Melia azedarach

Melia azedarach (lat. Melia azedarach) – meliyakimilər fəsiləsinin meliya cinsinə aid bitki növü.

İran meliyası
Elmi təsnifat
Beynəlxalq elmi adı
Melia azedarach
  • Azedara speciosa Raf.
  • Azedarach commelinii Medik.
  • Azedarach deleteria Medik.
  • Azedarach fraxinifolia Moench
  • Azedarach odoratum Noronha
  • Azedarach sempervirens Kuntze
    • Azedarach sempervirens var. glabrior (C.DC.) Kuntze
    • Azedarach sempervirens f. incisodentata Kuntze
    • Azedarach sempervirens f. longifoliola Kuntze
    • Azedarach sempervirens f. subdentata Kuntze
  • Melia angustifolia Schumach. & Thonn.
  • Melia australis Sweet [Invalid]
    • Melia azedarach var. glabrior C.DC.
    • Melia azedarach var. intermedia (Makino) Makino
    • Melia azedarach var. subtripinnata Miq.
    • Melia azedarach var. toosendan (Siebold & Zucc.) Makino
  • Melia birmanica Kurz
  • Melia bukayun Royle [Invalid]
  • Melia cochinchinensis M.Roem.
  • Melia commelini Medik. ex Steud. [Invalid]
  • Melia composita Benth.
  • Melia dubia Cav.
  • Melia florida Salisb.
  • Melia japonica G.Don
    • Melia japonica var. semperflorens Makino
  • Melia orientalis M.Roem.
  • Melia sambucina Blume
  • Melia sempervirens Sw.
  • Melia toosendan Siebold & Zucc.[2]

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Təbii halda Şərqi Himalayda yayılmışdır.

Hündürlüyü 15 m, gövdəsinin diametri 40 sm-ə qədər olan, qamətli, olduqca dekorativ ağacdır. Cavan budaqları qırmızımtıl-qəhvəyi, gövdəsi qonur və ya boz rəngdə olub, qırışıqlıdır. Yarpaqları 20-40 sm uzunluqda, ikişər və ya üçşər lələkvaridir. Yarpaqcıqları 2-6 sm uzunluqda, 3-9 ədəd olub, yumurtavari, oval və ya uzunsov-ellipsvari, itiucludur. Kənarları əksərən dişli və ya tam, üzəri çılpaqdır. Çiçəkləri süpürgələrlə toplanaraq açıq bənövşəyi rəngdə olub, ətirlidir. Kasayarpaqları üçbucaq, yumurtavarı, aşağıda bitişikdir. Ləçəkləri 5, sərbəst, neştər formalı, 10 mm-ə qədər uzunluqdadır. Erkək çiçəkləri altdan bitişik olub, 8–9 mm uzunluqdadır. Ucdan sapşəkilli dilimə malikdir. Sütuncuğu 5 mm uzunluqdadır. Meyvəsi ətli çəyirdək, 15 mm diametrə malikdir.

May-iyun aylarında çiçəkləyir, meyvələri oktyabrda yetişir və bütün qışı ağacda qalır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Bakı şəhərin, Abşeron yarımadası və bir çox yaşayış məntəqələrinin yaşıllıqlarında geniş istifadə edilir. Azərbaycanda bir neçə forması vardır: f. umbraculifera (Rnox) Rehd. (var. umbraculiformis Beckm.) enli, çox sıx, yarımşarşəkilli çətirə malikdir. Bu forma Azərbaycanda Kür-Araz düzənliyində və Abşeronda geniş yayılmışdır. f. floribunda Morr. (M. floribunda Cors.) tez açan, çoxçiçəkli formaya mədəni halda yaşıllaşdırmada təsadüf olunur.

Oduncağın bərkliyi və açıq qırmızı rənginə görə qiymətlidir, dülgər işlərində və musiqi alətləri düzəltmək üçün istifadə olunur. Meyvələrində 60%-ə qədər yağ vardır. Sabun və şam hazırlamaq üçün bu rəngdən istifadə olunur. Zəhərlidir. Ağacın bütün hissələrindən təbabətdə istifadə olunur. Balverən bitkidir.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 384.
  2. İran meliyası:''The Plant List saytında takson barədə məlumat. (ing.)

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov

Məlumat mənbələri

[redaktə | mənbəni redaktə et]
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
  • Флора Азербайджана. т.5. 1954; Флора Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh