Xalq Cəbhəsi Partiyası 2000-ci il parlament seçkilərindən əvvəl yenidən təşkil olunan Mərkəzi Seçki Komissiyasına Qüdrət Həsənquliyev və Adil Minbaşını namizəd göstərmiş və onlar 18 iyul 2000-ci ildə Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdirlər.[20]

28–29 oktyabr 2000-ci ildə "klassiklər" qanadı qurultay çağırmış və partiyanın II (IV) Qurultayında Mirmahmud Mirəlioğlu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri seçilmişdir.[21] O dövrdə başda Müsavat Partiyası olmaqla bir çox təşkilar bu qanadı rəsmi partiya olaraq tanımışdır. 2000-ci il parlament seçkilərində partiyanın proporsional siyahısı "islahatçılar" tərəfindən tərtib olunub təsdiqlənmişdir. Həmçinin, "klassiklər" də liderləri Mirmahmud Mirəlioğlu başda olmaqla AXCP adından majoritar sistemdə seçkilərə qatılmışdır. Seçki nəticələrinə əsasən partiyadan proporsional seçki sistemi üzər 4, majoritar sistem üzrə isə 2 deputat seçilmişdir. Onlaesan 5-i "islahatçı", 1-i, yəni Mirmahmud Mirəlioğluisə "klassiklər"dən olmuşdur. 7 yanvar 2001-ci ildə keçirilən təkrar parlament seçkilərində daha 1 "islahatçı" partiya üzvünün — Əliməmməd Nuriyevin majoritar sistem üzrə deputat seçilməsi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasıparlamentdə 7 deputatla Yeni Azərbaycan Partiyasının ardınca ən çox deputata sahib olan partiya olmuşdur.[22][23]

Əli Kərimli 2001-ci ilədək Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin vəzifələrini icra etmiş, 2001-ci ildə isə partiyanın II (IV) Qurultayını keçirərək partiya sədr seçilmişdir. Azərbaycan Milli İstiqlal Partiyası və bir sıra digər təşkilatlar isə bu qanadı rəsmi partiya olaraq tanıdı.[24]

Qüdrət Həsənquliyev "islahatçılar" qanadından olsa da 2001-ci ildə hər iki qanadı birləşdirmək üçün fəaliyyətə keçirmişdir. Bu cəhd Azərbaycan Demokrat PartiyasıMüsavat Partiyası tərəfindən "hakimiyyətin planı" olaraq qiymətləndirilmiş və məqsədinin "müxalifəti parçalamaq" olduğu qeyd olunmuşdur. Başlanğıcda bu cəhd "islahatçılar"ın dəstəyini alsa da, daha sonra sədr Əli Kərimli "bu işdə qaranlıq məqamların" olduğunu söyləyərək geri çəkilmişdir. Daha sonra "klassiklər"lə aktiv əlaqələr yaradan Qüdrət Həsənquliyev onları razı sala bilmişdir, lakin Mirmahmud Mirəlioğlu bu cəhdə etiraz etmişdir.[11]

Birləşmənin gerçəkləşməsi üçün qurultay qərarı alındı və bu məqsədlə Birləşdirici Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradıldı. Azərbaycan Xalq Cəbhəsi Partiyasının bəzi rayon təşkilarları bu komitəyə qoşulduğunu elan etdi. 19 avqust 2002-ci ildə Şəhriyar adına Mədəniyyət Sarayında Azərbaycan Xalq Cəbhəsi Partiyasının Birləşdiri Qurultayı keçirilmişdir. Qurultayda partiyanın yeni Nizamnamə və Məramnaməsi qəbul edilmişdir. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin həmsədri Qüdrət Həsənquliyev alternativ əsaslarla və gizli səsvermə yolu ilə birləşmiş partiyanın sədri seçilmişdir. Qurultaydan sonra müvafiq sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmuş və birləşmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasını AXCP-nin yeganə hüquqi varisi olaraq tanınmışdır. Daha sonra ABŞ Dövlət Departamentinin və beynəlxalq təşkilatların etirazı ilə partiyanın dövlət qeydiyyatı ləğv olunmuşdur.[25]

Klassik Xalq Cəbhəsi Partiyası (2006-cı ildən)

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Xalq Cəbhəsi Partiyasının "klassiklər" qanadının Ali Məclisi 19 fevral 2006-cı ildə keçirdiyi iclasda qurultay qərarı alınmışdır. 26 mart 2006-cı ildə keçirilən qurultayda Ali Məclisin qərarına əsasən partiyanın adı Klassik Xalq Cəbhəsi Partiyası olaraq qəbul olunmuşdur. Həmçinin, Qurultayda partiyaya rəsmi dövlət qeydiyyatı olmayan Vahid Azərbaycan Uğrunda İstiqlal Cəbhəsi Partiyası tərəfindən edilən birləşmə müraciəti qəbul olunmuşdur.[1] Partiya sədrliyinə partiyanın "klassiklər" qanadının sədri Mirmahmud Mirəlioğlu və "klassiklər" qanadının Ali Məclisinin sədri Zəlimxan Məmmədli namizəd olmuşdur. Qurultay günündə digər bütün namizədlər namizədliyini geri götürmüş, Mirmahmud Mirəlioğlu qurultayda partiya sədri seçilmişdir.[26][1] 31 yanvar 2007-ci ildə isə KXCP rəsmi dövlət qeydiyyatına alındı.

2015-ci ildə Klassik Xalq Cəbhəsi Partiyası ilə Azərbaycan Xalq Partiyası arasında birləşmə haqqında ilkin razılaşma əldə edildi, lakin daha sonra birləşmə gerçəkləşdirilmədi.[27]

KXCP-nin emblemi böyük hərflərlə "KHC" (Klassik Halk Cebhesi) yazılmış kompozisiyadan ibarətdir. Partiyanın Təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu bildirir ki, onlar bu simvolu KXCP dövlət qeydiyyatına alınandan sonra — 2006-cı ildə müəyyənləşdiriblər. Əslində, bu simvol AXC-nin simvoluna uyğunlaşdırıb. X. Teyyublu bildirir ki, "KHC" sözünü "AHC" kimi də oxumaq mümkündür. Partiyanın bayrağı ağ fonda KHC yazılmış simvoldan ibarətdir. Ağ fon isə sülh və təmizliyin rəmzi kimi seçilib.[28]

Partiya qərargahı

[redaktə | mənbəni redaktə et]

Klassik Xalq Cəbhəsi Partiyasının qərargah problemi yoxdur və bu məsələdə partiya heç kimdən asılı deyil. Partiyanın rəhbərliyi təşəbbüs göstərərək üzvlərdən toplanmış ianələr hesabına Ağa Nemətulla 18 ünvanında yerləşən beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşən ofisi alıb. Hazırda ofis fiziki şəxsə məxsusdur və partiya burada yalnız kommunal xərcləri ödəyir.[29]

Parlament seçkiləri

[redaktə | mənbəni redaktə et]
Seçki Sədr Majoritar
Səs % Mandat
2010
Mirmahmud Mirəlioğlu
31 317 1.31
0 / 125
2015 11 671 0.41
0 / 125
2020
0 / 125
2024

Bələdiyyə seçkiləri

[redaktə | mənbəni redaktə et]
Seçki Sədr Səs Yer
# % ±
2009[30] Mirmahmud Mirəlioğlu
2 / 15.591
2014
2019
  1. Rəsmi dövlət qeydiyyatı olmayan siyasi partiya.[1]
  1. 1 2 3 ""Klassiklər" AXCP-nin adı dəyişdirilərək "Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyası" adlanacaq". Trend.Az (az.). 2006-02-20. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  2. modern.az. "Ədliyyə Nazirliyi daha iki partiyanı qeydə aldı - SİYAHI". modern.az (az.). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  3. modern.az. "Hansı siyasi partiyalarda qadınlar daha çoxdur? - SİYAHI". modern.az (az.). 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  4. "H. Ə. Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". e-qanun.az (ingilis). 2023-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  5. "Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə müraciət edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". e-qanun.az (ingilis). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  6. "Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəyin) Azərbaycan Respublikasının Prezidenti vəzifələrini daha icra edə bilməməsi və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinin Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əlirza oğlu Əliyevə keçməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". e-qanun.az (ingilis). 2022-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  7. 1 2 Schmemann, 1993, The New York Times
  8. 1 2 Library of Congress
  9. "S. D. Hüseynovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". e-qanun.az (ingilis). 2022-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  10. "AXCP - Əli Kərimli timsalında parçalanma sindromunu yaşayan ilk siyasi təşkilat". Sesqazeti.az (az.). 2016-07-21. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  11. 1 2 3 modern.az. "AXCP-yə gəlib-getmiş tanınmışlar - Onlar Əli Kərimlini niyə tərk etdilər? - ARAŞDIRMA". modern.az (az.). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  12. "Arif Rəhimoğlu, Sosiologiyada partiyadaxili qruplaşmalar. E-kitab variantı – 2016" (PDF). 2022-07-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-15.
  13. "Dövlət qeydiyyatına alınmış siyasi partiyalar | Azərbaycan Respublikası Mərkəzi Seçki Komsissiyası". www.msk.gov.az. 2023-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  14. "Proporsional seçkilərə qatılmış partiyalar". Mərkəzi Seçki Komissiyası. 2004-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-29.
  15. Şahin Cəfərli. "Azərbaycanda parlament seçkiləri: daha bir itirilmiş şans". Bakı Araşdırma Mərkəzi. 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
  16. "19 il əvvəlin tarixi - Elçibəyin Kələkidən dönüşü..." musavat.com. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  17. 1 2 ""Elçibəyi zəhərləməmişdilər, onu xərçəng zəhərləmişdi"". BBC News Azərbaycanca (az.). 2018-08-22. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  18. Encyclopædia Britannica, 2015
  19. Libaridian, 2008. səh. 229
  20. "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". E-qanun.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
  21. "AXC-nin varisi kimdir?- Elçibəydən sonra qalmaqal yenə başladı". publika.az (az.). 2014-07-15. 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  22. "2000-2001-ci illər parlament seçkiləri haqqında yekun hesabat" (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-30.
  23. "2000-ci il parlament seçkilərinin nəticəsi". 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
  24. demokrat.az. "Azərbaycan siyasətinin Əliləri". demokrat.az (ingilis). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  25. modern.az. "Qüdrət Həsənquliyevin BAXCP-si necə yarandı?". modern.az (az.). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  26. "AXCP-nin «klassiklər» qanadı Klassik Xalq Cəbhəsi Partiyasına çevrildi". www.azadliq.org. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  27. "İki siyasi partiya birləşir". 2023-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-12.
  28. "Partiyaların simvolları – ARAŞDIRMA". 2009-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-05.
  29. "Partiyalarımız hara sığınır?". 2010-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-04.
  30. "Siyahıya YAP liderlik edir". 2021-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.