Mirmahmud Mirəlioğlu

Mirmahmud Mirəlioğlu (1 sentyabr 1956, Telavar, Yardımlı rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış[1] deputatı; Klassik Xalq Cəbhəsi Partiyasının sədri.

Mirmahmud Mirəlioğlu
Vəzifədədir
2006-cı ildən
SonrakıVəzifə təsis edildi.
28 oktyabr 2000 – 2006
1995 – 7 noyabr 2001
Seçki dairəsi1995 — Proporsional sistem
2000 — 29 saylı Əli Bayramlı-Salyan
ƏvvəlkiVəzifə təsis edildi. (Proporsional)
Vəzifə təsis edildi. (29 saylı)
SonrakıQulamhüseyn Əlibəyli (Proporsional)
Vəzifə ləğv edildi. (29 saylı)
bayraq
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin təşkilati məsələlər üzrə müavini
bayraq2
1995 – 2000
SədrƏbülfəz Elçibəy
ƏvvəlkiVəzifə təsis edildi.
bayraq
Azərbaycan Ali Sovetinin XII çağırış deputatı
bayraq2
1990 – 1995
Seçki dairəsi116 nömrəli Sumqayıt-Corat
SonrakıVəzifə ləğv olundu.
Şəxsi məlumatlar
Doğum tarixi 1 sentyabr 1956(1956-09-01) (68 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirmahmud Mirəli oğlu Fəttayev 1956-cı ilin sentyabr ayının 1-də Yardımlı rayonunun Telavar kəndində anadan olub. 1964–1974-cü illərdə əvvəlcə Telavar, sonra isə Honuba kənd məktəbində orta təhsil alıb. 1974–1976-cı illərdə əsgəri xidmətdə olub. 1977-ci ildə Sumqayıt şəhərində "Üzvi sintez" istehsalat birliyində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. 1978–1984-cü illərdə istehsalatdan ayrılmadan Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. 1987-ci ilədək "Üzvü sintez" istehsalat birliyində işləyən Mirmahmud Ağa elə həmin ildən də pedaqoji fəaliyyətə başlayıb, 4 saylı axşam məktəbində müəllimlik edib. 1988-ci ildən 1992-ci ilədək Sumqayıtdakı Vaqif İbrahim adına 35 saylı orta məktəbdə tarix fənnindən dərs deyib.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1990-cı ildə 116 saylı Corat seçki dairəsindən ilk dəfə Millət Vəkili seçilmiş Mirmahmud Mirəli oğlu 1995-ci ildə ikinci dəfə təkrarən deputat seçilib. Üçüncü dəfə 2000-ci ildə Əlibayramlı seçki dairəsindən deputat seçildikdən sonra, öz deputatlıq mandatından imtina edərək Milli Məclisi tərk edib.[2]

26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir[3].

AXC və AXCP-də

[redaktə | mənbəni redaktə et]

Mirmahmud Mirəlioğlu Azərbaycan Xalq Cəbhəsi üzvü olmuşdur. O, bir müddət Vətəndaş Həmrəyliyi Partiyasının üzvü, partiyanln Siyasi Şura və Ali Məclisinin üzvü olmuşdur. Lakin daha sonra partiyadan ayrılaraq Azərbaycan Xalq Cəbhəsi üzvlüyünə dönmüşdür.[4]

4 iyun Gəncə qiyamının ardınca Azərbaycan Xalq Cəbhəsi sədri, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəypaytaxtı tərk edərək doğulduğu Kələki kəndinə getmişdir. Çevrilişin lideri Surət Hüseynov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev ilə ittifaq yaratmışdır. Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir.[5] 21 iyun 1993-cü il tarixində Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə müraciət edərək onu öz işinə geri çağırmışdır.[6] 24 iyun 1993-cü il tarixində isə Əbülfəz Elçibəy fəaliyyətini icra edə bilmədiyi üçün prezidentin səlahiyyətləri müvəqqəti olaraq Heydər Əliyevə ötürülmüşdür.[7] Heydər Əliyev 30 iyul 1993-cü il tarixində qiyamçı Surət Hüseynovu Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin etmişdir.[8][9][10] Heydər Əliyev daha sonra növbədənkənar prezident seçkiləri təyin etmişdir. 3 oktyabr 1993-cü il tarixində keçirilən prezident seçkilərində 3 namizəd arasından Heydər Əliyev 98,6% səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.[8][9]

