Mekonq deltası — region Vyetnamın cənub-qərbində yerləşir. Bu hissədə Mekonq çayı çoxlu qollara bölünür və delta əmələ gətirir. Delta Vyetnamın cənub-qərb ərazisinin böyük hissəsini əhatə editr. Onun sahəsi 39 000 km²-dir. Deltada torpaq sahəsi yağışlar mövsümündən asılı olaraq dəyişir.
XXI əsrdə delta «biloji xəzinə» kimi tanınır. Burada gölgədə indiyənə kimi araşdırılmamış 10 000 növ müəyyən edilmişdir. O cümlədən Laod dağ sıçovulu[1] bu qəbildəndir.
Sərhədləri: şərq — Xoşimin, qərb — Mitxo, şimal — Tyaudok—Xaten. Deltaya həmdə Fukuok adası daxildir.
Ərazisi əsasən düzənliklərdən ibartədir. Düzənliklər deltanın cənubunda, təpəliklər isə şimal və qərb ərazisində yerləşir. Relyef rəngarəngliyinə səbəb isə 50 milyon il öncə Hindistan tavasının Avrasiya tavasına birləşməsidir. Bölgədə yumşaq suxurlar Mekonq çayının fəaliyyəti sayəsində toplanmışdır[2].
Uzaq region ölkənin ən az meşə örtüyünə sahib bölgəsidir. 2011-ci il məlumatına əsasən bölgə ərazisinin 300 000 ha (7,7 %) meşə ilə örtülüdür. Burada ancaq Kamau və Kenyanq vilayətlərinin 2/3 hissəsi meşə ilə örtülüdür. Digər regionlarında isə cəmi 5 %[3].
Deltada hündürlüyün çox olmaması səbəbindən tez-tez daşqınlara məruz qalır. Kantxo Universitetinin hesablamalarına görə 2030-cu ildə deltanın böyük hissəsi suyun altında qalacaq. Ən böyük risk Bençe və Lonqan vilayətlərinin müvafiq olaraq 51 % və 49 % əraziləri 1 metr suyun altında qalacaqdır.[4]. Digər çətinlik isə bölgənin sıx və keçilməz kol və qamışlıqlarla örtülməsidir.[5].
Mekonq deltası — kənd təsərrüfatı malların və balıq məhsullarının sahışı baxımından mühüm bölgədir.
Regionun 2,6 milyon ha ərazisi kənd təsərrüfatına cəlb edilir. Bu isə Vyetnamın ərazisinin dörddə biririni əhatə etmək deməkdir. Dağ və meşələrin olmaması səbəbindən ərazinin 64,5 % təsərrüfata yararlıdır. Kanto və Xauzyanqda yararlı torpaqların 80 % istifadə edilir. Bununla belə Kamauda 32 %, Bakleuda isə 42 % ərazi istifadə olunur.
2011-ci ildə deltada 23 186 000 ton düyü toplanmışdır. Bu isə Vyetnamda istehsal olunan düyünün 54,8 % təşkil edir. İri istehsalçılar и — Kenzyanq, Anzyanq və Donqtxap.
Mekonq deltası — Vyetnamın ən vacib balıq ovu regionlarından biridir. Burada Vyetnama məxsus olan sahil qayıqlarının 50 % çoxu burada cəmləşmişdir. İl ərzində burada 3,168 milyon ton balıq ovlanılır. Bu isə Vyetnamın illik istehsalının 58,3 %-dir. Ölkənin 300 000 ton istehsalı olan balıq istehsalı müəssislərinin böyük qismi burada cəmləşmişdir.
Böyük sahil donanmasına baxmayaraq balıqların böyük hissəsi süni şəkildə istehsal edilir.