Melilotus flavus

Dərman xəşənbülü (lat. Melilotus officinalis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xəşənbül cinsinə aid bitki növü. Azərbaycan florasında bu cins 7 növlə təmsil olunmuşdur, onlardan 4-ü dərman bitkisidir. Azərbaycan florasında bu cins 7 növlə təmsil olunmuşdur, onlardan 4-ü dərman bitkisidir.

Dərman xəşənbülü
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Melilotus officinalis Pall.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 100 sm və daha çox olan ikiillik, çılpaq ot bitkisidir. Yarpaqları ardıcıl, saplaqlı, üçqatlıdır. Çox xırda, açıq sarı rəngli çiçəkləri sıx salxım şəklində birləşmişlər. Qurudulmuş xammalda yarpaqlar yaşıl, çiçəklər isə sarıdır. Özünəməxsus güclü iyi yeni qurudulmuş otun iyini xatırladır. May-iyun aylarında çiçəkləyərək iyun-avqust aylarında meyvə verir.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Dərman xəşənbülü boreal coğrafi tipinin palearktik sinfinin qərbi-palearktik qrupuna aiddir. Orta və Atlantik Avropa, Aralıq dənizi, Balkan və Kiçik Asiya ölkələrində, İran, Əfqanıstan, Tibet, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Dərman xəşənbülü Azərbaycanın bütün botaniki-coğrafi rayonlarında arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir.

Ekoloji qrup və bitdiyi yerlər

[redaktə | mənbəni redaktə et]

Kseromezofitdir, meşə-çəmən və alaq bitkilik tiplərində rast gəlir. Əsasən çəmənlərdə, meşələrdə, kolluqlarda, yol kənarlarında və əkinlərdə qruplar, bəzən zolaqlar əmələ gətirir.

Kimyəvi tərkibi

[redaktə | mənbəni redaktə et]

Dərman xəşənbülünün tərkibində kumarin, fenolkarbon turşuları və piyli yağlar vardır.

Təsiri və tətbiqi

[redaktə | mənbəni redaktə et]

Dərman xəşənbülü farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, praktiki, eksperimental, Çin və xalq təbabətində, eləcə də homeopatiya, farmakologiya və baytarlıqda geniş tətbiq edilir. Əsasən əsəb-sinir, bronxit, bronxial astma, ürək-damar, qara və ağciyər, sidik və öd kisəsi daşları, qadın xəstəlikləri və digər hallarda istifadə olunur. Antivirus, antibakterial, antioksidant, sidikqovucu, bəlğəmgətirici, yumşaldıcı, büzüşdürücü, işlədici, hipotenziv, şişlərə və iltihab proseslərinə qarşı təsirə malikdir.

Əkstəsirləri

[redaktə | mənbəni redaktə et]

Hamiləlik dövründə və böyrək xəstəlikləri zamanı istifadə etmək olmaz. Zəhərlidir, uzun müddət istifadə etdikdə və dozası artıq olduqda yuxu gətirir, baş ağrısı, ürəkbulanma və damaqlarda qanaxma verir. Bitki qarışıqlarında isifadəsi məsləhətdir.

İstifadə olunan hissələri

[redaktə | mənbəni redaktə et]

Müalıcə məqsədi ilə bitkinin yerüstü hissələri, yarpaqları və toxumları istifadə edilir.

İstifadə formaları

[redaktə | mənbəni redaktə et]

Dəmləmə, cövhər, mazlar, plastırlar, kompreslər, vannalar və təpitmələr.

Digər faydalı xüsusiyyətləri və istifadəsi

[redaktə | mənbəni redaktə et]

Yeməlidir, Qafqazda köklər çiy və bişmiş halda tərəvəz, yarpaqlar isə ədviyyə kimi qidalara əlavə olunur. Aromatizator kimi ət-süd, balıq və tütün sənayesində, eləcə də alkoqolsuz içkilərin hazırlanmasında istifadə olunur. Bal və çiçək tozu verən, boyaq və yem bitkisidir. Güvəyə qarşı istifadə oluna bilər.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Brachylobus officinalis (L.) Dulac
  • Medicago officinalis (L.) E.H.L.Krause
  • Sertula maior Lunell
  • Sertula officinalis (L.) Kuntze
  • Trifolium officinale L.
  • Trigonella officinalis (L.) Coulot & Rabaute

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Melilotus armenus Boiss.
  • Melilotus arvensis Wallr.
  • Melilotus arvensis var. albus St.-Lag.
  • Melilotus arvensis var. grandiflorus Lamotte
  • Melilotus arvensis proles luxurians Rouy
  • Melilotus arvensis proles maximus (Legrand) Rouy
  • Melilotus arvensis var. maximus (Legrand) St.-Lag.
  • Melilotus bungeanus Boiss.
  • Melilotus citrinus Duval ex Steud.
  • Melilotus diffusus W.D.J.Koch ex DC.
  • Melilotus expansus Rchb.
  • Melilotus flavus Pall.
  • Melilotus kochianus DC.
  • Melilotus longipedicellatus Rosbach
  • Melilotus lutescens Gilib.
  • Melilotus luteus Gueldenst.
  • Melilotus luxurians Shuttlew. ex Rouy & Foucaud
  • Melilotus macrorhizus Besser
  • Melilotus macrorrhizus var. palustris (Waldst. & Kit.) W.D.J.Koch
  • Melilotus macrospermus K.Koch ex Boiss.
  • Melilotus mauritanicus Willd.
  • Melilotus maximus Legrand
  • Melilotus melilotus-officinalis (Crantz) Asch. & Graebn.
  • Melilotus montanus Gaudin
  • Melilotus nebrodensis Jord. ex Nyman
  • Melilotus neglectus Ten.
  • Melilotus officinalis var. expansa Mutel
  • Melilotus officinalis var. maximus (Legrand) Kojić
  • Melilotus officinalis f. maximus Legrand
  • Melilotus pallidus Besser
  • Melilotus paluster Menyh.
  • Melilotus palustris (Waldst. & Kit.) Schult.
  • Melilotus petitpierreanus Willd.
  • Melilotus petitpierrianus Willd. ex Ces., Pass. & Gibelli
  • Melilotus rugosus Gilib.
  • Melilotus virescens Jord.
  • Sertula arvensis (Wallr.) Kuntze
  • Sertula bungeana (Boiss.) Kuntze
  • Sertula pallida (Besser) Kuntze
  • Trifolium mauritianum Steud.
  • Trifolium melilotus-mauritanicum Schousb.
  • Trifolium melilotus-officinarum Crantz
  • Trifolium palustre Waldst. & Kit.
  • Trifolium petitpierreanum Hayne
  • Trifolium vulgare Hayne