Baş verən bu hadisələr Azərbaycan Xalq Cəbhəsi daxilində də gərginliklərə və qruplaşmalara səbəb olmuşdur. Belə ki, təşkilat daxilində Yurd İctimai Birliyi bazasından gələn qrup birgə fəaliyyət göstərməyə başlamışdır. Kütləvi informasiya vasitələrində "yurdçular" olaraq tanınan bu qrup daha sonralar "islahatçılar" olaraq adlandırılmağa başlandı. Bu qrupun təmsilçiləri o dövrdə parlament jurnalisti olan, daha sonra isə AXC sədrinin birinci müavini olan Əli Kərimli, AXC Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli, AXC-nin sədr müavinləri Asim MollazadəCəmil Həsənli, Rəyasət Heyəti üzvü Qüdrət Həsənquliyev kimi şəxslər idi. Digər bir qrup olan "klassiklər"də isə AXC-nin sədr müavini Mirmahmud Mirəlioğlu, daha sonralar yaradılan AXCP Gənclər Komitəsinin ilk sədri Oqtay Güləliyev, baş nazirin sabiq müavini Kamil Vəli Nərimanoğlu, sabiq nazir İsa Bağırov, müğənni Flora Kərimova, hüquq müdafiəçisi Novella Cəfəroğlu kimi şəxslər təmsil olunmuşdur.[11][12]

Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyət müddəti tamamlandıqdan sonra həm yeni və ilk dəfə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu ilə bağlı referendum, həm də Azərbaycan Respublikasının Milli Məclisinin təsis edilərək bu quruma millət vəkillərinin seçilməsi üçün parlament seçkiləri keçirilməsi qərarlaşdırıldı. 125 deputatdan 100-nün majoritar, 25-nin isə ümumrespublika üzrə vahid proporsional sistemlə seçildiyi 1995-ci parlament seçkilərində rəsmi şəkildə siyasi partiyaların iştirakına icazə verilsə də, ictimai təşkilatların iştirakı qanunda yerini tapmadı. Bu səbəbdəb "yurdçular" Azərbaycan Xalq Cəbhəsinin partiyalaşması üçün fəaliyyətə keçdilər. Nəticədə 25 may 1995-ci ildə qurultay çağırıldı. Azərbaycan Xalq Cəbhəsi bu qurultayda partiyalaşaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasına çevrildi.[12] 1 sentyabr 1995-ci il tarixində Azərbaycan Xalq Cəbhəsi Partiyası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındı.[13] Bundan sonra isə Əli Kərimlinin liderlik etdiyi "islahatçılar" və Mirmahmud Mirəlioğlunun liderlik etdiyi "klassiklər" arasında mübarizə daha da şiddətlənməyə başlamışdır. Belə ki, həmin il keçirilən seçkilərdə proporsional siyahıda 1-ci sıraya sədrin birinci müavini, "islahatçı"ların lideri Əli Kərimli, 2-ci sıraya sədrin təşkilatı məsələlər üzrə müavini, "klassiklər"in lideri Mirmahmud Mirəlioğlu, 3-cü sıraya isə Ali Məclis sədri, "islahatçı" Qulamhüseyn Əlibəylinin adı yazılmışdır.[14] Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahılar üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur.[15]

Əbülfəz Elçibəy 1997-ci ildə Kələkidən Bakıya qayıtmış və siyasi fəaliyyətinə davam etmişdir.[16] Elçibəyin qayıdışından sonra partiya daxilində çəkişmələr şiddətlənmişdir. Belə ki, "klassiklər" "islahatçılar"ın lideri, sədrin birinci müavini Əli Kərimliyi Elçibəyin fəaliyyətini məhdudlaşdırmaqla və səlahiyyətlərindən sui-istifadə etməklə günahlandırırdı. Partiya daxilində uzun müddət çəkişmələr, problemlər və münaqişələr davam etdi. 2000-ci il parlament seçkiləri ərəfəsində proporsional siyahının tərtibi səbəbi ilə bu problemlər pik həddə çatmışdır. O ərəfədə Əbülfəz Elçibəyə prostat xərçəngidiaqnozu qoyulmuş və o, 2000-ci ilin avqustunda müalicə almaq üçün Ankara şəhərinə getmişdir.[17] 19 iyun 2000-ci il tarixində "klassiklər" partiyanın bir sıra rayon təşkilatlarının iştirakı ilə müşavirə çağırdı. Bu isə artıq problemlərin həllinin mümkün olmadığını göstərirdi. "İslahatçılar" qanadının mənsubu olsa da, Qüdrət Həsənquliyev bu müşavirədə iştirak etmiş və üzvləri parçalanmağa mane olmağa səsləmişdir. Əbülfəz Elçibəy 22 iyul 2000-ci ildə Ankarada öldü.[18][19][17] Bundan sonra partiya de-fakto iki qanada parçalanmışdır.

28–29 oktyabr 2000-ci il tarixində "klassiklər" qanadı qurultay çağırmış və partiyanın II (IV) Qurultayında Mirmahmud Mirəlioğlu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri seçilmişdir.[20] O dövrdə başda Müsavat Partiyası olmaqla bir çox təşkilar bu qanadı rəsmi partiya olaraq tanımışdır. 2000-ci il parlament seçkilərində partiyanın proporsional siyahısı "islahatçılar" tərəfindən tərtib olunub təsdiqlənmişdir. Həmçinin, "klassiklər" də liderləri Mirmahmud Mirəlioğlu başda olmaqla AXCP adından majoritar sistemdə seçkilərə qatılmışdır. Seçki nəticələrinə əsasən partiyadan proporsional seçki sistemi üzər 4, majoritar sistem üzrə isə 2 deputat seçilmişdir. Onlaesan 5-i "islahatçı", 1-i, yəni Mirmahmud Mirəlioğlu isə "klassiklər"dən olmuşdur. 7 yanvar 2001-ci il tarixində keçirilən təkrar parlament seçkilərində daha 1 "islahatçı" partiya üzvünün — Əliməmməd Nuriyevin majoritar sistem üzrə deputat seçilməsi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasıparlamentdə 7 deputatla Yeni Azərbaycan Partiyasının ardınca ən çox deputata sahib olan partiya olmuşdur.[21][22]

Əli Kərimli 2001-ci ilədək Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin vəzifələrini icra etmiş, 2001-ci ildə isə partiyanın II (IV) Qurultayını keçirərək partiya sədr seçilmişdir. Azərbaycan Milli İstiqlal Partiyası və bir sıra digər təşkilatlar isə bu qanadı rəsmi partiya olaraq tanıdı.[23]

Qüdrət Həsənquliyev "islahatçılar" qanadından olsa da 2001-ci ildə hər iki qanadı birləşdirmək üçün fəaliyyətə keçirmişdir. Bu cəhd Azərbaycan Demokrat PartiyasıMüsavat Partiyası tərəfindən "hakimiyyətin planı" olaraq qiymətləndirilmiş və məqsədinin "müxalifəti parçalamaq" olduğu qeyd olunmuşdur. Başlanğıcda bu cəhd "islahatçılar"ın dəstəyini alsa da, daha sonra sədr Əli Kərimli "bu işdə qaranlıq məqamların" olduğunu söyləyərək geri çəkilmişdir. Daha sonra "klassiklər"lə aktiv əlaqələr yaradan Qüdrət Həsənquliyev onları razı sala bilmişdir, lakin Mirmahmud Mirəlioğlu bu cəhdə etiraz etmişdir.[12]

19 avqust 2002-ci il tarixində Şəhriyar adına Mədəniyyət Sarayında Azərbaycan Xalq Cəbhəsi Partiyasının Birləşdiri Qurultayı keçirilmişdir. Qurultayda partiyanın yeni Nizamnamə və Məramnaməsi qəbul edilmişdir. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin həmsədri Qüdrət Həsənquliyev alternativ əsaslarla və gizli səsvermə yolu ilə birləşmiş partiyanın sədri seçilmişdir. Qurultaydan sonra müvafiq sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmuş və birləşmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasını AXCP-nin yeganə hüquqi varisi olaraq tanınmışdır. Daha sonra ABŞ Dövlət Departamentinin və beynəlxalq təşkilatların etirazı ilə partiyanın dövlət qeydiyyatı ləğv olunmuşdur.[24]

Klassik Xalq Cəbhəsi Partiyasında (2006-ci ildən)

[redaktə | mənbəni redaktə et]

2006-cı ildə Mirmahmud Mirəlioğlu partiya adından imtina edərək Klassik Xalq Cəbhəsi Partiyasını təsis etmiş və partiyanın sədri seçilmişdir. Hazırda Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədridir. 2011, 2015 və 2022-ci illərdə KXCP-nin keçirilən qurultaylarında partiya sədri seçilmişdir.

  1. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2017-08-09 at the Wayback Machine (az.)
  2. "Arxivlənmiş surət". 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-04.
  3. "Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. e-qanun.az Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine (az.)
  4. "KXCP SƏDRİ MEHRİBAN ƏLİYEVANIN NAMİZƏDLİYİNİ DƏSTƏKLƏMƏYİ TƏKLİF EDİB". 2023-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-18.
  5. "H. Ə. Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". e-qanun.az (ingilis). 2023-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  6. "Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə müraciət edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". e-qanun.az (ingilis). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  7. "Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəyin) Azərbaycan Respublikasının Prezidenti vəzifələrini daha icra edə bilməməsi və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinin Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əlirza oğlu Əliyevə keçməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". e-qanun.az (ingilis). 2022-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  8. 1 2 Schmemann, 1993, The New York Times
  9. 1 2 Library of Congress
  10. "S. D. Hüseynovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". e-qanun.az (ingilis). 2022-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  11. "AXCP - Əli Kərimli timsalında parçalanma sindromunu yaşayan ilk siyasi təşkilat". Sesqazeti.az (az.). 2016-07-21. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  12. 1 2 3 modern.az. "AXCP-yə gəlib-getmiş tanınmışlar - Onlar Əli Kərimlini niyə tərk etdilər? - ARAŞDIRMA". modern.az (az.). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  13. "Dövlət qeydiyyatına alınmış siyasi partiyalar | Azərbaycan Respublikası Mərkəzi Seçki Komsissiyası". www.msk.gov.az. 2023-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  14. "Proporsional seçkilərə qatılmış partiyalar". Mərkəzi Seçki Komissiyası. 2004-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-29.
  15. Şahin Cəfərli. "Azərbaycanda parlament seçkiləri: daha bir itirilmiş şans". Bakı Araşdırma Mərkəzi. 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
  16. "19 il əvvəlin tarixi - Elçibəyin Kələkidən dönüşü..." musavat.com. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  17. 1 2 ""Elçibəyi zəhərləməmişdilər, onu xərçəng zəhərləmişdi"". BBC News Azərbaycanca (az.). 2018-08-22. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  18. Encyclopædia Britannica, 2015
  19. Libaridian, 2008. səh. 229
  20. "AXC-nin varisi kimdir?- Elçibəydən sonra qalmaqal yenə başladı". publika.az (az.). 2014-07-15. 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  21. "2000-2001-ci illər parlament seçkiləri haqqında yekun hesabat" (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-30.
  22. "2000-ci il parlament seçkilərinin nəticəsi". 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
  23. demokrat.az. "Azərbaycan siyasətinin Əliləri". demokrat.az (ingilis). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  24. modern.az. "Qüdrət Həsənquliyevin BAXCP-si necə yarandı?". modern.az (az.). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.